Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ürəklərin tarlası
Ürəklərin tarlası
Göndərən: Qlamurr
Şərhlər: 12
Baxılıb: 789
Səs ver:
ALLAH valideynlərə təntənəli və müqəddəs bir işi etibar edib. Onlar ürəklərin tarlasında işləməlidirlər. Onlar öz uşaqlarının qəlbində böyük səy və qayğı ilə bağ salmalı, xeyir toxumları səpməli və hər cür alaq otunu qətiyyətlə təmizləməlidirlər. Xarakterdəki hər hansı çatışmazlıqları və nöqsanları düzəltmək lazımdır, çünki xarakterin gözəlliyinə ləkə vururlar.

Dünyada belə bir tendensiya mövcuddur ki, gənclərə öz təbbi meyllərinə uyğun hərəkət etməyə icazə verilir. Onların həddindən artıq tərbiyəsizliyi özünü büruzə verəndə isə valideynlər deyirlər ki, bu, qorxulu deyil — onlar bir müddətdən sonra nizamlı davranacaqlar və on altı-on səkkiz yaşlarına çatanda özlərilə bağlı düzgün nəticəyə gələcək, köhnə meyllərini arxada buraxacaq və nəhayət insanlar üçün fayda verəcəklər. Necə də səhv düşüncədir! Valideynlər yalan prinsiplərin inkişafına illərlə şərait yaratmışlar və hər dəfə bu cür böyümüş uşaqların düzgün yola qaytarılması üçün olunan cəhdlər boşa çıxır. Onlar valideynlərin icazəsiylə formalaşmış xarakterlərini nümayiş etdirirlər.

Gənclər heç nəyə fərq qoymadan hər şeyi öyrənməli deyillər. Qoy valideynlər xeyirin nə vaxtsa üstün gələcəyinə və şərin gücdən düşəcəyinə arxayın olmasınlar. Şər xeyirdən daha sürətli inkişaf edəcək. Ola bilsin ki, uzun illərdən sonra əyriliklər həqiqətən də aradan qalxsın, lakin kim buna zəmanət verə bilər. Uşaqların ürəklərində təmiz, xeyirxah toxumlar səpmək, alaq otları ilə mübarizə aparmaqdan daha asan və təhlükəsizdir. Gənclərin düşüncəsində kök salmış fikirləri məhv etmək çox çətindir. Buna görə də gənclərin düşüncələrinin düzgün olması və zəif qabiliyyətlərinin düzgün istiqamətə yönəldilməsi çox vacibdir.

Əkmək və becərmək. Hələ ilk yaşlarından uşağın ürəyinin torpağını hazırlamaq, sonra isə ehtiyatla həqiqət toxumlarını səpmək və onlara qulluq etmək lazımdır. Onun üçün edilmiş hər bir işi qiymətləndirən ALLAH isə bu toxuma həyat verəcəkdir. Əvvəlcə yaşıl cücərti baş qaldıracaq, sonra sünbülə çevriləcək, ən sonda isə sünbülün içi buğdayla dolacaq.

Tarlanı baxımsız qoysaq, çox tezliklə alaq otları baş qaldırar və onları məhv etmək çox çətin olar. Ona görə də yeri yaxşıca belləmək alaq otlarına cücərmək imkanı vermədən təmizləmək lazımdır. Əgər valideynlər qiymətli toxumlar toxumlar səpmək qayğısına qalmır, lakin qiymətli buğda əldə etməyə ümid edirlərsə, məyusluğa düçar olacaqlar, çünki onların yığdıqları tikan və qanqal olacaq.

Uşaqlarımıza münasibətdə yorulmaz diqqət və qayğı göstərməliyik. Hələ ilk yaşlarından şər onların xarakterləri və iradələri üzərində işləməyə başlayır və bunun üçün müxtəlif yollara əl atır. Uşaqların təhlükəsizliyi valideynlərin müdrikliyindən və daimi qayğısından asılıdır.


Şərhlər: 12
Baxılıb: 789
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
maraqli xeber oldu canim cox sagol usagin terbiyesine ele balacaliqdan baslamaldir usaq vaxti nece oyrendi onnanda gedir ele usagin her dediyini etsek usaq cox pis verdis alar.ne istese yox deyildiyinde onu zorla eletdiren usaqda gunah yoxdu ata ana usagi nece boyudurse ele de olur.gelecekde usaq nese edende gunahi usaqda gorurler valideynler ta dusunmurler ki bu usagi indi yox balacaliqda basa salmaq lazim idi.indi yox. turkler demis ta is isden kecib ne etsek gecdi.elecede men qardamsim emis atam pis oyredib ele ne isteyib alib ne isteyibse edib indi pesmandi ama uze vermir 5 yasi var ama istediyini ele etdirirki ama mence gec deyil atam imkan verse men onu ele gozel oyrederem ki atami gorende ozunnen cixir mamamnan menim yanimda olanda ne deyirk edir.ne deyek biz de icind eolmaqla allah korpe usaqli ailelere sebr versin.
4 may 2015 17:55
# 12
lelos
çox gözeldi her bir valideyin ekdiyinin xeyrin görer övladi daima her bir valideyinin başini uca tutsun
1 may 2015 21:27
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Antikvar
Necede gozel cumleler vurgulanib.Tesekkur edirem Qlamurum bele maraqli xeberi paylasdigin ucun.Xeberdeki sozler heqiqeten meni bir an duygulandirdi.Belkede kimlerese gulunc gele biler burda ne var duygulanmaga o sozleri bir ussqlarini seven onun geeleceyi ucun elinden gelenin artiqini bele etmesi ucun calisan bir valdeynmi deyim bir anami.
Duzdu usaqim boyuyende duzeler fikri yanlisdi.Men bu xeberi oxumamisdan oncede her zaman bir sozum var.Usaq usaqliqda nece olursa,nece terbiye gotururse ele olaraqda davam edecek.Bezen ovladlarimda sehf tutub duzelis verirem amma kenardan esitdiyim soz usaqdi boyuyende duzeler fikri meni deli edirdi.Ozlerine bele deyirdim usaq Indi nece oldusa elede davam edir.Bir defe etdiyi herekete fikir verme ve yaxud isteddiyini ele hemen usaq aqresivlesir (yox)kelmesi daha sonra ona yad bir sozguc olur.Her istediyini elemesini teleb edir ve bu xarakterde boyudukce davam edir.
1 may 2015 00:44
# 10
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
Sitat: Nezka
Mənə nə qədər qayğı olsa da eyniyəm vecsizəm

Menim kimi...))mene ne qeder basa salsalar da terbiyelendirseler de ele hemin insanam. Yeni xeyirxahamsa xeyirxah qeddaramsa qeddar.....
30 aprel 2015 23:01
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
rəmsə
Zənnimcə qiymətli toxumlar səpmişəm,inşaallah biçdiyim qanqal və tikan yox,qiymətli buğda olar.)))
30 aprel 2015 23:00
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Tomris Müslümova
ne gozeldi cox gozel oxsadib yazilib. 07 ..
30 aprel 2015 22:54
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Çox gözəl bənzətmədi, necə deyərlər bağa baxarsan bağ olar baxmasan da dağ )) bu da onun kimi, uşağa körpə yaşlarından valideyn düzgün tərbiyəni verməyi bacarmalıdır bu yerdə uşaqdan da çox şey asılıdı əlbəttə...
30 aprel 2015 22:42
# 6
vipbetul
gozel yazidi,her bir valideyin oz ovladina ilk yaslarindan heyatin seinide xeyrinide oyretmeli mudafie etmelidir
30 aprel 2015 22:40
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
usagin terbiyesi hem valdeyinden aslidi hemde gelek usagin qabinda olar bunlar
30 aprel 2015 21:01
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
yaz_yamuru
Usaqlarin ureyinde xeyirxahliq olmalidir ki lazimli sexsiyyet kimi boyusunler
30 aprel 2015 20:30
# 3
Nezka
Mənə nə qədər qayğı olsa da eyniyəm vecsizəm
30 aprel 2015 20:20
# 2
İçimi görsən mənə aptek alarsan.
BARBI
Usaqlarin qelbine her zaman xeyirxahliq toxumunu sepmek lazimdir.
30 aprel 2015 19:40
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz