Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tərbiyə etməyə nə vaxt başlayaq?
Tərbiyə etməyə nə vaxt başlayaq?
Göndərən: NoName
Şərhlər: 22
Baxılıb: 976
Səs ver:
İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə, yəni valideynlərindən ona irsi olaraq keçən tərbiyədir. Sonra isə məktəbəqədər tərbiyə çox mühümdür. Həmin müddətdə uşağa verilən tərbiyə bütün həyatı boyu onunla birlikdə olur, o həyatını həmin tərbiyə üzərində qurur. Odur ki, valideynlər bu yaşdakı tərbiyəyə xüsusi diqqət göstərməlidirlər. Bu gün cəmiyyətimizdə həmin mərhələnin tərbiyəsinə əhəmiyyət verildiyini desək, bəlkə də yanılmış olarıq. Bir çoxları uşaqlarının tərbiyəsilə hətta orta məktəbin yuxarı siniflərindən məşğul olmağı düşünürlər.

Halbuki əksər alimlərin fikrincə, uşaqların tərbiyəsi 4 və ya 6 yaşına qədər artıq tamamlanır. Bu yaşa qədər alınan tərbiyə də həmin uşağı bütün həyatı boyu təqib edir. Bununla yanaşı ailədəki atmosfer, tərbiyə, hisslər, düşüncə və davranışlar da uşaqların tərbiyəsinə və ruhuna birbaşa təsir göstərir.
Kiçik yaşlı uşaqların tərbiyəsində onları düşündürən, səviyyələrini qaldıran, iradələrini artıran mövzulara üstünlük verilməli, bu istiqamətdə dərslər keçilməlidir. Oxuduqlarımızın və ya aldığımız tərbiyənin düşüncəmizə təsiri də çox böyükdür. Məsələn, kiçik yaşlarından din tərbiyəsi alan və ya bu haqda çox oxuyan insan Allah və axirət haqqında düşünür və bunları nəzərə alaraq həyatda həqiqətən də əməllərinə diqqət yetirir. Lakin digər insanlarda isə əks hallar baş verir və bunun nəticəsi olaraq cəmiyyətdə mənfi hadisələrlə qarşılaşırıq.
İnsanların tərbiyəsində millilik çox əhəmiyyətlidir. Alimlərin gəldiyi qənaətə əsasən nənə və babaların yanında çox qalan və onlardan tərbiyə alan uşaqlar sonradan gözəl əxlaqa malik olurlar. Bunu keçmişdə tərbiyəyə daha çox əhəmiyyət verilməsi və yaşlı insanların təcrübəli olması ilə də izah etmək olar. Milli tərbiyə, adət-ənənə və mədəniyyətlərdən uzaq cəmiyyətlər kobud, cahil və etibarsız olurlar.
Məktəblərdə bütün fənnlərlə yanaşı tərbiyə, milli mədəniyyətlə bağlı mövzular keçilməli, yaşadıqları vətəni cənnətə çevirəcək sağlam ruhlu və xarakterli nəsillər tərbiyələndirilməlidir. Lakin bəzən bunun əksi ilə qarşılaşırıq və belə əhəmiyyətli dərslərin və mövzuların arxa planda qaldığını görürük ki, bu da bütün insanları ciddi şəkildə narahat etməlidir.
İnsan tərbiyəsi öz-özlüyündə bir gözəllikdir və kimdə olmasından asılı olmayaraq qiymətləndirilməlidir. Hətta cahil insan da müəyyən tərbiyəli cəhətlərinə görə sevilməlidir. İstənilən ixtisasın sahibi hər şeydən əvvəl müəyyən səviyyəyə malik olmalıdır. Kiçik yaşlardan qazanılan həmin səviyyə olmadan insanın şəxsiyyət kimi formalaşması və yaxşı elm adamı olması demək olar ki, qeyri-mümkündür.
Düşüncənin insan həyatında rolu olduqca böyükdür. Bu da insanı tərbiyə edən və həyatda ona istiqamət verən amillərdən biridir. Çox az hallarda insanın sərbəst düşüncəyə malik olduğunu görürük. Əlbəttə, burada söhbət doğru düşünməkdən gedir ki, bunun da bir qədər əvvəl kiçik yaşlardan qazanılan tərbiyə ilə əlaqəli olduğunu qeyd etdik. Həyatda yalnız sərbəst və doğru düşünən insan cəmiyyət üçün xeyirli ola bilər. Düşüncəsiz insanlar isə cəmiyyətə həmişə yük olan insanlardır. Bu gün rüşvət, ikiüzlülük, oğurluq, yalan kimi gileyləndiyimiz halları yaradan da məhz onlardır. Bütün bunlardan sonra tərbiyənin nə qədər əhəmiyyətli olduğunu daha aydın görürük. Çünki qeyd etdiyimiz mənfi hallar vaxtında verilməyən tərbiyənin və istiqamətləndirmənin nəticələridir.
Ümumiyyətlə, kiçik yaşlarımızdan aldığımız tərbiyə gələcək həyatımızı müəyyən edir. Biz həmin tərbiyəyə əsasən düşünür, yaşayıb yaradırıq. İnsanların tərbiyəsində, cəmiyyətin istiqamətləndirilməsində və inkişafında hər şeydən əvvəl valideynlərin, sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Hər zaman olduğu kimi bu gün də cəmiyyətin həmin məsuliyyəti dərk edən insanlara böyük ehtiyacı vardır.


Şərhlər: 22
Baxılıb: 976
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lap korpelikden sozlerle danisiq terziyle hereketlerle
8 mart 2015 23:55
# 22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
uliçka
Sitat: sona
Sitat: Svetoklana
Uşaqın tərbiyyəsinə elə ana bətnindən başlamaq lazımdır...

Raziyam

Məndə tam razıyam
6 fevral 2015 12:00
# 21
Həyat kino kimidir,ən marağlı anında bitir
lili)
1 yasindan baslamaq lazimdi
6 fevral 2015 08:17
# 20
Miss_Oxatan
Diqqetle oxudum ve Peygemberimiz Mehemmed (s.a.s) den bir hikmetli soz yadima duwdu.Bir gun yenice ovladi dunyaya gelmiw insan Peygemberimizin (s.a.s)yanina gelir,ovladi oldugunu deyir,ve ovladina terbiyenin nece ve ne zamandan bawlamasini soruwur.Peygemberimiz (s.a.s)"Uwagin ne zaman dunyaya geldiyini" soruwur,insan 3gunlukdur deyir.Peygemberimiz (s.a.s) ise "Gecikmisen!" deye buyurur.demek ki,uwagi neyin ki,dogulan kimi hetta ana betninden bawlamalisan terbiye etmeye.elm inkiwaf etdi ve elmde bunu tesdiq etdi.ana betnindeyken betnden kenar her bir maddi,menevi baw verenler tesir edir insana.uwaq da awiq da gorduyunu cagirar deyirler,ne gosterdinse,ne oyretdinse,valideynden ne gorub yawiyirsa eks etdirir uwaq.ancaq istisnalar da var,genetika ve ailedeki terbiye cox vaxt eksinede olur,gorursen ki ele terbiyeli,ziyali aileden,nesilden ele bir ovlad cixir ki,illerle hormetle anilan ailenin uz qarasi olur,ve ya,eksine,atasi alkaw,anasi ayagi suruwken olur ama ovladi terbiyeden ders kecer.insanin ozunden,heyata baxiwindan,dogrunu eyrini teyin etme qabiloyyetinden cox wey asilidir.terbiyede valideyn ve muellimden savayi muhitden de cox wey asilidir.
5 fevral 2015 23:24
# 19
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ayan97
Ayy menim usagim yoxdu ammademisem men usagimi numune usag kimi boyudecem ozum nece numuneyem..

Ayy menim usagim yoxdu ammademisem men usagimi numune usag kimi boyudecem ozum nece numuneyem..
5 fevral 2015 23:23
# 18
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ismayilova ulker
Dinimizdə 3 yeddilik var deyirlər 7 yaşına kimi uşaq sənin şahındı 7 dən 14 kimi sən uşağın şahısan 14 dən sonra artıq uşaq müstəqil fikirlərini yürüdə bilir. Indi qızlarımız ana bətnindən tərbiyə edək deyirlər amma əsas tərbiyə 7 yaşından başlayır. Tərbiyə dedikdə döymək vurmaq deyil anlatmaq başa salmaq lazımdı. Gərək uşaq səndən qorxmasın hörmət eləsin. O zaman sənin uşağın tərbiyəli olacaq.
5 fevral 2015 23:16
# 17
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
FISTIK
usaq tərbiyəsi cox mesuliyetli ve cetindi mencede usagi terbiyesinde sebirli diqqətli olmaq lazimdi.
5 fevral 2015 23:00
# 16
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Gunka13
Menimde bir qizim var.korpelikdn nece terbiye ersek elede gedir.yoldawima deyirem hemwe cox qorxuram boyuyende jndiki zemanede cox cetindi uwaq boyutmk birden bawqalari bilmden duz yola getmz.hemwe nezaretde olmalidi nezaretsiz buraxmamalidi seyir uwagi.
5 fevral 2015 22:59
# 15
Aileli.
sona
Sitat: Svetoklana
Uşaqın tərbiyyəsinə elə ana bətnindən başlamaq lazımdır...

Raziyam
5 fevral 2015 21:38
# 14
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Fiorella
Qizlarmz mashaallah bu haqda bilgilidi artx yazblar beli usagn terbiyyesine hele ana betnindeyken baslamaq lazmdi bilurik ama cog cetindi usag saxlamaq her seyi qaydasnca etmey olmur negeder calssanda
5 fevral 2015 21:28
# 13
Bestoş
usaqimolanda baxaram ne vaxt edeceyime
5 fevral 2015 21:18
# 12
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
BARBI
Usagin terbiyesine kirpe vaxtdan baslamaq lazimdir
5 fevral 2015 21:18
# 11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
KRALİCEM
Duzdu doymek terbiye deuuil
Sitat: medine yusif
Menim oglum 7ayliqdi.indiden caliwiram ki ona terbiye verim.sehvi duzu bawa salim.bu olar bu olmaz sozun tez tez deyirem.aglayanda deyirem Yusif aglamaq olmaz olmaz olmaz baxir gulumseyir inanin.yoxsaki wille qapaz qiwqiriqla uwaga terbiye vermek olmaz eksine uwagin psixoligasi pozulir menfi tesir gosterir.
5 fevral 2015 21:14
# 10
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Usagin terbiyesine kirpe vaxtdan baslamaq lazimdir
5 fevral 2015 21:10
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
gulka azeri
cox cetindi indiki zemanede yaxsi tezbiyeli usaq boyutmek cunki cemiyete qowulduqda yalnis yola getmek qorxusu da olur gerek daim nezaret usagin usdunde olsun bawli bawina buraxmiyasan
5 fevral 2015 21:06
# 8
ece uslu
terbiye ana betninden bawlayir
5 fevral 2015 21:06
# 7
Tomris Müslümova
usaq dogulmamisdan onu terbiye elemek lazimdi...
5 fevral 2015 20:42
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
arzum-aysum
Bu barədə Peyğəmbərerimizin (s. A. S.) gözəl hədisi var. Hədisə görə uşağın tərbiyəsinə ana betnindeyken başlamaq lazimdi
5 fevral 2015 20:41
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Düşünürəm ki,uşağın tərbiyəsinə 2 aylığından başlamaq lazımdı,düzdü genetik faktor da çox vacibdi,ancaq valideyindən çox şey asılıdı,valideyin özü mənəviyyatlı,əxlaqlı ,düzgün olmalıdıki uşağa da bunu aşılasın(düzdü istisnalar da var)....Əbəs yerə demirlər ki,uşaq evin güzgüsüdür,uşağı döyməklə,danlamaqla deyil də,uşaq kimi deyil,şəxsiyyət kimi yanaşıb danışmaqla,doğruları başa salmaqla daha düzgün tərbiyə etmək lazımdı...düzdü ana olmasamda indidən bu kimi şeylərlə çox maraqlanıram....çünki uşaqlar bizim gələcəyimizdi,biz böyüklərdən nə görürlərsə onu etməyə çalışırlar,demə ki,biz doğru olmalıyıq,onlardan da bunu görək...
5 fevral 2015 20:01
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Bir gün birinin övladı olur və övladı iki günlük olanda aparır müdrik birinin yanına və deyirki mən övladımı necə tərbiyə edim müdrik insan isə belə cavab verir, sən artıq iki gün gecikmisən tərbiyə verməkdə ...tərbiyə deyəndə ən çox atamın sözü həmişə yadıma düşür deyərdiki əzizim əzizdi tərbiyəsi ondan daha əzizdi ..
5 fevral 2015 20:01
# 3
Luna-90
1 yasdan baslamaq lazim .indikilere yox sozunu basa salmaq cooox cetindi ters dogulurlar.
5 fevral 2015 19:53
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
medine yusif
Menim oglum 7ayliqdi.indiden caliwiram ki ona terbiye verim.sehvi duzu bawa salim.bu olar bu olmaz sozun tez tez deyirem.aglayanda deyirem Yusif aglamaq olmaz olmaz olmaz baxir gulumseyir inanin.yoxsaki wille qapaz qiwqiriqla uwaga terbiye vermek olmaz eksine uwagin psixoligasi pozulir menfi tesir gosterir.
5 fevral 2015 19:51
# 1
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz