Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara Allahı necə tanıdaq və sevdirək?
Uşaqlara Allahı necə tanıdaq və sevdirək?
Göndərən: cinqosh
Şərhlər: 11
Baxılıb: 943
Səs ver:
Uşaq yetişdirmədə ən həssas nöqtələrdən biri də din təhsilidir. Uşağa Allahı necə izah etməli? Uşağın Allah haqqında suallarına necə cavablar verməli, cavab verərkən nələrə diqqət yetirməli?

Allah, ölüm, cənnət, cəhənnəm, ibadət kimi yetişkinlərin belə bəzən idrakda çətinlik çəkdikləri anlayışları bir uşağa izah edə bilmək heç də asan deyil. Ancaq hələ mücərrəd düşünə bilmə bacarığı qazana bilməmiş bir uşağın”Allah harada oturur? Evi varmı? Allah nə rəngdədi? Allahın əlləri varmı? Onu niyə görə bilmirik?” kimi suallarına veriləcək cavablar uşağın Yaradıcı və kainatla qurduğu əlaqədə həyati rol oynayır. Ayrıca ölümü və ölən bir yaxınının aqibətini uşağın yaşına uyğun şəkildə izah etmək də ruh sağlamlığını qorumada və həyata baxışında əhəmiyyətlidir.

Ayrı-ayrı yaş qruplarında uşağa din təhsilinin verilməsi.

2-3 YAŞ
Bu yaşlarda uşağın söz ehtiyatı yaranmağa, dəyər və inanclar inkişaf etməyə  başlayır. Bu səbəblə uşaqlara danışmağa başladıqdan sonra söz-i tövhid öyrədilərək, sual cavablı təlqinlərlə din təhsilinin başladılması lazım olduğunu söyləyən Prof. Dr. Mehmet Emin   " Allah, peyğəmbər və mələk” kimi anlayışların uşağın ətrafındakı danışma mühitində tez-tez istifadə edilməsini tövsiyə edir.

4-5 YAŞ
Uşaqların sevgiylə əlaqədar anlayışları öyrəndiyi bu yaşlarda, Allahın qullarını nə qədər çox sevdiyini və yaratdığı şeylərlə bunu bizlərə necə göstərdiyini izah etmək lazımdır. Məktəbəqədər təhsildə nağılların və dini hekayələrin rolu böyük olduğundan, doğru davranışları və dini bu istiqamətdən öyrətmək də daha asan qəbul edilir. Ayrıca bu yaşdakı uşaqlara ibadət və dua kimi şeylər maraqlı gəldiyindən, bu mövzularda ana atanı təqlid etmələrinə icazə vermək lazımdır. Uşağın yanında namaz qılmaq, məscidə gedərkən onu da aparmaq, yeməklərdən əvvəl və sonra verdiyi nemətlərdən ötəri Allaha səsli olaraq şükr etmək, namazlardan sonra yenə səsli olaraq dua etmək uşağı Allaha yaxınlaşdırır.
Digər tərəfdən, aparılan araşdırmalar məktəbəqədər uşaqlarda ölüm qorxusunun çox güclü olduğunu göstərir. Bu yaşdakı uşaqlar, əvvəlcə ana atasının, daha sonra özünün öləcəyindən qorxarlar. Ölüm qorxusunun tək çarəsi isə uşağa axirət inancını peyvənd etmək, o biri dünyanı sevdikləriylə birlikdə olacağı gözəl bir yer olaraq təsəvvür etməsini təmin etməkdir.
Gördüyü hər şeyin insan əliylə edildiyini düşünən uşağın, Allahı böyük bir insana bənzətməsini və bu istiqamətdə suallar soruşmasını da anlayışla qarşılamaq lazımdır. Ancaq bu nöqtədə ‘Allah baba' ifadəsini istifadə etmək ya da ‘Allah səmada oturar. Cənnətdə oturar.' şəklində İslam etiqadına zidd cavablar vermək də uyğun görülmür. Allahın maddi bir varlıq olmadığı, bu səbəblə maddi varlıqların xüsusiyyətlərinə sahib olmadığını uyğun bir dillə açıqlamaq lazımdır və "Allah hər yerdədir” deyə cavab verilməsi daha məqsədə uyğundur.

6-7 YAŞ
Bu yaş uşaqlarında özlərini böyüklərə və ana-ataya bəyəndirmə meyli güclü inkişaf edir.  Bu səbəblə, 6-7 yaşlı uşağın ibadətlərini, dua etməsini və ya  şükr etməsini sözlə ya da kiçik hədiyyələrlə təqdir etməkdə fayda var.

8-9 YAŞ
Uşaq, mücərrəd düşünmə ya da vicdan mühakimə bacarıqlarını bu yaşlarda qazanır. Bu səbəblə səkkiz yaşına qədər uşağa cəhənnəm, günah-savab kimi anlayışlardan bəhs etməmək, etdiyi səhvləri günah olaraq təyin etməmək gərəkdir. Ayrıca bu yaşlarda ana-atasıyla oyun oynamağı buraxan uşaq, artıq yoldaşlarıyla vaxt keçirməyə, televiziya izləməyə və oyun oynamağa başlayır. Bu səbəblə din təhsilinin oyunlarla, kitablarla, xətt filmlərlə və bilməcələrlə verilməsi də uyğun bir üsul sayılır.

10-14 YAŞ
Bu dövrdə tənqidi düşünməyə və sorğulayıcı bir rəftar etməyə başlayan uşaq, xüsusilə ailə fərdlərinin söylədiklərinə qarşı daha reaksiyalı və şübhəçi yaxınlaşa bilir. Bu səbəblə, bu yaşlarda veriləcək din təhsilinin ailə fərdlərindən çox yoldaş ətrafına, məscid və məktəb dərslərinə buraxılması tövsiyə edilir.
Allahı sevdirmədə beş duyğu modeli…
Psixiatr  Mustafa Ulusoy, ‘Yaxınlıq' adlı kitabının ‘Uşaq və Allah' başlıqlı hissəsində, xüsusilə 3-4 yaşlı uşağa Allahı izah etmədə beş duyğu modelindən bəhs edir. Qeyd edək ki, insanın beş duyğu orqanı var: göz, qulaq, dil, burun və əl(dəri). Hər həftə ya da hər ay bir duyğu orqanının istifadəsinə yönəldilən uşaq, beş duyğusunu da istifadə edərək kainatla və obyektlərlə daha yaxın bir əlaqə yaratdığı kimi, konkret obyektlərdən yola çıxaraq Yaradıcının varlığını və onun xüsusiyyətlərini də öyrənmiş olur.
İlk həftə olan görmə həftəsində uşaqlara gözün funksiyası izah edilir. Kainatdakı gözəlliklərdən  danışılır. Çiçəklər, günəşin batışı kimi xoşuna gələcək şeylərə diqqətinin yönəlməsi təmin edilir. Eşitmə həftəsində, uşaqlar və ailə bir həftə boyunca kainatdakı səslərə qulaq kəsilir. Dalğa səsləri, küləyin uğultusu, qapı gıcırtısı, çay suyunun qaynaması kimi. İyləmə həftəsində isə çiçəyin, dənizin, torpağın, keksin, yeməyin, ətirin özünə xas bir qoxusu olduğundan bəhs edilir. ‘Allah nə gözəl yaratmış. Bununla bizə nə qədər sevgi və dəyər verdiyini göstərir.' şəklində şərhlər edilir. Eyni şəkildə toxunma və dadma həftəsində də uşağın, varlıqların bir-birindən fərqli toxumalarına və dadlarına diqqət kəsilməsi təmin edilir.


Şərhlər: 11
Baxılıb: 943
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
tesekkurler

tesekkurler
21 mart 2015 01:27
# 11
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
gulka azeri
cox tewekkuler deyerli melumatcun,en boyuk arzum balami imanli ovlad olaraq yetiwdirmekdi
20 mart 2015 19:18
# 10
vipbetul
gerk usaqin yaninda her zaman dinden bizi yaradandan danishmaq sukur etmek lazimdi onda isder-isdemez usaq bilegey oyrenegey
20 mart 2015 01:57
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Usaga dogulannan allah sevgisi asilamaq lazimdir ki boyuyende allahi bilsin namaz haqqinda melumati olsun namaz qilan dinine bagli olsun
19 mart 2015 23:25
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
pessimist girl
Allah razi olsun..mende namaz qiliram oglum gah mohurumu goturub qacir,gah tesbehimi.mohuru opur inanin ele olub ki men secdeye geedende gorub 1 yas 6 ayliq usaq secdeye gedib mohuru opub ele bilib ki men eyilib mohuru opurem..insaAllah menim balam da namaz qilan,Allahi seven bendelerden olar..insAAllah yoldasim da namaz qilar.Amin
19 mart 2015 23:02
# 7
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
Nur k-off
Xebere gore cox tewekkur lazimli idi.Allah komeyiniz olsun.Dayim oglu 6-ci sinifde oxuyur men oyretmiwem ne ise bildiyimden
19 mart 2015 22:52
# 6
SVETA
Omrumun Ureyi
Ozumu cox gunahkar hiss edirem.bir defe namaza bawliyib atmiwam.ama indi bu aydan qardawimla birlikde bawlamiwiq namaza.inwallah Allah qebul eder namazlarimizi
19 mart 2015 21:21
# 5
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
GünƏşimƏ_AiD_
men usaqliqdan gormusem.anam nece qilir atam nece qilir.gelib mohru goturub qacardim 122 sukur ALLAHA ne namazda nede orucda hec qezam yoxdu.9 yasimdan hicab namaz oruc.Allahim min sukur.artiq 19 ILDI.11 OLACAQ BU IL MAYDA.qaradsimda hem cini.heqiqeten cox gozle bir seydi.insan rahatliq tapir.menim dayim usaqlarida ele boyuyubler.
19 mart 2015 20:47
# 4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
rəmsə
Mən namaz qılanda qızım da mənnən bərabər xalça sərib,möhür qoyub mənə baxıb əyilib qalxır sanki namaz qılırdı.Yayda oruc tutanda da uşaqlar mənnən bərabər oyaq qalıb imsaq yeyib yatırdılar.Səhər isə əlbəttədəki iftara kimi ac qalmırdılar,yemək verirdim,deyirdim uşaqdılar ac qala bilməzlər.
19 mart 2015 20:41
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Fialka
Uşaqlara körpəlikdən dinlə bağlı öyrədmək çox yaxşıdı, birdəki görsələr böyüklərdə onlarda inanıb əməli saleh bəndə olmağa çalışacağlar..
19 mart 2015 20:25
# 2
emis
Lazimli xeberdi eminemki burda her birimizin bu xebere ehtiyaci var yasnan verilmesi cox gozel oldu tesekkurler
19 mart 2015 19:59
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz