Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaqyoluna getməyi öyrənməyin həvəslədirilməsi və mükafatları
Ayaqyoluna getməyi öyrənməyin həvəslədirilməsi və mükafatları
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 1863
Səs ver:
Körpənizin bezi tərgitməsi ləngiyir? Narahat olmayın, uşaqların buna öyrəşməyinin vaxt alması adi haldır. Uşağınızın bunu sürətləndirməsi üçün ona bəzi həvəsləndirici təkliflər edə bilərsiniz. Ayaqyoluna öyrənmək haqda daha artıq məlumat əldə edin.
Mükafatlandırma sənəti

Düzgün istifadə olunduqda mükafatlar güclü alətlər ola bilərlər. Lakin yanlış istifadə olunduqda, onlar istənilməyən nəticələrə gətirib çıxarır və bez tərgitmə təlimindən dayişərək hədiyyəni tələb etmə oyununa çevrilir. Hər şeyi qaydasında saxlamaq üçün aşağıdakı təlimatlara əməl edin:

Qeyri-maddi mükafatlarla başlayın. Sizin məmnuniyyətiniz və təbrikləriniz ən çox istənilən mükafatlardır. Hətta, bezə belə idrar etdikdə, körənizin sidiyə çıxma istəyini sizə bildirməsi kimi addımlara hər zaman mükafat təklif etməli və ya uşağınızı qucaqlamalısınız. Həmçinin, kiçik müvəffəqiyətləri (heç nə olmasada, ayaqyolu oturacağına oturmaq kimi) sevdiyiniz insanlara zəng edərək təbrik edə bilərsiniz. Uşaqları hər dəfə "hərəkət” etdiyi zaman bəzi valideynlər xüsusi mahnı və ya rəqs fikirkəşirlər. Fəaliyyəti çox əhəmiyyətli etməyi və ya uşağınızın üzərində təzyiqi artırmaq istəmirsinizsə, bunu çox etməyin.
Kiçik maddi mükafatlar verin. Hər dəfə uğur qazandıqda, uşağınıza kiçik hədiyyələr verin. Mağazaya gedin və yapışqan şəkillər, kiçik maşınlar, rəngli karandaşlar kimi kiçik hədiyyələr alın. Onları əlçatmaz lakin görünən yerlərə qoyun ki, uşağınız ayaqyoluna gedəndə öz hədiyyələrini görə bilsinlər. Ona yalnız məqsədə çatdıqda hədiyyəsini verin, əks halda bir neçə saat ərzində bütün hədiyyələriniz bitəcək.!

Böyük, bahalı əşyalar almayın. Uşaqlarınızı çox gözəl hədiyyələrlə cəlb etsəniz, onun fikri yeni bacarığa yiyələnməkdən yayınacaq, və hədiyyələri qazanmağa çevriləcək. Nəticədə, o hər dəfə sizdən daha böyük hədiyyə gözləyəcək. Siz ayaqyoluna öyrənməni yeni hədiyyəyə bilet olsun deyə yox, uşağınızın öz bədənini idarə etməsi və bədəninə güvənməsi üçün istifadə edirsiniz, yeni.
Şirniyyat, dondurma, çips kimi yeməli mükafatlar qısa müddətlik yaxşı təsir etsələr də, bir çox mütəxəssis qida maddələrini mükafat olaraq istifadə olunmasını məsləhət görmür. Uşağınızın müəyyən (məs: konfet) qida maddələrinə, sizdən istəyəndə və ya nəsə "yaxşı” iş gördükdə verdiyiniz hədiyyələr olaraq görməsini istəmirsiniz. Bu yaşda uşaqlar bədənlərinə nəyi qəbul etdikləri və nəyi çıxartdıqları haqda nəzarəti özlərinə götürə bilirlər. Qidaları fərqli məqsədlərdə istifadə etmək, ayaqyolu təlimində hədiyyə olaraq verməkdən daha yaxşıdır.

Mükafatı yerindəcə verin. Əgər hədiyyəni yerindəcə təqdim etsəniz, siz uşağınızın davranışını daha da sürətləndirəcəksiniz. Balaca uşaqların bir çoxu məqsədə çatdıqdan bir neçə saat sonra hədiyyəni alırlarsa, hədiyyə ilə davranışları arasındakı əlaqəni qura bilmirlər. Uşaq nə qədər balacadırsa, hədiyyə bir o qədər tez verilməlidir.
Mükafat lövhəsi hazırlayın. Böyük uşaqlar (4 və daha artıq yaş) müvəffəqiyyətlərdən sonra mükafat anlayışını başa düşürlər. Uşağınızın inkişafını izləmək üçün, hədiyyə almaq üçün nələri etmək lazımdır haqda məlumatı bilməsi üçün vizual xatırladıcı olan "mükafat lövhəsi” hazırlayın. Uşağınızın özünü quru saxladığı hər gün üçün məsələn lövhəyə qızıl ulduz (və ya yapışqan) yerləşdirə bilərsiniz. Beş ulduz tamamladığı zaman. O kiçik hədiyyə alır. Bu kinoya getmək və ya oyuncaq heyvan ola bilər.

Ayaqyolu köməkçiləri
Mükafatlardan başqa, uşaqlarınızı həvəsləndirmək üçün digər üsullar da var. Valideynlər tərəfindən sınaqdan keçmiş üsulları yoxlayın:

Ayaqyolu oturacağını evin ən yaxşı oturacağı edin. Uşağınızın ayaqyolunda daha artıq vaxt keçirməsini istəyirsinizsə, ora qalmaq üçün əyləncəli, rahat bir yer olmalıdır. Mağazaya birlikdə gedin və onun sevimli rəngində və ya maraqlı quruluşa sahib maşın və ya heyvan quruluşunda yeni bir ayaqyolu oturacağı alın. (Ayaqyolu öyrətmək üçün düzgün ləvazimat və məhsulları almaq üçün bizim məqaləyə nəzər yetirin.) Həmçinin, evinizdə olan ayaqyolu oturacağını maraqlı yapışqanlarla bəzəyin. Hətta ayaqyolunda qalıcı qələmlə uşağınızın adını yaza bilərsiniz. Ayaqyolunda daha uzun müddətə qalmasını istəyirsinizsə, ora xüsusi kitabları da yığa bilərsiniz(Ayaqyolu təlimi haqda uşaqlar üçün kitabların siyahısı üçün bura klik edin).
Möhtəşəm rənglər. Tualet qabının və ya ayaqyolu oturacağının içinə bir neçə damcı mavi qida boyası damızdırın. Uşağınıza idrarı ilə eyni rəngdə olan sarı rəngin mavi ilə qarışmasının yaşıl rəngə necə çevrildiyini göstərin. Rənglərin sehirli dəyişməsini gördükdən sonra, uşağınız bu rəngləri özü dəyişdirmək üçün həvəsli olacaq.

Ayaqyolu yoldaşından istifadə edin. Ayaqyoluna sevimli oyuncaq heyvan və ya gəlincik kimi yoldaşla getmək daha əyləncəlidir. Uşağınıza öz yoldaşına tualetdən necə istifadə etməyi göstərməsini istəyin. Öz yoldaşına tapşırığı necə yerinə yetirməyi öyrədərkən, körpəniz bu vərdişə özü əməl edəcək.

Nişan almağı təlim halına çevirin. Oğlunuza ayaq üstə (və düz qabın içinə) idrar etməyi öyrətmək üçün, onunla oyun oynayın. Qabın içinə O-şəkilli halqalar atın, və ondan onlara "atəş açmasını” istəyin. Həmçinin kağız nişanlardan da istifadə edə bilərsiniz. Özünzü salfetkalar hazırlayın və ya xüsusi formalarda xüsusi hazırlanmış, axıb gedən nişanlar alın. (Həmçinin qızlar üçün də eyni üsulu istifadə edə bilərsiniz, lakin oturaraq sidiyə çıxarkən bu üsul az təsirlidir.)

Alt və üst geyimləri
Xüsusi "böyük uşaqlar” üçün alt geyimləri alın. Uşaqların özlərini böyümüş hiss etmələri üçün bezdən alt paltara keçid maraqlı üsuldur. "Böyük uşaq” üçün alt paltarına hazır olmasa da, alış-veriş düzgün istiqamətli bir addımdır. Sevimli paltarını geyinərkən, onları yaxşı və quru saxlamaq onu daha həvəsli edə bilər. (Bir neçə cüt alt paltarı alın, çünki gözlənilməz "qəza” baş verə bilər.)
Uşağınıza rahat çıxarılan geyimlər geyindirin. Uşağınız ayaqyolunda çoxlu yapışqanlar, düymələr və bağlar açmaqla məşğul olarsa, o ayaqyoluna getməkdən soyuya bilər. Uşağınızın qarderobunu sadələşdirin. Elastik belbağı olan alt geyimləri istifadə edə bilərsiniz. İsti aylarda isə, siz ona ümumiyyətlə paltar geyindirməyə də bilərsiniz. Onun ehtiyacı olan sadəcə ayaqyolu oturacağını tapmaq və ona oturmaqdır.

Əgər heç bir səyiniz nəticə vermirsə, uşağınız sizə hazır olmadığını bildirir. Bu halda, edə biəcəyiniz ən yaxşı hərəkət, geri çəkilmək və onun yenidən buna çalışmaq üçün fiziki və emosional hazır olmasını gözləməkdir. Sizin səbriniz və onun hazır olması mükəmməl kombinasiyadır.


Şərhlər: 17
Baxılıb: 1863
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Analarcun lazimlidi.Tesekkurler)
16 mart 2015 20:46
# 17
Acısı çox olan qizların guluşu gozel olur.!
gulka azeri
menim balam 8ayligindan qarwokda oturur
16 mart 2015 19:52
# 16
Melissa
maraglidir tskrler
16 mart 2015 18:59
# 15
leyla_258
maraqli melumatlardi.
16 mart 2015 16:13
# 14
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
NERGIZ LOVE
Pqlum 1 yas yarimda karsoka otrurdu
16 mart 2015 00:52
# 13
SENI EBEDI QELBIME YAZDIM///
Qlamurr
Uşaq 7-8 aylığından ayaqyoluna getməyi öyrətmək lazımdı,yoxsa həm özü narahat olur,həm də ananı narahat edir.
16 mart 2015 00:42
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
vaxtinda oyretmey lazimdiki sonradan chetinlik cekilmesin
16 mart 2015 00:33
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
FISTIK
Meni boyuk oglumu qirxli vaxdinan tuturam.... Bekede inanmarsiz)... ancaqki ne fayda gec yox amma gunuzler salvarin isladir hetta ne eliyiremsede karsoqun yaninan kecir amma otumur kefine yerlesse isi olan kimi kunce qacir kuncde edir. he otrar her 15-20 deq bir oturduram amma oyrenmirki oyrenmir fikrimce iki yasi var helede qanmir oncu. amma gece oturduram isin gorur sonra altina kulonka eski qoyuram yerin bir damcida islatmir. pampersise ancaq cole gedende geyindirem.....
16 mart 2015 00:32
# 10
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ayan97
Duz yazilib ne qeder tez muddet olsa yaxsu,olar"")
15 mart 2015 23:06
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Nazan
ay ay cox sirindi oyrener
15 mart 2015 23:04
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Antikvar
Duzu metnini oteri nezer yetirdim.Sebeb usaqlarimi bezlerden her zaman uzaq tutmaga calismisam.Boyuk balami iki ayliqken yavas yavas biraz qolumnan meyilli saxlayib yungul isi oyretmeye calismisam.Uc yasi olmamis her ikisini bilib kasoqa oturub.Gecellerde yayda iki yasi olanda bez evezine gece durub yungul issini eletdirib yatizdirardim.Indide kasoq oglumun kravati yaninda olur oz isini bilir gece isi olanda ozu durur isini gorur sonra yatir)Hemcinin balacisida uc yasi olmamis oyretdim her ikissini... gecelerde cox vaxti bez tutmuram gece durub isini eletdirib sonra yatizdiriram.Demek ana istedikde her sey ede biler.Eyer usaq butun cehdlere ragmen geceler yerini isladirsa onda hekime muraciet etmek daha dogrudu.Ya nevraloji yada pockalarinda porblem ola biler.
15 mart 2015 22:59
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
rəmsə
Bezlerin cani sag olsun 23Indiki analar arxain olublar bezlere,hec usaqlarina ayaqyoluna getmeyi oyretmeye cehd de etmirler,usagin ozunun agli kesende oyrenir,ama halbuki analar isteseler daha da tez oyrede bilerler
15 mart 2015 22:51
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Madina
Usaqlarim 2 yasinda serbest ayaqyoluna gedirler. Umumiyyetle yayda oyresdirmek daha asan olur. Bir de oglan usaqlarina da oturaraq sidiye getmeyi oyretmek lazimdir ki,gelecekde prostat riski olmasin. Bu xesteliyin bunovresi bele qoyulur.
15 mart 2015 22:28
# 5
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
roksi1995
tesekkurler melumata gore
15 mart 2015 21:55
# 4
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
BARBI
Usagi 2 -3 yasinnan ayaqyoluna getmeyi oyretmek lazimdir cunki sonralar problem olmasin
15 mart 2015 21:53
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
usaq tam ozunu derk edende oyretmek lazim telesmek lazim deyil
15 mart 2015 20:20
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
hee esas vaxti tutmaq lazimdi bide sebir
15 mart 2015 20:15
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz