Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evin böyük uşağı olmağın çətinlikləri
Evin böyük uşağı olmağın çətinlikləri
Göndərən: tek umidim sen
Şərhlər: 23
Baxılıb: 839
Səs ver:
Böyük bacı, yaxud qardaş olmaq həqiqətən gözəl hissdir. Amma yeri gələndə müxtəlif çətinliklər ortaya çıxır. Həmin çətinliklərin bəzilərini təqdim edirik.
"Axı o balacadır”
Evin böyük uşağının ən çox eşitdiyi cümlədir. Balaca uşaq ona istədiyini edər, amma o əsəbiləşib qışqırsa, günahkar çıxar. Üstəlik ata-anadan da danlaq eşidər: "O balacadır, başa düşmür, sən ki böyüksən!”.

Özünə alınanları yeyib böyük uşağınkılara göz tikmək
Balaca uşaqların ən çox sevdiyi şey yəqin ki budur. Ata iki dənə şokolad alır, böyük uşaq şokoladı açınca balaca uşaq özününkünü tez yeyib qurtarır. Çünki arxayındır ki, biri də var. Başlayır ağlamağa. Ana da "qardaşın indi bunu yesin, sənə sonra alarıq” deyir.

Balacaların əşyaları qırıb dağıtmağı

Böyüklər həvəslə bir şəkil çəkər, yarım saatdan sonra həmin şəklin üstündə ya tüpürcək, ya da başqa cızma-qara, ən pis halda balkondan atıldığını görərlər. Mobil telefonu suya atar, televizorun pultunu gizlədər, ən sevimli oyuncaqları qırar, amma ona "gözün üstə qaşın var” deyən tapılmaz.

Daha çox diqqət

Balaca uşaq dünyaya gəldiyi gündən diqqət mərkəzində olur. Ana bir neçə günlük yoxa çıxır, bir də görürsən əlində bir uşaqla evə gəlir və böyük uşağın həyatı tamamilə dəyişir. Əvvəllər şahzadə kimi yaşadığı evdə indi adi bir adama çevrilir.
20 yaşında da çörək almağa göndərilmək
"O balacadır, 50 metr uzaqlıqda olan mağazaya gedəndə itər, maşın vurar” və s. kimi min cür bəhanəylə böyüyü çörək almağa göndərirlər.

Həmişə nümunə olmaq məcburiyyəti

Böyük uşaqlar bəlkə də vecsiz, avara biri olmaq istəyir. Amma olmaz, böyüksənsə nümunə olmalısan. Balaca isə böyüyün olmaq istədiyi hər şey ola bilər. Heç kim səsini çıxarmaz.
Planların yarımçıq qalar, uşağa baxarsan
Böyük uşaq dostlarıyla axşam bir yerə vaxt keçirmək, kinoteatra getmək istəyir bəlkə də, amma qəfildən nənəsinin xəstələndiyini eşidər, valideynlər tələsik evdən çıxar və balaca qardaşına, yaxud bacısını ona əmanət edərlər. Bəs böyük qardaş, bacı hansı gün üçün lazımdır? Dostları əylənəndə o da uşağın dalınca qaçar.

Balaca uşağın çox vaxt daha yaraşıqlı-gözəl olmağı

İlk uşaqlar çox vaxt təsadüfi dövrlərdə dünyaya gəldiyi üçün bəzi qüsurları olur. İkinci uşaq isə valideynlərin şah əsəri kimidir. Hələ aralarında yaş fərqi azdırsa, çoxlu problemlər yaranır. Məsələn, böyüyün xoşladığı qız yaxınlaşıb balaca qardaşın nömrəsini istəyir, böyük də qalır yana-yana.
"Səni qardaşıma döydürəcəm” cümləsindəki "qardaş” olmaq
Balaca qardaş gedib kimlə gəldi dava edər, Şvarsnegger kimi oğlanlara bağıra-bağıra "Qardaşıma deyəcəm dərsinizi versin!” deyər. Heç düşünməz ki, qardaşım onları döyə bilər, ya yox. Böyük uşaq da qardaşının yanında pərt olmamaq üçün gedib dava edər və çox vaxt döyülər, ya da diplomatik bacarığını işə salıb davasız aradan çıxar.

Balaca qardaşın xəbərçilik eləməsi
Valideynlərin bilməyini istəmədiyi bir şey edən böyük uşağı həmişə balacalar "satar”. Bir qab sındırsa, ən balaca qırıntısına qədər təmizləsə də, balaca uşaq hadisənin şahididirsə, mütləq işin üstü açılar. Balaca əvvəl-axır gedib ana-ataya xəbərçilik edər.


Şərhlər: 23
Baxılıb: 839
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
Evin boyuk usagiyam elede cetinlik cekmirem
26 mart 2015 17:57
# 23
lelos
evin ortancisiyam
26 mart 2015 16:44
# 22
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
ece uslu
evin boyuk uwagiyam hecde cetin deyil bezileri ile olub ki mende qarwilawmiwam amma ters inadci oldugum ucun hemiwe menim didiyim olub
25 mart 2015 14:33
# 21
efsane..
mende evin boyuk usagiyam hem yaxsidi he deki pis mene soz deyemmirler balacalar amma ki is gucun coxu menim uzerime dusur
25 mart 2015 11:21
# 20
Qlamurr
Evin nə nöyüyü deyiləm,nə də kiçiyi,ortancılam,burda qeyd olunanlar bizdə də olub,balaca qardaşım çox ərköyün olub,həmişə dediyi olub.
24 mart 2015 22:38
# 19
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
tatyana
men evin ne boyuyu deyilem nedeki kiciyi deyilem,ortancilam))ortancil olmaq hamisindan pis
24 mart 2015 22:08
# 18
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Catwoman666
Men evin balaca usagiyam))qardasim ise boyuyu
24 mart 2015 21:59
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayan97
Men evin cuppulusiyam. Böyuk olmag pisdir, birdeki balaca olmag
24 mart 2015 21:21
# 16
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
my_angel
Mən də evin böyük övladıyam və məndə də yaşanır belə problemlər,nə yazıq ki..Amma evin böyük övladı olmağımdan razıyam
24 mart 2015 21:21
# 15
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
cinqosh
Hec bir cetinliyi yoxdu.esl kicik usaq olmaq pisdi.boyuk baci qsrdasin paltarlarini ayaqqabilarini geymek mecburiyyetindesen.sen getme balacasan,ssn baxma balacasan,ne bilim ne!
24 mart 2015 21:15
# 14
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Сладкий Ангел
122 evim boyuk ve biricik qiziyam
24 mart 2015 21:03
# 13
.Bir gülüşüm var Sizlərə ömür...
emis
mende evin boyuk qiziyam mende bezi seylerde cetinlik cekirem ama bezi seylerdede menim ucun ela olur. meselen bu halda pis olur bacimla qardasima qisiqiranda deyiller balacadi kiri boyukluyunde bir seyi yaxsidiki ohtelik sende olur bu yuizden hayatimdan raziyim kahve
24 mart 2015 20:59
# 12
aynur2002
Evin boyuk usagiyam heqiqeten cox cetindir.Balaca qardasim bunlarin hamisini edir.Cox sixiliram.
24 mart 2015 20:57
# 11
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
vipbetul
evın sonbesıyem ne qeder boyusemde her zaman balacayam aılemcın qesengdı buda
24 mart 2015 20:44
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
nayino
Men evin boyuk usagiyam.Amma bacim olmadigina gore bele problemler yasamamisam
24 mart 2015 20:35
# 9
qanadli melek
Evin balacasiyam menen boyuk bacilarim var
24 mart 2015 20:24
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Mrs.Pianist
Menden boyuk qardawim var.Amma ona yox mene deyilir bu sozler.
24 mart 2015 20:23
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
BARBI
Evin boyuyu olmaq en pis haldir ne olsa sus deyirler sen boyuksen

Evin boyuyu olmaq en pis haldir ne olsa sus deyirler sen boyuksen
24 mart 2015 20:18
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
BARBI
Men de balacayam mennen boyuk qardasim var hemise mene gore doyulurdu yaziq 122

Evin boyuyu olmaq en pis haldir ne olsa sus deyirler sen boyuksen
24 mart 2015 20:12
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Men evin boyuk usagiyam ozumude boyuk kimi aparmisam hemise bacima qardasima ornek cekilmisem.
24 mart 2015 19:51
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nergizz
boyuk uwaq hemiwe mesuliyetli olur,ama valdeynde en cox sevdyi uwagi olur,vay menim kimi ortancil olanin haline,
24 mart 2015 19:44
# 3
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Fialka
Evdə böyük uşaq mənəm, hiss etdiyim fərqlilikdə müsbətə doğru olub yəni bir çox avantajları olub mənə ancaq suistifadə etməmişəm heç vaxt.
24 mart 2015 19:42
# 2
Nezka
ortancılların işi daha çətindi o böyükdü edə bilər bu balacadı edə bilər bəs ortancıll??? yaralı yerimə toxundunuz
24 mart 2015 19:39
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz