Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu cümlələri hər gün övladınıza deməyiniz vacibdir
Bu cümlələri hər gün övladınıza deməyiniz vacibdir
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1247
Səs ver:
Hamımız gözəl bilirik ki, uşaqların tərbiyəsində, onların dünyaya baxışında biz valideynlərin rolu böyükdür. Xüsusən də onlara göstərdiyimiz qaygı, nəvaziş, diqqət, sevgi daha çox rol oynayır. Bəzən heç sözlərə də ehtiyac duymadan uşaqlara sevgini çatdırmaq mümkündür. Davranışımız, başlarına sığal çəkməklə minnətdarlıq bildirməmiz uşaqlara valideynləri tərəfindən sevdildiklərini anlada bilir.
Bu günkü mövzumuzda isə sizə deyilməsi vacib olan 7 cümlə təqdim edəcəyik. Bu cümlələr nəinki "Səni sevirəm" ifadəsini əvəz edir, hətta ondan daha üstün rol oynayır.

Sənə inanıram.
Övladınıza ona inandığınızı deməyiniz onda özünə inamı daha da artırıb, onu daha da güclü edir. Çətin bir problemlə qarşılaşdıqda və ya çətinlikdən qorxub geri çəkilmək istəyərkən, ona bu ifadəni deməyiniz yenidən özündə güc tapmağa səbəb olacaq. Belə çıxır ki, ehtiyacı olduğu gücü ona verməyiniz üçün iki söz kifayət edər.

Hər kiçik səhvdən nəticə çıxart.
Uşaqlarınız hansısa yanlış addımı atdığında bu cümləni işlətməyinizin çox böyük faydası var. Hər dəfə səhv etdiyində səhvini başa salmaq, ondan nəticə çıxarmağa səbəb olacaq. Etdiyi səhvi təkrarlamaq olmaz deyə xəbərdarlıq etsəniz, həm yaranmış vəziyyət üçün, həm də gələcək üçün çox müsbət nəticə yaranmış olacaq.
Bu cümlələri hər gün övladınıza deməyiniz vacibdir

Heç vaxt geri çəkilmə.
Övladınıza bu kəlməni deməyiniz, siz onun yanında olmayan zamanlarda da onda həyatın çətinliklərinə qarşı mübariz olmağı aşılayacaq. Lakin unutmaq lazım deyil ki, övladınızı bu yola dəvət edəkən vurğulamanız gərəkən bir vacib məsələ daha var. İstədiyinə yetmək üçün getdiyi yolda səhv edirsə və təkrar eyni yolla irəliləyirsə, o zaman məqsədinə çatmaya bilər. Seçdiyi yoldan geri çəkilməmək odur ki, mane ilə rastlaşanda bir başqa yolu sınaqdan keçirsin.

Hamı başlangıcda sənin kimi naşı olur.
İstəyirsinizsə övladınız qərarında qətiyyətli, hövsələli və mübariz olsun, o zaman bu cümləni deməyiniz vacibdir. Siz bunu dediyinizdə övladınız səhv etdikdə anlayacaq ki, dünyanın sonu deyil. Başa düşəcək ki, indi qibtə hissi ilə baxdığı, mükəmməl saydığı insanlar da nə vaxtsa səhv ediblər. Səhvlərini təkrarlamadan, onlardan nəticə çıxararaq yoluna davam edəcək gücü özündə tapmaqda aciz olmayacaq.

Müvəffəqiyyəsizlik bir variant deyil.
İşləri yolunda getmədikdə ruhdan düşüb müvəffəqiyyətsizliklə qarşılaşdım deyən uşaqlar üçün ən gözəl cümlədir. Qoy başa düşsünlər ki, görəcəkləri işdə geri çəkilmək yol deyil. Nəticə çıxarmaq və yenidən sınamaq lazımdır.

Hər şeyi zaman keçdikcə öyrənəcəksən.
Övladınız üçün verəcəyiniz ən böyük tövsiyyə budur: hər zaman problemlə üzləşə bilərsən, lakin bu o demək deyil ki, geri çəkilməlisən, yox, insan yaşadıqca çətinliklə qarşılaşacaq, bu qaçılmazdır. Bütün çətinliklərə sinə gərməyi isə insan zamanla öyrənər.

Hər zaman yanındayıq və səni çox sevirik.
Övlad böyüdən hər bir valideyn ona sevgisini də verməyi bacarmalıdır. Uşaqların bütün ömrü boyu yaddaşında saxlayacağı ən vacib cümlədir bu. Yuxarıda qeyd etdiyimiz cümlələri bəlkə də unudaraq deməyə bilərsiniz, lakin bu cümləni heç vaxt unutmayın və hər gün də təkrar edin. O zaman övladınız daha ürəkli böyüyəcək.


Şərhlər: 10
Baxılıb: 1247
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melissa
raziyam lazimdi demek
15 may 2015 11:43
# 10
cinqosh
çox gözəl xəbərdi. Kaş ki bütün valideynlər uşaqlarına qarşı belə həssas və anlayışlı olardı.
15 may 2015 11:29
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Nergız33
Men her gün olmasada bu sözleri deyirem uşaqlara
14 may 2015 23:00
# 8
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
asi123
Düzdür demək lazımdı 01
14 may 2015 22:51
# 7
A
vipbetul
her zaman desteklemek lazimdir ovladi bir muveffeqiyyetsizliki olduqda suclamaq deyil dahada guclu olmasiycin yaninda olub komek etmek lazimdi
14 may 2015 22:07
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Her uwagin ozune gore psixaloqiyasi var elbette ki en yaxwisi ana nevaziwi ana anlayiwi ve ana tovsiyesidir
14 may 2015 21:37
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
lelos
Usaqi olanlar faydalana bilerler
14 may 2015 20:01
# 4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Uşaq tərbiyəsində düşünürəm ki, uşaqlara uşaq kimi yox bir şəxsiyyət kimi yanaşılsa daha uğurlu nəticə əldə etmək olar nəinki uşaq kimi və ya cəzalandıraraq yada sözlərlə incidərək hansısa nəticəyə gəlmək çox çətindir...
14 may 2015 19:59
# 3
Tomris Müslümova
ama cox teessufki demirik,ona lap usaq yaslarinda nelerise defelerle tekrarlamiriq,basa dusmedise ustunden otub kecirik.bu duzgun deyil.adice universitete qebul zamani usaqlarin bu sozlere ne qeder ehtiyac duydugu halda "kesilsen eve gelem," "girmesen get ozunu oldur" deyilir.
ele birinci valideyin demelidi bu sozleri ama teessuf
14 may 2015 19:46
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Mencede usagina her zaman destek olmalisan bu cumlelerden cox istifade et ki usagin ozune emin olsun
14 may 2015 19:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz