Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Ana, mən aşiq olmuşam” – Valideynlər, diqqət!
“Ana, mən aşiq olmuşam” – Valideynlər, diqqət!
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 696
Səs ver:
Həyatın sürətli axını, texnologiyanın günü gündən davam edən inkişafı və s. kimi proseslər heç şübhəsiz uşaqların düşüncə tərzinə də təsir göstərir. Günümüzdə 3-4-cü sinif şagirdlərinin düşüncə tərzi artıq bir neçə il bundan əvvəlki 15 yaşlı nəslin düşüncə tərzi ilə eynidir.

Təsəvvür edin 6 yaşlı övladınız bir gün gəlib "Ana, mən aşiq olmuşam” desə nə edərsiniz?  Psixoloqlar valideynlərin bu cür vəziyyətdə  necə reaksiya verməli olduğunu və bu işin düzgün üslubda necə həll edilməsi yollarını aydınlaşdırıblar. YeniQadın Biz psixoloq rəyini təqdim edir:

Mütəxəssislər uşaqların və böyüklərin sevgi, eşqlə bağlı düşüncələrinin eyni olmadığını deyir. Əgər övladınız sizlə bu cür mövzuda danışmaq istəyirsə onu sakit və mülayim qarşılayın. Təşvişə düşməyə heç bir əsas yoxdur. Qətiyyən övladınızı lağlağı obyektinə çevirməyin. Onu dinləməyə çalışın. O dəqiqə sorğu-suala tutmayın. Tənqid və təhqir dolu fikirlərdən uzaq durun. Onu bu yaşda aşıq ola bilməyəcəyinə inandırmağa çalışmayın. Övladınızı utandıracaq heç bir söz söyləməyin. Onun hisslərini bölüşün. Heç vaxt həmin anda ona hökm oxumayın. Bəlkə gələcəkdə sizə başqa insanlarla olan münasibətdən də bəhs edəcək. Çalışın övladınızla ünsiyyətinizə məhdudiyyət qoymayın. Valideynlər övladlarının bütün duyğularını bölüşüb rahatlaması üçün hər vəziyyətə hazır olmalıdırlar.  Öz duyğularını sizlə bölüşən az yaşlı övladınıza "ayıbdır, utanmırsan” və s. qüruruna toxunan sözlər sərf etməyin. Bu cür ifadələr uşaqların özünü günahkar, təqsirli hiss etməsinə səbəb olur. Valideynlərin bu cür münasibəti uşaqların gələcəkdə əks cinslə münasibətində daima özünü günahkara, təqsirli bilməsinə səbəb olur. Bu isə onların sevgi münasibətlərindən uzaqlaşmasına gətirib çıxarır. Bəzi insanların ailə qurmaqdan qorxması kimi hallar da məhz uşaqlıqdakı bu cür travmaların nəticədir. Unutmayın ki, uşaqların sevgisi məsumdur. Övladınız sadəcə dostu və rəfiqəsi ilə yaxın olmaq istəyir. Özlərini qəbul etdirmə duyğusu onlar üçün daha vacibdir. Uşaqlar sadəcə bayramda və s. kimi özəl günlərdə bir yerdə olub daha çox oyun oynamaq istəyirlər. Bu isə onların həm ən təbii haqqı, həm də ən pak istəkləridir.

Valideynlərin övladlarının bu cür istəklərini sevgi və inam hissinin inkişafı kimi qəbul etməsi ən doğru yanaşmadı. Heç vaxt uşaqların bu istəyinin qarşısını alaraq onların özlərini dəyərsiz hiss etməklərinə  zəmin yaratmayın. Ətrafdakı münasibətlər, TV proqramları, seriallar  uşağın eyni ilə təkrar edəcəyi bir proseslərdi. Bu məsələdə valideynlər olduqca seçici davranmalıdırlar. Uşaqlar öz yaşına uyğun olmayan bir proqram izləyirsə, oradakı obrazlar kimi davranacağı istisna edilmir.

Uşaqlar eşq ilə bağlı bir çox şeylər danışaraq sizin diqqətinizi çəkmək istəyə bilər. Valideynlər bu cür vəziyyətlərdə məsləhət və təkidlərdən uzaq duraraq yalnız onu dinləməlidir. Bununla yanaşı, uşaqlara sevginin önəmi, vacibliyi haqqında qısa məlumat da vermək olar. Ancaq övladınızın hər zaman valideynlərinin münasibətini özlərinə nümunə götürəcəyini də unutmayın. Sizin onlara deyəcəklərinizdən çox həyat yoldaşınızla olan münasibətiniz təsir edəcək. Uşağın yanında həyat yoldaşınıza xüsusi diqqətçəkən sevgi ifadələri işlətməyin. Hislərinizi ifadə edən davranışlarınızı uşaqların gözü qarşında büruzə verməyin. Bu uşaqların yanında heç bir sevgi ifadəsinin istifadə edilməməsi kimi anlaşılmamalıdır. Sadəcə, onun yaşına, qavrayışına uyğun kəlmələrdən istifadə etmək daha məqsədəuyğundur.

Bəzən uşaqda öz müəlliməsi, atası və ya anası ilə evlənmək istəyi yaranır.  Valideynlər övladlarının bu cür düşüncəsindən əsla narahat olmamalıdır. Bu uşağın valideynini və ya müəllimini bəyəndiyinin göstəricidir. Əgər övladınızın sizə etibar etməyini istəyirsinizsə, onu dinləməyi bacarmalısınız. Uşağınız sizə yalan danışırsa bunun bir günahkarı da sizin tutduğunuz yalnız mövqe və üslubunuz olduğunu unutmayın.


Şərhlər: 14
Baxılıb: 696
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
ONDA DIQQETLI OLAQ DDDEEEEE
9 mart 2015 18:42
# 14
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
talis balasi
Baxcaya geden usaqlar indi sevgiden danisir 1yox 2.3 qiz sevir
6 mart 2015 22:02
# 13
lili)
menim oqlum emim qizina asiq olmusdu qizda boyukdu oqlumdan el cekmirdi qizdan elci gelende deli olurduki getmesin denen sonra basa saldim sukur el cekib ama gozu yenede usdundedi
6 mart 2015 11:00
# 12
tatyana
cox maraqli movzudur,diqqetle oxudum ve cox dusundurdu meni
6 mart 2015 10:32
# 11
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Nergizz
he cox uwaq soruwursan kimi alassan deyr anamiya xalami bele uwaqlar coxdu,
6 mart 2015 09:04
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
ayan97
Mende gelecekde usagnan cox yaxin olacam esasende qizovladiynan. Gedib dosta dusmene danismagdansa mene desin men basa salaram…)
6 mart 2015 03:20
# 9
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fiorella
Men cooog Qisqancame yeni usaga qarsida ister qiz olsun ister oglan neyliyecem goren o vaxtlarda inan fikirlesmek belede istemirem xosum gelmir
6 mart 2015 01:06
# 8
aziz a
Normal hal kimi baxiram, usag saflugindan ireli gelen bagliliqdi, sevgi ise onun diger adlarindan biridir.
5 mart 2015 23:40
# 7
Qelbim doludu !!!!
ece uslu
zemaneye baxeee 6 yawli usaq asiq olur
5 mart 2015 22:01
# 6
aynur2002
Sitat: by_fidiw
men mamaya o sozu desem arxasin fikirlesmirem

Men de ele. akk dv
5 mart 2015 21:56
# 5
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Luna-90
menim oglumda hara gediro deq qiz tapir ozune
5 mart 2015 21:48
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Usagi hemise sirin dille basa salmaq lazimdir bele meselelerde valideyn diqqet yetirmeludir
5 mart 2015 21:16
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şəbnəm Vüsal
hələki evli deyiləm..amma gələcəkdə inşAllah uşagım olanda həmişə calışacam onu başa düşüm .ən başından danlamayım.....
5 mart 2015 20:19
# 2
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
GünƏşimƏ_AiD_
INSAallah gelecejde usaqim olsa calisacam onla mesafe saxlamiyim.onsaAllah dilediyimkimi bir ana olaram ))) hele bunu demekcun tezdim.Amma birsa yazilanlar mence duzdu
5 mart 2015 20:12
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz