Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara niyə sərhəd qoyulmalıdır?
Uşaqlara niyə sərhəd qoyulmalıdır?
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 680
Səs ver:
Sərhədlər uşaqların özlərini etibarda hiss edərək böyümələri üçün çox əhəmiyyətlidir. Ana və ataların, uşaqların özlərini etibarda hiss edə biləcəkləri sahəni təyin etmələri və ana-ataların uşaqların inkişaflarını etibarlı hərəkət sahəsi içində tamamlamasına rəhbər olmaları "sərhəd qoymaq" olaraq təyin olunur.

Uşaqlara sərhəd qoymaq niyə çox vacibdir?
Uşaqlar, heç tanımadığı bir dünyanı mənalandırma mərhələsində ana və atalarının rəhbərliyinə ehtiyac hiss edərlər. Bu kəşf dövründə təhlükəli addımlar da atacaqlarından ana və atalarının onlara rəhbər olması çox əhəmiyyətlidir. Məsələn: uşaq davamlı yerə düşdüyü üçün getmə zamanı gəlmədiyini düşünən ana uşağını qucağına ala bilər. Ananın qucağına alması bir sərhəd deyil, inkişaf müddətinə maneə törədici bir tutumdur. Ananın uşağı düşdüyündə zərər görməyəcəyi bir sahə yaratması, etibarlı bir sərhəd qoyma tutumudur. Uşaqlar öz sağlam inkişaflarını təmin etmək üçün yetkin fərdlər tərəfindən qoyulacaq sərhədlərə ehtiyac hiss edərlər.

Sərhəd qoyarkən nələrə diqqət edilməli?
Siz davamlı fikirləri dəyişən birinə güvənə bilərsinizmi? Məsələn: uşağınız eyni anda beş şokolad yemək istəsə nə edərsiniz? Ana-ata "Xeyr yeyə bilməzsən!" desə, uşaq onu yemək üçün dirəşəcək. Bir sonrakı mərhələdə ağlamaya başlaya bilər. Burada ana və atanın bir seçim etməsi lazımdır. Çox ağlayır deyə şokoladların hamısını uşağa versəniz, bu mesajı verərsiniz: "Sağlamlığını düşünərək qoyduğum sərhədlərimi dirəşərək və inadlaşaraq beş şokolada, ağlayaraq altıya, özünü yerlərə ataraq yeddiyə və hətta sinir böhranı keçirərək səkkizə çıxara bilərsən. Çünki mənim sərhədlərim keçiricidir." Bu dövrdəki tutumlarınızın uşağınızın bütün həyatını təsir edə biləcəyini unutmamalısınız. Uşaqlar bir müddət sonra evdə ana-atasını idarə edə bilər amma çöldə idarə edə bilməyəcəkləri bir dünyayla qarşılaşarlar. İstəklərini, inadlaşmalarını, ağlamalarını, böhranlarını istədiyi olmadığı zaman eyni şəkildə davam etdirər.

Sərhəd qoyulduğunda uşaqlar nə hiss edər?
Uşaqlar özünü etibarda hiss edər. Özünü isbat edə biləcəyi etibarlı bir mühitə sahib olan uşaqlar özünə inamı yüksək, gələcəkdə öz qərarlarını asahə və etdikləri davranışların məsuliyyətini ala bilən uşaqlar halına gəlir.

Sərhəd qoyan ana-atalar nə hiss edər?
Xüsusilə işləyən ana-atalar üçün sərhəd qoymaq uşağı "bədbəxt etmək" mənasını daşıya bilir. Birlikdə keçirdikləri məhdud zamanda uşaqlarının hər istədiyini yerinə yetirərək sərhəd qoymaqdan qaçınırlar. Halbuki səhv davranış qarşısında sərhəd qoymaq, hadisənin məntiqi nəticələrini izah etmək uşağın özünü etibarda hiss etməsini təmin edər.

Uşağa necə sərhəd qoyular?
Sərhədlər, uşaqların yaşlarına və xarakterinə  uyğunlaşma göstərəcək şəkildə olmalı.
İnkişaf müddətinə maneə törədici bir tutum sərgilənməməli.
"Xeyr! Etmə! Dayan!" şəklində reaksiya vermək yerinə, ona cavab verməyi seçin və bu sərhədi niyə qoymağa ehtiyacı hiss etdiyinizi açıqlayın.
"Xeyr!" sözünü həqiqətən lazımlı olduğu nöqtədə istifadə edin.
Sərhədləri təyin edərkən aydın olar və dəqiq olun.
Naməlumluq uşağınızın zehininin qarışmasına səbəb olar. Uşağınız üçün aydın olmayan sərhəd, "sərhədsizlik" mənasını verər.
Uşağınızın boyuna əyilərək və göz təması quraraq sərhədləri ona izah edin.
Dostlar və ailə fərdləri arasında ortaq bir dillə sərhədlər təyin olunmalı, qaydalar başqa kəslər tərəfindən dəyişdirilməməli.
Mübahisə və ya böhran anlarında sərhədlər yaradılmamalı. Hər kəsin sakit/sakin olduğu və bir-birini dinlədiyi anda edilməlidir.
Söyləmək istədiyiniz şeyi qısa cümlələrlə ifadə edin. Uzun-uzun izah etməyə işiniz uşağınız üçün bir şey ifadə etməyəcək.


Şərhlər: 12
Baxılıb: 680
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
serhed her usaqa qoyulmalidi serhed qoyuram ve niyesinide deyirem bilirki niye olmaz yoxsa usaqi yiqib yiqsdirmaq olmaz
11 mart 2015 08:56
# 12
Sucan
Vallah men ana olmamisam insallah bacmxaram ovladin heyati nece olur
11 mart 2015 01:31
# 11
Nergizz
mutleq serhed qoymalisan,ikincideki uwagi doydukce sirtilir,bawa salmaq sakitlikle sozu demek lazimdi
10 mart 2015 23:38
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Antikvar
Usaqlarima her zaman serhed qoymagi oyretmisem.Mesel ucun yuxaridada qeyd edildiyi kimi wkolad isteyirler mende bir defe verdim ikinco defe olmaz deyirem sebebini Bir defe qeyd etmisem dislerinize ziyan olacaq,gelen defe niyesini sorusduqda ozleri cavab verirler niyelerine(mama dislerimize ziyandi onun ucun olmaz?)deye hem sual hemde verdiklerinin sualin qarisiliginda ozlerinin verdiyi cavab....
10 mart 2015 22:57
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
gulka azeri
cox cetindi indiki zemanede usaq boyutmek
10 mart 2015 22:37
# 8
Ayten666
Usag terbiyesine babasi qosuldu indi meni esitmirler,gucum qoluma catir daha dogrusu taxya qAsiqlara
10 mart 2015 22:21
# 7
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
ulduz
USAQLAR HEMISE ONA QADAGAN OLUNANI SEVIR
10 mart 2015 21:23
# 6
xeyalperest
mencede qadagalar olmali kas vaxtinda anam gilde memtel isteyede qiyib almiyaydilar twk
10 mart 2015 20:24
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Nazan
yasak meyve tatlidir 02
10 mart 2015 20:14
# 4
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
BARBI
Cox duzgun movzuya toxunmusuz usaqlara her zaman her movzuda serhed qoyulmalidir . Cunki gelecekde problem ola biler
10 mart 2015 19:54
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Faydalı məsləhətlərdi, uşaq tərbiyəsində əlbətdəki olmazlar vacibdi uşağı başlı başına buraxıb hər istədiyini də etmək olmaz necə deyərlər əzizim əzizdi tərbiyəsi ondan daha əzizdi...
10 mart 2015 19:43
# 2
vipbetul
bizlere serhed qoyulmayib hec zaman no biz ozumuzse her zaman neyi ede bilib bilmiyegeyimizi bilibde ozumuz serhed qoymusuq ozumuzcun
10 mart 2015 19:40
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz