Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarınızı televizordan ayıra bilmirsiniz?!
Uşaqlarınızı televizordan ayıra bilmirsiniz?!
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 856
Səs ver:
Televiziya və kompüter asılılığını günümüzün xəstəliyi hesab edə bilərik. Elə bir dövrdə yaşayırıq ki, uşaqdan böyüyə qədər hər kəs televiziyaya baxmaqdan böyük zövq alır, televiziyanı həyatlarının əsas hissəsinə çevirirlər. Xüsusilə uşaqlar yaradıcı fəaliyyətə ayırdıqları zamandan daha çox televizora baxırlar. Televiziyada əsasən məzmunu uşaqlar üçün uyğun olmayan proqramları həddindən artıq izləmək uşaqların inkişafına mənfi təsir göstərir. Günün müxtəlif saatlarında televiziyada uşaqlar üçün uyğun olmayan verilişlərin verilməsi isə işləri daha da çətinləşdirir. Uşaqlar hətta bunu bir növ istirahət növü hesab edirlər. Xüsusilə abituriyentlər istirahətə ayırdıqları vaxtı televiziyaya baxmaqla keçirirlər. Əslində bu, çox yanlış düşüncədir. İnsan televizoru izlədiyi zaman beyin aktiv fəaliyyətdə olur ki, bu da insana dincəlməyə imkan vermir. Əksinə, televizora baxarkən dərsi öyrənməyə sərf etdiklərindən daha çox enerji sərf edirlər.
 
Televizorun həddindən artıq izlənməsi həm fiziki, həm psixoloji səbəbdən məsləhət görülmür.
Televizora baxaraq yemək yeyən insanın beyninə doyma aktı barədə siqnal gec çatır ki, bu da iki dəfə çox yeməklə nəticələnir. Buna görə də mətbəxə televizorun yerləşdirilməsi düzgün hesab olunmur. Pediatrlar "televiziya artriti" ya da "oynaq iltihabı" deyə adlandırılan xəstəliklər üzərində araşdırmalar apararkən bu narahatlıqların uşaqların televiziyanın qarşısında üzü üstə yerə yatıb, dirsəklərini yerə söykəyərək və başlarını iki əlləri arasına alıb saatlarla tərpənmədən televiziya izlədikləri üçün qaynaqlandığını, xüsusən, qeyd edirlər.
İstəyirəm, bu problemin daha çox psixoloji səbəblərinə toxunum. Televiziyaya çox baxan uşaqlar həyətdə, məktəbdə, dostları arasında özlərini cox aciz və qorxaq aparır, öz fikirlərini sərbəst ifadə edə bilmirlər. Boş zamanını otağında şəkil çəkərək ya da oyuncaqlarıyla oynayaraq keçirən bir uşaq televiziyaya uzun müddət baxan uşaqdan daha çox sərbəst olur. Televiziya əvəzinə uzaqdan idarə alətiylə (pult) video  izləyən uşağa, baxdıqlarına özü hökm etdiyi üçün daha faydalı olur. Çünki uşağın televiziyada xoşladığı bir verilişin anlamadığı və ya təkrar müşahidə etmək istədiyi bir sujetini yenidən baxmaq imkanı olmaz və baxa bilmədiyi üçün də əsəb keçirər və aqresivləşər. Video izlədiyi zaman isə bu cür hallar baş verməz.
 
Uşaqlar televizora neçə saat baxa bilərlər?
Uşaqların yaş dövrlərinə görə televiziya izləmə müddətini nəzərə almalıyıq. 2-3 yaş (körpəlik dövrü) arası uşaqlar gün ərzində 20 dəqiqə, 3-6 yaşlılar (məktəbəqədər dövr) 1 saat, 6-9 yaşlı (kiçik məktəbli ) uşaqlar 2-3 saat televiziya izləyə bilərlər. Bu vaxtlar gün ərzində 20-30 dəqiqəlik bölgülər halında qurulmalıdır. Uşaqlarınızın nəyi izlədiyini nəzarət etmək istəyirsinizsə, uşağınızla birlikdə televiziyaya baxın və sonra izlədiklərinizi onunla müzakirə edin.
Onu da unutmayın ki, uşaqlar böyükləri özləri üçün nümunə hesab edirlər. Böyüklər nə edirsə, uşaqlar da onları təqlid etməyə çalışır. Buna görə də axşam evə gəldiyiniz vaxt çalışın birinci televiziyanı açmayın, yataq otağında, mətbəxdə əsla televizor yerləşdirməyin. Uşağınızın nəyi izləməsinin lazım olduğuna siz qərar verməlisiniz. Uşaqlarınız üçün uyğun olmayan proqramlar olduqda, kanalı dərhal dəyişdirmək yerinə ona qısaca şərh verə bilərsiniz. Uşağın seyr etdiyi proqram qurtardığı vaxtdan 10 dəqiqə qabaq xəbərdarlıq edərək televizoru söndürün. Uşağınız yenə baxmaq istəyərək sizdən icazə almaq istəyəcək, amma razılaşmayın. Əvvəlcədən, nə qərar vermisinizsə, ona əməl etməyə çalışın. Çünki vədinizdən çəkinsəniz, uşağınızda sizin qoyduğunuz qaydalara qarşı güvənsizlik yaranacaq. Bu da uşağınızın gələcək tərbiyəsində maneə yarada bilər. Televiziya vərdişini aradan qaldırmaq çətin olsa da, qeyri-mümkün deyil. Səbr, səmimiyyət, ən əsas qərarlılıqla bunun öhdəsindən gələ bilərik.


Şərhlər: 17
Baxılıb: 856
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
televiziri usaqdan yirin o zaman
8 mart 2015 23:36
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Brilliantam
Sitat: Luna-90
Men oglumu ipadden uzaqlasdirmisam 6aydi hec baxmir ona gore bizde hec acmiriq .ancaq tek oldugu ucun cox darixir oyuncaqlada oynuyur bezir.ona gore televizora baxir.

mende de eynile beledir.
27 yanvar 2015 02:45
# 16
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
ismayilova ulker
Böyük qızım çox baxır oda icazə vermirəm dərslərini oxuduram televizor yadınnan çıxır. Balacada ancaq reklama baxır.
25 yanvar 2015 23:06
# 15
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Ayselina
Tesekkur xebere gore..duzdur. .televizora cox baxan usaqlar gec danisir hemde fikirlerini ifade etmekde cetinlik cekirler
25 yanvar 2015 22:10
# 14
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Luna-90
Men oglumu ipadden uzaqlasdirmisam 6aydi hec baxmir ona gore bizde hec acmiriq .ancaq tek oldugu ucun cox darixir oyuncaqlada oynuyur bezir.ona gore televizora baxir.
25 yanvar 2015 21:52
# 13
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ece uslu
indi uwaqlari ne komputerden ne televizordan ne de telfondan ayirmaq olur
25 yanvar 2015 21:47
# 12
uliçka
Sitat: remse
Mənim çocukların marağı ancaq kompyuterədi

bütün uşaqlar belədi təəssüf ki :( çox ziyandır şüa uşaqların zehni zəifləyir

Sitat: remse
Mənim çocukların marağı ancaq kompyuterədi

bütün uşaqlar belədi təəssüf ki :( çox ziyandır şüa uşaqların zehni zəifləyir
25 yanvar 2015 21:32
# 11
Həyat kino kimidir,ən marağlı anında bitir
BARBI
Indikiler televizor kompyuter telefon bunlarin qarsisinnan qalxmirlar tebii ki her seyin oz vaxti var gunde 2 saat kifayetdir
25 yanvar 2015 21:30
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
mence usagin dilni bilmek cox vacibdi bu anlarda tewekkur
25 yanvar 2015 20:37
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ayan97
Usaglara qadaga qoymaq? benim ablamin cocuklari mene qadağa qoyirlareee...
25 yanvar 2015 20:32
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Həm televizor,həm kompyuter,uşaqlar ücün ziyandı valideynlər bəzən deyir sözə baxmır gərək əvvəldən qadagan ola ciddi rejimdə bu zaman uşaq ancaq icazə ala bilər daha icazəsiz istədiyi hər şeyə baxmaz!
25 yanvar 2015 20:23
# 7
Gulu-Qezi
en azindan kamputerden internetden tv yaxwidi
25 yanvar 2015 20:22
# 6
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
aziz a
Menim,qizimin,6 yasi var, men butun gunu onu televizorun,qabagindan,ayira bilmirem dehsetdi ye....
25 yanvar 2015 20:07
# 5
Qelbim doludu !!!!
rəmsə
Mənim çocukların marağı ancaq kompyuterədi
25 yanvar 2015 19:59
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Сладкий Ангел
twk xebere gore benim bi cocugum yok quc
25 yanvar 2015 19:55
# 3
.Bir gülüşüm var Sizlərə ömür...
Tomris Müslümova
men gelecekde qoymaram tv cox baxsinlar...
25 yanvar 2015 19:50
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
emis
gel sen onu usaqlara anlat hmmm cetindi indiki usaqlara qadaga qoymaq
25 yanvar 2015 19:39
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz