Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq tərbiyəsində yol verilən qüsurların acınacaqlı fəsadları
Uşaq tərbiyəsində yol verilən qüsurların acınacaqlı fəsadları
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 1237
Səs ver:
Elnur Rüstəmov: «Artıq valideynlər uşaqlarla lazımi qədər vaxt keçirmirlər»
 
Tahibə Quliyeva: «İstər ana-atanın, istər digər doğmaların uşağın hər istəyinə "olar" cavab verməsi uşaqda davranış problemlərinə yol açır»
 
Son illər uşaqların davranışlarında əvvəlki dövrlə müqayisədə  xoşagəlməz halların artması  müşahidə olunur. İstər valideynlərlə, istər öz yaşıdları, ya da qeyriləri ilə münasibətdə buna daha çox rast gəlinir. Mütəxəssislər hesab edirlər ki, bu, yanlış tərbiyə etməklə bağlıdır.
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov açıqlamasında deyir ki, müasir dövrdə artıq valideynlər uşaqlarına daha az vaxt ayırırlar. Mənfi halların kökündə də bu dayanır: "Son vaxtlar valideyn-övlad münasibətlərində yaşanan problemlərin  kökünə baxsaq, əsas burda tərəflərin məlumatlı olmaması durur. Bu gün  böyüyən uşaq və yeniyetmələr 20 il bundan əvvəl böyüyənlərlə eyni deyil. Nə düşüncə baxımından, nə həyata baxış nöqteyi-nəzərdən bunlar bir-birinə oxşamırlar. 20 il bundan əvvəl böyüyən valideynlər başqa təhsil sistemində, başqa ətraf mühitdə böyüyüblər. Lakin bu gün fərqlidir. Nəticədə valideyn-övlad münasibətində ciddi problemlər yaşanmağa başlayır. Məsələ ondan ibarətdir ki, artıq valideynlər uşaqlarla lazımi qədər vaxt keçirmirlər. Onların tərbiyəsində aktiv iştirak etmirlər. Sadəcə, konkret vəzifələri yerinə yetirməyə çalışırlar. Məsələn, səhər uşağı bağçaya aparıb, axşam gətirmək. Valideyn vəzifəsini bununla bitmiş hesab edir. Uşaqla daha çox vaxt keçirmir. Əgər uşaq xəstədirsə, onu sadəcə, həkimə aparır. Uşaq niyə xəstələnib, necə olub, bu maraqladırmır. Bu gün insanlar valideyn məsuliyyətini dərk etmək istəmirlər. Sadəcə, düşünürlər ki, mən işləyib qazanıram. Lazım olsa,  pulunu verib kimisə tutaram, uşağa o baxar. Buna görə də zaman-zaman valideyn-uşaq münasibətləri soyuyur, ciddi problemlər yaranmağa başlayır. Valideyn isə bundan yalnız o zaman xəbər tutur ki, uşaq` yeniyetməlik həddinə çatır, onda pis vərdişlər yaranır, uşaq evdən uzaqlaşır, valideynə söz qaytarır, nalayiq sözlər deyir, əl qaldırır, kobudluq edir.  Yalnız o zaman narahatçılıqlar başlayır. Əgər valideyn uşaqlıqda ona zaman ayırsaydı,  yeniyetməlikdə belə problemlər yaşanmazdı”.
 
Psixoloq bildirir ki, valideyn-övlad münasibətlərinin sağlamlaşması üçün maariflənirmə işləri aparmaq lazımdır: "Bunun üçün məsələn, valideynlər  baxçalara, məktəblərə cəlb oluna bilərlər. Valideynlərin uşaqlarla əlaqəsi yaradılmalıdır. Əgər valideynlər bu istiqamətdə  özlərinə yatırım etsələr, vəziyyət daha yaxşı olar. Bu gün biz texnologiya əsrində yaşayırıq. Hər zaman, hər yerdə komfort axtarırıq. Uşaqlara da bunu verməyə çalışırıq. Düşünürük ki, komfort veririksə, uşaq tərbiyəli olacaq.  Lakin tək komfortla iş bitmir. Komfort əksinə, uşaqların tələblərini daha da artırır”.
Elnur Rüstəmov vaxtında uşaqlara yetəri qədər diqqət yetirilməməsinin gələcəkdə ciddi fəsadlarının ola biləcəyini deyir: "Vaxtında diqqətsizliyin fəsadlarını bu gün də yaşayırıq, cəmiyyətdə görürük. Məsələn, son vaxtlar yeniyetmə cinayətlərinin artması, konfliktlərin çoxalması, aqressiv yanaşma, bu aqressiyanın əks cinsə yansıması, nəticədə yeni qurulan ailələrdə anlaşılmazlıq, boşanmaların artması və s. Bunlar həmin problemlərin təzahür formasıdır. Ona görə də uşaqlıqdan tərbiyə məsələsinə xüsusi diqqət yetirməlidirlər”.
 
Peşəkar Psixologiya Mərkəzinin Uşaq İnkişaf Klubunun direktoru və psixoloqu Tahibə Quliyeva da uşaqların tərbiyəsində ailənin rolu, tərbiyə zamanı yol verilən yanlışlıqlardan danışıb: "Uşağın tərbiyəsində ailənin önəmi böyükdür. Uşaq erkən yaşlarından tərbiyə edilməli və cəmiyyətə faydalı bir şəxs kimi yetişdirilməlidir.  Uşaq tərbiyə edilərkən doğru bir yol izlənilməli, lazım gəldikdə psixoloq məsləhətindən faydalanılmalıdır.  Ana-ata və digər ailə üzvləri uşaqla rəftarlarına incə yanaşmalı, uşaq üçün yalnış və doğrularda qərarlı davranış nümayış etdirməlidirlər. Bəzən ana-ata işlədiyindən uşaq nənə-baba yanında daha çox vaxt keçirir. Nənə-baba nəvəyə qarşı daha həssas olduqlarından, onun hər istəyinə müsbət cavab verirlər. Beləliklə, uşağın ərköyün böyüməsinə səbəb olurlar. İstər ana-atanın, istər digər doğmaların uşağın hər istəyinə "olar" cavab verməsi uşaqda davranış problemlərinə yol açır. Artıq uşaq "olmaz" sözünü eşitmək belə istəmir və eşitdiyi zaman özünü yerə atır, aqressiv hərəkətlər nümayiş etdirir. Bu gedişatla uşaqda həm tərbiyə, həm də sağlamlıq zərər görür. Zamanla bu tip problemlərlə bağlı psixoloqa çox müraciətlər olur. Vaxtında verilmiş tərbiyə çox önəmlidir. Kiçik yaşlarda bizə kiçikmiş kimi gələn problemlər daha sonra, xüsusilə də, yeniyetməlik dövründə daha da qabarıqlaşır və çox daha ağır davranış problemlərinə gətirib çıxarır.  Düzgün verilməyən tərbiyə uşağın pis vərdişlərə yiyələnməsinə səbəb olur.  Burda ana-ataya və ya böyüklərə qarşı kobud rəftardan tutmuş, oğurluq, cinayət, narkomaniya və s. kimi insanın həyatını məhv edən zərərli vərdişlərə qədər sadalamaq olar”.

 Psixoloq sonda valideynlərə məsləhətlərini bu cür ifadə edib: "Uşaqlara sevgi verək, sevgi ilə yanaşaq, lakin onlar üçün uyğun olmayan normaları da onlara ifadə edək. Çünki uşaqlar onlar üçün nəyin doğru, nəyin yalnış olduğunu tam dərk etmirlər. Onlara bunu kiçik yaşlarında biz öyrətməliyik. Uşaqlar həyatı böyükləri təqlid edərək öyrənirlər. Unutmayaq uşaq evin güzgüsüdür! Gəlin hər birimiz cəmiyyətə faydalı şəxslər böyüdək! ”


Şərhlər: 12
Baxılıb: 1237
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nergizz
indi dogrdanda uwaq terbiye etmek cox cetindi,indiki uwaqlarin ekseriyeti terbiyeni evdeknden yox coldekinden daha tez gotrur,ama ne qeder erkoyun ne qeder yaxwi ya pis terbiye edilmiw uwaq olsa bele,boyuyende,qaninda nedise onu gosterir,mence terbiyeden cox qanda ne varsa o olur,terbiyeni vermekle deyil,uwaq gozunu acir evde neyi nece gorurse onuda edir,wukur,uwaqlarmin mekteb iclasina gedende oxumagindan cox terbiyesinden deyib muellimler,
8 mart 2015 23:11
# 12
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
vipbetul
usaq terbiyesi her seyden once gelmelidiki boygiyende hem valideyine hemdeki cemiyyete vetene layiqli ovlad olsun
8 mart 2015 22:53
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Wappuw
uwaq terbiyesine neneler babalar qariwmasa daha yaxwi olar uwaq kenardan mudaxile gorduse erkoyun olacaq eleme deyende kenardan deyirlere deymeye qoy elesin uwaqda buweraite orgniwir ona gore aile icersinde uwaq terbiye etmek cetindi
5 yanvar 2015 01:29
# 10
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Fiorella
Sitat: ece uslu
indi uwaq terbiye etmek cox cetindi
4 yanvar 2015 23:52
# 9
ece uslu
indi uwaq terbiye etmek cox cetindi
4 yanvar 2015 23:38
# 8
aziz a
Mende qizimin her isteyine HE ,OLAR demirem,sadece calisiram her seyin yerini, vaxtini, qederini bilsin. Erkoyun usag valideyin ucun gelecekde esl problemdi.Nece deyerler Ezizim ezizdi, terbiyesi ondanda ezizdi.......
4 yanvar 2015 22:56
# 7
Qelbim doludu !!!!
Turkan Abbasova
Raziyam
4 yanvar 2015 21:08
# 6
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
my_angel
Uşaq terbiyesinde sehve yol verilmemelidir. Uşağı erköyün öyretdinse , her dediyini eledinse,vesselam "başına turp ekecek" ona gore de uşağı erköyün öyretmemek lazımdır.Bizde qardaşım bize baxmış erköyündü.Hem de evin sonbeşiyidi.Bele bir misal var e " Ezizim ezizdir terbiyesi(hörmeti) ondan da ezizdir"
4 yanvar 2015 21:08
# 5
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
BARBI
Bele problemler yasamamaqcun usaqlari duzgun terbiye etmek lazimdir
4 yanvar 2015 21:02
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Uşaq tərbiyəsində həmişə "Əzizim əzizdi tərbiyəsi ondan daha əzizdi"prinsipinə önəm verilməlidir hər şeyə" olar" demək olmaz
4 yanvar 2015 20:47
# 3
canr
Raziyam
4 yanvar 2015 20:00
# 2
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Сладкий Ангел
yazilanlarin hamsi ile razilawmasamda bezileriyle raziyam
4 yanvar 2015 19:43
# 1
.Bir gülüşüm var Sizlərə ömür...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz