Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə uşaqlara tərbiyə üsulu!
Evdə uşaqlara tərbiyə üsulu!
Göndərən: ruzgargulum
Şərhlər: 9
Baxılıb: 941
Səs ver:
Əs Səlamu Aleykum Və Rəhmətullahi Və Bərəkətuhu Möhtərəm müsəlmanlar, Allahın izniylə yuxarıda qeyd etdiyim aktual məsələ ilə bağlı sizlərə gördüyüm müşəhidələri bildirməklə Allahın rəhməti ilə xeyir əməllərə vəsilə olmaq istəyirəm. Ailəsi və övladları olan hər bir müsəlmana övladlarına xeyirli tərbiyə verməsi çox aktual bir məsələdir.

Bir müsəlman aliəsində müşahidə etdiyim şeyləri sizinlə bölüşdürürəm. Bu ailə də 3 körpə var ki, onların böyüyü qız (5 yaş hələ tamam olmayıb) digərləri isə 3 və 1 yaşında 2 oglan. Allah onları və bütün müsəlman balalarımızı qoruyub saleh qullardan etsin.
Özünün, ailəsinin, övladının televizora çox marağını görən bu qardaş Əlhəmdulilləh həm özünə həm də ailə üzvlərinə bunu qadağan edərək onu aradan qaldırdı. Beləliklə televizora seyr etmədə olan vaxt israfçılığı aradan qalxaraq Qardaş və ailəsi balalarının tərbiyəsinə çox vaxt ayırmağa başladılar. Əllhəmdulillah hələ 5 yaşı tamam olmayan balaca müsəlman balamız artıq Quranın 8 surəsini gözəl bir şəkildə əzbər bilir. Ondan 2 yaş kiçik olan qardaşı İxlas surəsini və digər surələri tam da olmasa əzbər deyə bilir. Ataları onlara bu surələrin ana dilimizdə olan tərcümələrini öyrədir. Onlara Allah , Rasulullah (Allahın Salamı və Salavatı Onun üzərinə olsun), din haqqında, insanların əzəli düsməni şeytan haqqında məlumatlar verir. Əlhəmdulilləh gözəl nəticə əldə olunmuşdur. Belə ki, valideynlərin Cənnət haqda danışdığı məlumat artıq onların ora düşməsində həvəsi o qədər gücləndirmişdir ki, onlar hər an cənnətə girmək istəyirlər. Əlhəmdulilləh düzgün istiqamət nəticəsində körpələrə vaildeynlər aşılayir ki, ora girmək ancaq və ancaq Allahın razılığı ilə mümkündür. Yəni razı qaldığı əməllər edib Allaha ortaq qoşmamaq ilə.
Ata həmçinin övladlarına ana dilində yazıb oxumağı öyrənmək üçün trafaret, rəngli plamastr alıb və ailəsi ilə birgə uşaqları elmə, öyrənməyə kiçik yaşalrından həvəsləndirirlər. Əllhəmdulilləh Allah gözəl nəticəni verir.
Bu yaxınlarda isə uşaqların atası uşaqların elmə daha da həvəsləndirmək, müəllim və tələbə hissini aşılamaq üçün evdə yazı löhvəsi quraşdırmışdır. O uşaqlara bu lövhə ilə ərəb dili hərflərini, ana dilimizin hərflərini öyrədir. Uşaqlar artıq atalarına müəllim deyə müraciət edirlər. Ana olan bacılarımız daha yaxşı bilir ki, körpələr yemək yeyəndə çox vaxt analarını incidirlər. Bu problem də öz həllini gözəl tapır. Bilirsiz necə?

Deməli Allah Təalanın bizə nazil etdiyi Quranda peygambərlərin (Allahın Salamı onların üzərinə olsun) həyatı haqqında bildirilir. Bu hadisələri lövhədə uşaqların atası yazıb izah etməklə həm uşaqlar yeməklərini yeyirlər, həm də tövhidi, peygəmbərlərin (Allahın Salamı onların üzərinə olsun) dəvəti, həyatı və mübarizəsini dinləyirlər.

Sonda dua edirəm ki, Izzət və Cəlal sahibi olan Allah bu əməllərə bərəkət versin və faydalı etsin. Allah Subhanə Təala bütün müsəlman balalarımızı Rəbbani tərbiyyə verməkdə bizələrə yardımçı olsun. Allah bu yazını bərəkətli etsin və müsəlmanlar arasinda xeyir işə vəsilə etsin və bizlərə də sonsuz əcir versin, Amin!…


Şərhlər: 9
Baxılıb: 941
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
FISTIK
Böyük sebir teleb edir usaqlarin terbiyesi ucun.
5 aprel 2015 23:17
# 9
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Luna-90
Menim oglum cox terbiyeli usaqdi isim gucum yox butun gunu onun telim terbiyesiyle mesgulam .
5 aprel 2015 23:03
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Günümüzdə uşağını dinimizə uyğun tərbiyə edən valideynlərin sayı azdı.Uşağı vaxtında tərbiyə edək ki,gələcəkdə də problem yaşamıyaq....
Allah razı olsun...
5 aprel 2015 22:34
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Sucan
Tskler
5 aprel 2015 20:38
# 6
Fialka
Çox gözəl xəbərdi oxuduqca xoş təəssürat yaranır , necə gözəldi ailədə dinə bu qədər bağlılıq və bildiklərini uşaqlarada öyrətmək..
5 aprel 2015 20:11
# 5
BARBI
Usaqlara terbiyeni korpeyken vermek lazimdir. Valideynnen cox sey asilidir usagin yaninda pis hereketler pis sozler isletmemelidir ki usaqda eyni seyleri etmesin.
5 aprel 2015 20:08
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
her sey valdeyinden aslidi
5 aprel 2015 19:51
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
rəmsə
Nə gözəl ailə,nə gözəl tərbiyə bu...Sağ əli bizlərin başına.
Vaxtımızı alan təkcə televiziya olsaydı yaxşıydı,vaxtımızı alan tv,kompyuter,internet,telofon və s.((
5 aprel 2015 19:46
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
usaqlarin terbiyesi cox onemlidi valideyinler cox diqqetli olmalidilar usaqlariyla unsiyyetde
5 aprel 2015 19:35
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz