Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Ağlayıb, ağlayıb, yatacaq”
“Ağlayıb, ağlayıb, yatacaq”
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1054
Səs ver:
Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil.
Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. "Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram” dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.
Uşaqlar sakit şəkildə, rahat bir yerdə yatmalıdırlar. Eynilə bizim kimi. Əgər siz bir valideyn kimi onun yuxusunu düzgün təşkil etsəniz, bu qalan bütün münasibətlər üçün əsas rolunu oynayacaq. İki şey çox mühümdür, birincisi: biz uşaqlarla arasıkəsilməz münasibətlər qurmalıyıq. Siz uşaqların istədiyi vaxt sizinlə ola bilmə tələbini ödəməlisiniz. Odur ki, əgər onlar sizi görmürsə, heç olmasa məsələn  sizi eşitmələrinə imkan yaradın. Əgər eşitmirlərsə, heç olmasa sizin qoxunuzu duysunlar. Bunun üçün öz gecə köynəyinizi uşağın yanına qoya bilərsiniz. Onunla yaxınlıq hissini başqa üsullarla təmin edin. Nəticədə onların sizə bağlılığı o qədər dərinləşir ki, uşaqlar fiziki cəhətdən yanımızda olmadan da bizimlə yaxınlıq duya bilərlər. Onlar bizə öz qəlbləri ilə bağlıdırlar. Onlar bizə bənzəmə, təqlid yolu ilə bağlıdırlar. Bu bizim əsas məqsədimizdir və biz səbrli olmalıyıq. Uşaqlar bu mərhələni ötüb keçəcək.
Digər bir məqam isə odur ki, biz onların diqqətini ayrılıq barədə fikirlərə yönəltməməliyik. Onlar xəyalən bizimlə növbəti görüşü fikirlərində canlandırmalıdırlar. Yuxu ilə bağlı problemlərdə bu, əsas məqamdır. Odur ki, daim diqqəti növbəti görüşünüz üzərində cəmləyin. Məsələn, "Yuxuda görüşərik”. Əgər bir neçə dəqiqəlik ayrılmaq məcburiyyətindəsinizsə və uşağınız ən kiçik ayrılığa belə dözə bilmirsə, o zaman taymerdə 2-3 dəqiqə vaxt qoyun və deyin: "Vaxt bitənə qədər ana qayıdacaq, ata qayıdacaq. Səni bir dəfə də qucaqlamaq istəyirəm”. Daha sonra diqqəti görüşəcəyinizə yönəltmək çox mühümdür. Tədricən uşaq sizinlə görüşmək üçün səhərin açılacağını gözləyəcək qədər böyüyəcək. Əgər ona "Yuxuda görüşərik” desəniz, o səhər soruşduqda ona onunla əlaqəli gördüyünüz yuxunu maraqlı şəkildə danışın. Tezliklə, uşaq yuxunun sizinlə yeni görüş olduğu fikrinə alışacaq və yuxuya getməyi səbrsizliklə gözləyəcək. Yuxuya getmə prosesi getdikcə asanlaşacaq.
Əgər siz bu problemi həll edə bilsəniz, uşaqlıqda meydana gələn bir çox problemləri həll edə bilərsiniz, çünki ən əsas məsələ, uşaqların diqqətini növbəti görüşünüzdə cəmləməkdir. Beləliklə, siz onun diqqətini ayrılıqdan yayındıracaq, ayrılığın qarşısını almış olacaqsınız.


Şərhlər: 13
Baxılıb: 1054
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Körpənin ağlaması səbəbsiz ola bilməzki,"ağıayıb ağlayıb,yatacaq"deyə deyimi istifadəyə verək.Bir problemi,bir istəyi varki,uşaq ağlamaqla ehtiyacını,istəyini bildirir.Bu sözlə məndə çox qarşılaşmışam,çünki mənimdə uşaqlarım körpəlikdə çox ağlayan olublar əsasda böyüyü...Qarın ağrılıqları çox olub böyüdükcə keçdi,amma olan mənə oıdu stersslər,yuxusuzluq,əsəblərimi korladı)tşk.
29 may 2015 13:48
# 13
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
xeberin basligini oxuyanda bir cox qadinlarin fikri hemen yadima dusdu)) "gozle aglayib yatacaq ozu")) amma bu duzgun fikir deyil zennimce
27 may 2015 18:07
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Əlbəttə yanlış fikirdir uşaqları öz - özünə ağlayıb kiritmək, nədirsə səbəbi uşağın anlayacağı dildə başa salmaq lazımdır.
27 may 2015 15:05
# 11
Nur k-off
Bu esasen ana olan ve ya olacaq xanimlarimiz ucundur. Amma hec vaxt bele etmerem menim dayim oglu var Ayazim ureyimdir menim o aglayanda az qala mende aglayim yatizdirandada ikimiz quci-quci yatiriq
27 may 2015 11:14
# 10
SVETA
FISTIK
Men hec doze bilmirem agliyanda gedib sakitlesdirirem.
27 may 2015 03:03
# 9
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Niquw Abdulayeva
Melumata gore cox saq olun
27 may 2015 01:34
# 8
aziz a
Narahat olmayan usaq,aglamaz...demekki narahatdi...
26 may 2015 23:59
# 7
Qelbim doludu !!!!
Meleknur
Uwagda var yatmag istemir deye aglayir bir de bu terefden duwunun de
26 may 2015 23:12
# 6
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Usaq aglayirsa demeli neyse problemi var bos yere aglamaz. Usaqlari susdurmagi bacarmaq lazimdir.
26 may 2015 22:50
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Melissa
maragli xeberdi tskrler
26 may 2015 22:49
# 4
vipbetul
tebiki aqlayib-aqlayib yatagey fikiri sehf anlayishdi usaqin neycin aqladiqini bilmek lazimdi
26 may 2015 22:08
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Diqqetle oxudum,uwagi yatizdirmaq ucun cox maraqli fikirdir.heqiqetende cox uwaq var ki,istiyir hami yatandan sonra yatsin,ya da mutleq anayla yatsin,ya anani mecbur edir seninle yatiram,ya da ana mecbur olur iwini buraxir gelen qonaqlari bele,aparir yatizdirmaga.ta ki,uwaq yuxuya kecmemiw anaya olmaz cixmaq otaqdan.demek ki,bele xasiyyetli uwaqlari bu wekilde yatizdirmaq meqsedyonludur.tewekkurler xebere gore.
26 may 2015 22:07
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ulduz
usagin aglamasi basina ziyandi...men kus kus edirem birde sud verende yatir
26 may 2015 21:52
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz