Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağı 5 dəqiqəyə necə yatızdırmaq olar?
Uşağı 5 dəqiqəyə necə yatızdırmaq olar?
Göndərən: NoName
Şərhlər: 22
Baxılıb: 8307
Səs ver:
Əkiz uşaq anasının məsləhəti
Bir çox valideynlər uşağının pis və ya gec yatmağından şikayət edir. Əksəriyyət uşağı ən azı yarım saat ya ayağında, ya da yatağında yellədərək yatdızdırır. Və valideyn həqiqətən uşağın məhz yelləndiyinə görə yatdığını düşünür. Halbuki bu, heç də belə deyil.
 
Bir çox evlərdə uşağın yatmağı işgəncə halını alır. Hələ iki, üç azyaşlı uşaqlarla vəziyyət daha da pisləşir. Necə ki, bizdə. Əkiz uşaq anası kimi bu, mənə ikiqat çətin idi. Uşaqları yatızdırmaq üçün min cür yoldan istifadə etmişəm. Ancaq ən effetiv üsulun məhz bu olduğunu anlamışam.
 
Əkiz övlad valideynlərinə məsləhətim, uşaqları tək-tək bu üsula öyrəşdirməkdir. Mən böyük əkiz tayı digərindən bir həftə əvvəl öyrətməyə başladım. Əsas çətinlik onda idi ki, böyük tay yellənməyə, balaca isə qucaqda yatmağa öyrəşmişdi. Bəzən böyük oğlumu bir saata yaxın yelləncəkdə yellətdiyimiz olurdu. Digər əkiz tay isə qucaqdan yerinə qoyulan kimi oyanırdı, yenidən qucağa istəyirdi. İndi isə günorta və gecə yuxuya getmələri cəmi 5 dəqiqə çəkir.
 
Hazırlıq
Sadəcə daha iradəli və bir az da "daşürəkli” olub uşağı öz yatağına qoyaraq gözləməlisiniz. "Mənim ürəyim gəlməz”, "elə içdən ağlayır, hıçqırır ki, dözə bilmirəm”, "bizim uşaq üçün deyil bu üsul” deməyin! Bu üsul bütün uşaqlar üçün keçərlidir.
 
Üsulun əziyyəti bir neçə gün (daha dəqiq desək, 3 gün) olur. Bunun üçün siz əvvəlcə evdəkiləri xəbərdar etməli və onlara da qərarlı olmağı başa salmalısınız. Bəzən analar uşağın ilk gün ağlamağına dözsə də, ata, yaxud digər qohumlar buna qarşı çıxır, gəlib uşağı yataqdan götürürlər. Belə hallar olmamalıdır! Bu zaman uşağın anasına qarşı fikri dəyişə bilər, xüsusən yaşı 2-dən yuxarıdırsa. Anasının qərarının keçərli olmadığını görmək uşağı sarsıda bilər. Uşaq anasının əsas tərbiyəçi olduğunu məhz bu cür şeylərlə dərk etməlidir.
 
İlk günün çətinliyi
Birinci gün uşaq nəyin baş verdiyini anlamır, axı niyə anası onu yırğalamır, niyə əvvəlki kimi nazı ilə oynamır deyə əsəbləşir, ağlayır. Bu halda əgər uşaq artıq hər şeyi başa düşən yaşdadırsa, ana ona böyük insan olduğunu və yatmağı öyrənməli olduğunu deməlidir. Çox ağlasa, başını sığallamaq, belini ovuşdurmaq kimi yüngül hərəkətlər edə bilər. Uşaq yatağından qalxıb çox ayaq üstə durarsa, onu yenidən yerinə yatızdırmalı, uyğun yuxu pozisiyasını almağa kömək etməlidir. Asta səslə layla oxuya da bilər. Yaxşı olar ki, ana uşaq səhər öz yerində yatdığı üçün xırda bir hədiyyə də versin.
 
Əgər uşaq 1 yaşında, yaxud daha balacadırsa, ona qucaqlayıb yatması üçün oyuncaq verilə bilər. Yuxarıdakı yatırtma üsulu onlara da aiddir. Uşağı yaxşı olardı ki, 6 ayından etibarən bu üsula öyrədəsiniz.
 
İlk günün çətinliyi sizi qorxutmasın, uşağın yaşından asılı olaraq bəzi hallarda 40 dəqiqə, bəzən isə 2 saata yaxın davam edə bilər bu proses. Əmin olun ki, 2-ci və 3-cü günlər daha asan olacaq. Sizin uşağınız istisna deyil.
 
Məsləhət
Uşağı hər gün eyni vaxtda səhər (saat 8:30-dan gec olmayaraq) yuxudan durğuzmağa, axşam isə eyni vaxtda (21:30-dan gec olmayaraq) yatızdırmağa öyrədin.

Bizə uşaqlar balaca olanda tez-tez "uşaqdı, nə vaxt istəsə onda da yatar” deyirdilər, ancaq bu, çox səhvdir. Uşağa hörmət yuxudan başlayır. Azyaşlılar gecə ən azı 10 saata yaxın yatmalıdırlar. Gecə 1-də yatan uşaq ən çox nə qədər yata bilər ki? Yaxud onun günorta saatlarında yuxudan durması nə dərəcədə düzgündür?
 
Daha bir məqam da oyundur. Uşaq əgər yatmaq istəmirsə, demək valideynlərindən, oyundan doymayıb. Oyuncaqlar və televizor uşağın ehtiyaclarını ödəyə bilməz. Onun əsas ehtiyacı siz valideynlər və sizinlə oynayacaqları oyunlardır. Oyundan doyan uşaq rahat yatar.
Unutmayın, uşaq böyütmək işgəncəli yox, əyləncəli olmalıdır.


Şərhlər: 22
Baxılıb: 8307
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Zinyet
Menim gizim 8 ayligdir gece 10 yatir birde durur 12 sonra bawlayir oynamaga yorulandan sonra yatir 1_2 ele vaxd olub ki saat 3_4 yatib cox cetindi menimde dozumum yoxdur cp

Yanimda yatir sonra slib goyuram yerine yerine goyan kimi yellenmese yatmir
22 yanvar 2016 17:18
# 22
ismayilova ulker
Mən balacanı böyük çətinliklə yatızdırıram elə olu saat yarım yelliyirəm. Gərək bu yoldanda istifadə edim.
23 yanvar 2015 01:07
# 21
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Fiorella
Menim oglum 9un yarsi 9 da yatr seher nece olsa 8-9 arasi durur bizide o oyadr o geder opur eliyir yeni dur ama pisi oduki demey olarki menle yatr yeni yanmda yatr qoyram yerine sehere yaxn durur aglyr yene gelir yanima onuda ozum elemisem birinci gunden gerek ayri qoyasan men gormemis kimi ustumde yatzdrirdm hele indide usag neykesin oyresib

Evvel oyresmekden indi hemde ele bil gece tek qorxur bu piyanskalar yeni ile bir ay qalms bir ayda sonra fiseng atrlar onu esidennen usag qorxur basn ortur meni qucaglyr aglyrki mene bax cone bilmirem
23 yanvar 2015 00:30
# 20
lili)
menim qizim men yatmaqa gedende yatir yoxsa yat demkden yoruluram
22 yanvar 2015 23:59
# 19
Wappuw
cox faydali xeberdi tewekkur
22 yanvar 2015 23:52
# 18
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
ruzgargulum
Cox faydali xeberdir atdim secilmislere mene lazim olacaq onda baxıb əməl edecem tesekkurler.
22 yanvar 2015 23:45
# 17
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Brilliantam
oglum gec yatir 11-12 arasi gece,seher de 11-12 de durur.
22 yanvar 2015 23:32
# 16
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Tomris Müslümova
cox faydalidi tesekkur
22 yanvar 2015 23:28
# 15
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aziz a
Qizim mene o barede zulm edib, sukur indi artiq boyuuyb ozu bilir ne var ne yox
22 yanvar 2015 23:26
# 14
Qelbim doludu !!!!
Luna-90
Esl mene aid movzudu her gece bizde yatmaq adi cekilende dava dusur ogluma get yat deyene qeder yoruluruq .yuxu onun en nifret etdiyi seydi
22 yanvar 2015 23:16
# 13
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
FISTIK
dogurdanda cox cetindi menede bu usulu elemisdim amma siz demisken ürəyim dayanmadi.
22 yanvar 2015 22:58
# 12
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
emis
indiki usaqlar adamin uzune diresir yatmir ne elesen
22 yanvar 2015 22:40
# 11
Sara035
Mende calıwıram tez yatdıram ama olmur bızle beraber 3-de yatır gunorta 1,2-de durur ındı yatır bırazdan oyanacaq oynuyacaq sora yatacaq:(
22 yanvar 2015 22:08
# 10
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
sona
Uwaq deyillere tatli belalardi indi uwaqlar. Allah saxlasin her birini
22 yanvar 2015 21:56
# 9
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ece uslu
indiki uwaqlarin yatmaqla hec arasi yoxdu
22 yanvar 2015 21:52
# 8
Bestoş
indiki uwaqlar anasini yatizdirir ozu oyaq qalir
22 yanvar 2015 21:25
# 7
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Melissa
menim qizim 12de zorla yatir yatmirki,,, :)
22 yanvar 2015 20:58
# 6
Fialka
İndiki uşaqlar anasını yatızdırıb aradan elə çıxır heç xəbəri də olmur))
22 yanvar 2015 20:55
# 5
Turkan Abbasova
Hemise isteyirem edim. Amma yoldasim usaq agliyan kimi goturur ne qeder deyirem basina girmir
22 yanvar 2015 20:23
# 4
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
BARBI
Biz usaq olanda anamizin qorxusunnan tez yatirdiq indikiler analari yatanda yatir
22 yanvar 2015 20:18
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Mənim çocuklar 12 dən tez yatmırlar.
22 yanvar 2015 20:16
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Сладкий Ангел
122 indiki uwaqlar tatmireee
22 yanvar 2015 19:44
# 1
.Bir gülüşüm var Sizlərə ömür...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz