Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq tərbiyəsi - eqoist uşaq!
Uşaq tərbiyəsi - eqoist uşaq!
Göndərən: ruzgargulum
Şərhlər: 13
Baxılıb: 831
Səs ver:
Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: " Mən hamıdan birinci yedim", " Mən hamıdan güclüyəm", " Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?" , " mən heç nədən qorxmuram" və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək , öz "mən" ini göstərmək istəyir ki, bu da təbiidir. O , istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini , ikincini, üçüncünü də.

Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına , dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, " O, ən ağıllı, səliqəli , bacarıqlı uşaqdı" , bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.

Eqoizmin ilkin əlamətləri uşaqlarda hələ kiçik yaşlarından valideynlərin onların hər istəklərini yerinə yetirəndə, nazları ilə oynayanda yaranmağa başlayır. Bu daha da o vaxt böyüyür ki, ona hər gün çoxlu oyuncaq ,ən dadlı şirniyyatlar alırlar," al, ver, gətir" kimi göstərişlərinə göz yumurlar. Bunu ilk əvvəl valideyn görmür, hiss eləmir, bəlkə hətta məzəli gəlir onlara , lakin uşaq böyüdükcə eqoizm dərinləşir , sərt forma alır, onda valideyn daha dözə bilmir, çətin vəziyyətdə qalır. Hətta belə bir sual da meydana gəlir? " Kimə çəkdi bu?" , " Niyə belə alındı?" , " Camaatın uşağı belə deyil" və s. Uşaqların tələbləri də böyüdükcə özləri ilə birgə böyüyür. Zərərsiz kimi görünən " istəyirəm" " eləməlisən" sözünə, kiçik oyuncaqlar kompyuter, velosiped, bahalı telefonlara çevrilir. Uşaqlar valideyn qayğısını borc kimi anlamağa başlayırlar. Nəticədə bu valideynlərin yarasına çevrilir, onlar inciməyə başlayırlar. Düşünürlər ki, nankor övlad böyüdüblər.

Bir ana özünün 10 yaşlı qızının çox tənbəl olduğundan , dərslərindən soyuduğundan şikayətlənir. Özünün qızına etdiyi köməklərin tamamilə bəhrəsiz olduğunu , əvəzində " işimə qarışma", " əl çək məndən" sözlərini eşitməli olur, nəticədə konflik, göz yaşları, faydasız və nəticəsiz söhbətlər və s.

Sual: Niyə belə olur? Niyə valideynlərin xoş niyyəti özlərinə qarşı çevrilir?

Cavab: Ona görə ki, valideyn uşağının əvəzinə nəsə istəyir. İstəyir ki, o böyüyəndə həkim olsun, kitab oxusun, musiqi alətində çalsın, idmanla məşğul olsun. Evdə də hər işi özləri görürlər ki, bircə uşaqları oxusun. Uşaq əvəzində nəyinki oxumur, çalışmır, hətta təmbəl olaraq böyüyür, elə alınır ki, " Niyə məni oyatmadın?", " Niyə vaxtında filan köynəyimi, ya paltarımı yumadın? Mən məhz onu bu gün geyinməliyəm!" kimi ittihamlarla qarşılaşır. Əgər uşağınızda bu xüsusiyyətləri görsəniz həyəcan siqnalını çalmaq vaxtıdır, bəlkə də gecdir. Ancaq hər şey mümkündür. Əks halda infantil –uşaq böyüdəcəksiniz.

İnfantil uşaq nədir?
İnfantil uşaq – böyük uşaq deməkdir. Bu elə uşaqdır ki, öyrənib ki, hər şeyi onun əvəzində etsinlər . Valideynlər tam asılı bir insandır. Belə insanlar həyatdan doymuş və heçnə istəməyən insnlardır. Onlar bilmirlər ki, nə üçünsə çalışmaq , əldə etməyə çalışmaq var, stimul kimi anlayış var. Belə insanlar daim özlərini aciz və köməksiz hiss edərlər, onlara valideyn qayğısı qocalığa qədər hər an lazımdır.

Öz uşağınızın belə olmasını arzulayırsınızmı?

İstəmirsinizsə axıra qədər oxuyun.

Yavaş- yavaş onu da ev işlərinə həsr edin. Qoy evdə ona aid olacaq işlər olsun. Öz yerini düzəltsin, ayaqqabılarını özü yerinə qoysun , paltarını özü qatlasın. Əgər etmirsə qoyun hər şey olduğu kimi qalsın. Qoy bilsin əgər otağını yığmasa səliqəsiz olacaq, paltarını yerinə yığmasa sabah səhər corabını axtarmalı olacaq və ya oyuncaqlarını oynadıqdan sonra yığışdırmasa sevimli maşınını yerində tapmayacaq. İmkan verin öz səhvləri üzərində öyrənsin.
Əlbəttə bütün bunlar qeyri –real və çətin görünə bilər. " Necə səhər məktəbə oyatmayım, axı, yatıb qalar?" , " Necə dərslərini etməyi xatırlatmatyım, axı qiymətləri ikiyə enəcək?" və s bu tip narahatçılıqla dolu suallar meydana çıxa bilər. Bütün bunları etmək gərəkdir, təbii ki, bu uşağın sağlamlığına və həyatına mənfi təsiri olmasa. Tədricən uşaq özü seçim etməyi öyrənərsə, onda problemlər də azalacaq, özünüz də hiss edəcəksiniz ki, uşağınızda eqoizmin faizi azalıb. Ona çoxlu variantlar ( variant nə qədər çox olarsa, bir o qədər yaxşıdır) təklif edin, seçimdə isə iştirak etməyin. Düzgün variantı seçməsə belə. Qoy reallıqla, etdiyi səhv seçimlərin nəticəsi ilə qarşılaşsın. Bu onun " böyüməsinə" kömək edəcək.
Uşaqlıqdan, məktəbəqədər yaşdan ona anasıına, bacısına, valideynlərinə, ümumiyyətlə yaxınlarına( babaya, nənəyə vəs ) kömək etməyi , yardım etməyi öyrədin. Bağçadan, məktəbdən qayıtdıqda orada nə etmiş, yenilikləri xəbər alın, hətta dostlarının da nə etdiyini soruşun. Qoy bunları sizinlə bölüşsün. Əgər yaxınlarının uğurları və çətinliklərinə laqeyd deyilsə, demək gələcəkdə sizin qayğınıza qalacaq , qocalıqda sizə yardım edəcək qayğıkeş övlad tərbiyə edə biləcəksiniz...


Şərhlər: 13
Baxılıb: 831
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aytil
aileden asilidi her sey en birincisi de anadan
15 aprel 2015 13:48
# 13
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
tatyana
tamamile dogrudur,usaqlari heddinden artiq terifledikde eqaistlik yaranir usaqda,eqaist usaq gordukde o usaq olan yeri men mutleq terk edirem cunku eseblerim tab getirmir eqaist usagin hereketlerine
3 aprel 2015 12:10
# 12
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Catwoman666
men eqoistem)) bele olmaq da xosuma gelir)
3 aprel 2015 01:10
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
yeyqinki cox usaqlar hansisa yasinda bu cur olurlar
2 aprel 2015 22:24
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
Eqoist demezdim tekdi diye erkoyunluk edir herdenbir
2 aprel 2015 21:29
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Bizim cəmiyyətdə tərbiyə əks yöndə verilir,düzdü valideynlər uşaqlarını çox istiyirlər,əzizliyirlər,hər istədiyini edirlər,ancaq düşünmürlər ki,sərhəd olmalıdır,gələcəyi üçün təhlükəlidir,ərköyün uşaq hər şeyin hazırını istiyirlər,əziyyət çəkmək istəmirlər nəticədə də həmin uşaq cəmiyyətdə heç bir mövqeyə sahib ola bilmir.
2 aprel 2015 21:10
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
rəmsə
Eynəm burda yazılan kimi edirəm,əgər,paltarlarını gecə yatanda tərs üzünü çevirib atıbsa onu mən səhər desə də çevirmirəm.Deyirəm necə atıbsan elə də çevir gey!!İşlərə qalandasa dərslərindən vaxt qalanda mənə kömək edirlər,çox vaxt qab silirlər.Həmçinin də oyunlar oynayanda otağı dağıdanda özləri yığışdırırlar.
2 aprel 2015 21:05
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
aliceWOnDer
Terbiyyə ailədən gəlir ...Müellimlərin məşur və vaz kecilməz sozu usaq evin guzgusudu)))
2 aprel 2015 20:37
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Eqoist insanlari hec sevmirem . Usagin her dediyini etmey olmaz her zaman usaga yox demeyi bacarmaq lazimdirki eqoist olmasin
2 aprel 2015 20:29
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Melissa
terbiyesiz usaqlari sevmirem usaga valideyinler terbiye vermelidiler
2 aprel 2015 20:18
# 4
ayan97
Bele usaglari sevmirem, gerey usag usaglign terbiye edesen, yoxsa geleceyi berbad olacag...
2 aprel 2015 19:51
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Ailədə uşağın hər istədiyi olsa əlbəttə eqoist böyüyəcək valideyn fikirləşmirki belə ancaq uşağa ziyan vurmuş olur, onlar icazə verməlidirlər ki, uşaq öz üzərinə düşən öhdəlikləri bilib yerinə yetirməyi bacarsın və hər işin dalınca valideynlər qaçmasınlar...
2 aprel 2015 19:38
# 2
Tomris Müslümova
bele usaqlara heccc sebrim catmir allah uzaq elesineee deli olaram....
2 aprel 2015 19:33
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz