Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar niyə yalan danışır?
Uşaqlar niyə yalan danışır?
Şərhlər: 14
Baxılıb: 765
Səs ver:
Uşaqlar ətrafında gördüklərini təkrar edirlər. Əgər uşağınız yalan danışırsa, mütləq ətrafında yalan danışan insanlar var - ya məktəbdəki yoldaşları, ya bacı-qardaşı, ya da siz özünüz. Özündən tez-tez söz uyduran uşaq, ana-atasının yalanlarına da çox həssas yanaşır. Onlar aldadılmağı sevməz və asanlıqla bağışlamazlar. Məsələn, "Həkimə tələsirik" deyib, gəzməyə gedən valideynlərindən hesab soruşarlar.

Uşaqlarınızın yanında söhbət edərkən diqqətli olun. "Hələ uşaqdır, heç nə başa düşmür" deməyin.

Hekayə:  Əlinin atası yalanı heç sevməzdi. Və "Bizim evdə heç  sevilməyən şey yalandır"  deyərək hər zaman təkrar edərdi. Hətta neçə dəfə Əlinin yalan danışdığını bilib Əliyə çox əsəbləşmişdi. Hər dəfə yalanına şahid olanda "Bu uşaq hardan öyrənir yalan danışmağı?" deyə əsəbi halda xanımından soruşardı.

Bir gün atası ilə danışmaq istəyən bir şəxsdən zəng gəlir. Telefona Əli cavab verir. Atası uzaqdan Əliyə əli ilə "Evdə yoxam" işarəsi göstərir. Əli telefondakı səxsə atasının dediyi yalanı təkrar edir.

Həqiqəti deyərsə, başına iş gəlməsindən qorxaraq yalan danışmağı seçir. Yalan danışaraq özünü müdafiə etmək uşaq üçün ən asan çıxış yolu olur. Beləliklə, uşaq hər zaman yalan danışaraq özünü yalanlarla müdafiə etməyə başlayır. Uşağın üzərində qurulan təzyiq yalan danışmasına səbəb olur. Bunun üçün uşağın özünü olduğu kimi göstərə bilməsi, yəni onun istək və arzularına qulaq asılması çox əhəmiyyətlidir. Şəxsiyyətin inkişafı üçün də bu yol vacibdir. Çünki uşaq üzərində həddindən artıq nüfuz qurmaq və nəzarət onu utancaq, soyuq və qorxaq olmağa sövq edir. Buna görə də düşüncələrini ifadə edə bilmir və heç kim onu başa düşmür. Uşaq narahat olmağa başlayır. Ətrafındakılar ilə ünsiyyət qura bilmir. Nəticədə öz dünyasına qapanır və özünü cəmiyyətdən uzaqlaşdırır.

Uşaq tez-tez yalan danışırsa, bu haqda ciddi düşünmək lazımdır. Bu o deməkdir ki, valideynlərlə uşaq arasındakı etibar, inam hissi zədələnib. Ya uşaq valideynlərinin ondan gözlədiklərini yerinə yetirməkdə çətinlik çəkir, ya da cəzalandırılmasından qorxaraq yalana əl atır. Məsələn, məktəbdəki müvəffəqiyyətsizliyin bağışlanmadığı bir evdə uşaq qiymət cədvəlini itirdiyini deyir, ya da atasının yerinə özü imza qoyur. Bu isə o deməkdir ki, valideynlə uşaq arasındakı əlaqələr çox bərbad vəziyyətdədir.


Şərhlər: 14
Baxılıb: 765
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yaz_yamuru
Valideynin usaqlarin yaninda yalan danisib sora da "bu usaq yalan danismagi hardan oyrenib?" sualini vermesine nifret edirem deee usaqlarin beyni ag vereqe oxsayir evvelceden ne yazsan sona qeder de vereqde o olacaq ona gore de calismaq lazimdir ki yalan danismagi pis islerle mesgul olmagi basa salmaq lazimdir
30 aprel 2015 19:54
# 14
Nezka
Valideyn qorxusundan ola bilər
30 aprel 2015 13:41
# 13
İçimi görsən mənə aptek alarsan.
Lucia
Helədi,uşaq ən çox qorxudan yalan danışır.
29 aprel 2015 16:16
# 12
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
cinqosh
doğrudur, çox zaman uşaqdan bacardığından çoooox şey gözləyirik.bu da onun yalan danışmasına səbəb olur. hər şey valideyndən asılıdı.təşəkkür xəbər üçün.
29 aprel 2015 14:43
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
lelos
mence her bir usaq yalan danişir
29 aprel 2015 08:22
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Yusif Ulker
usagin yalan danismagi valdeyinden asilidir onsuz balacalar yox ee hetda boyuklerr bele yalan danisir?
29 aprel 2015 00:48
# 9
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Meleknur
Tek uwaglar yox boyuklerde yalan daniwir
29 aprel 2015 00:46
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
vipbetul
adi yalan kimi gormediyimiz bir seylerde eslinde yalandir usaqidayalana oyredir belege,usaq deyirki eger val;ideynim yalan dedise demeli yaxsidi yaxsi ishdi
28 aprel 2015 22:07
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
guler19
İlk öncə böyüklər uşaqların yanında yalan danışaraq pis örnək olmamalıdırlar. Uşaqlar gördüklərini sürətlə təqlid etmək bacarığına malikdirlər. Valideyn yalan danışan uşağı təhqir etmək əvəzinə, niyə yalan danışdığının səbəbini öyrənməyə çalışmalıdır. Uşaqlarla sağlam ünsiyyət qurmaq önəmlidir. Bu elə səviyyədə olmalıdır ki, uşaqlar rahatlıqla valideynlərinə öz azad fikirlərini, düşüncələrini deyə bilsinlər. Valideynlər uşaqlara tətbiq etdikləri ağır cəzalardan əl çəkməlidirlər.
28 aprel 2015 20:42
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
valideyn duzgun terbiye verese usaq yalan danismaz usaq yalan danisdiqca valideyn onu dogru yola yonlendirilmelidir

valideyn duzgun terbiye verese usaq yalan danismaz usaq yalan danisdiqca valideyn onu dogru yola yonlendirilmelidir
28 aprel 2015 20:28
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
usaqlari laap evvelden terbiye etmek lazimdir mytleq duzgun terbiye etmek lazimdir valideynler usagin hem de dostu olmagi bacarmalidirlar onda usaqlar da daha az yalan deyer valideynlerden cekinmez. Amma munasibetler ne qeder yaxsi da olsa arad bir yalanlar olacaq bunun qarsisini almaq mumkun deyil onsuzda cunki yalan danismayan ne usaq ne de bir insan var

usaqlari laap evvelden terbiye etmek lazimdir mytleq duzgun terbiye etmek lazimdir valideynler usagin hem de dostu olmagi bacarmalidirlar onda usaqlar da daha az yalan deyer valideynlerden cekinmez. Amma munasibetler ne qeder yaxsi da olsa arad bir yalanlar olacaq bunun qarsisini almaq mumkun deyil onsuzda cunki yalan danismayan ne usaq ne de bir insan var
28 aprel 2015 20:20
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Uşaqlar valideynlərin etdiklərini yaddaşa bir - bir yığırlar, bir növ ailənin güzgüsüdürlər , nə görürlər onuda edirlər , gülünc olan isə yalan danışan və yaxudda başqa bir hərəkət edən valideyn uşaqdan hesabat istəyir qadağan edir etdikləri hərəkəti odur ki, valideyn birinci özünü tərbiyə etməyi bacarmalıdır. Bu ailədə olan stiuasiyalara aiddi ancaq uşağın ətrafı ailə ilə məhdudlaşmır ona görə bu kimi məsələlərdədə diqqətli olmaq lazımdır ...
28 aprel 2015 20:11
# 3
aliceWOnDer
valdeyinden qortugu ucun boyuk etimal
28 aprel 2015 19:46
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
my_angel
Uşaqlar əsasən qorxularından yalan danışırlar.Burda məsuliyyət valideynin üzərinə düşür.Valideynindən asılıdır uşağın yalan danışıb-danışmaması.Uşağın beyni ağ vərəq kimidir: "Hansı musiqi çalınsa,musiqiyə uyğun notlar da o ağ vərəqə yazılacaq". İndiki zəmanədə uşaqlarla yanaşı böyüklər də yalan danışır.Elə məqamlar olur ki, yalan insanı özünə sövq edir.Fikirlərə qarşı hörmətim var. 22
28 aprel 2015 19:44
# 1
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz