Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlara oxumağı necə öyrətməli?
Uşaqlara oxumağı necə öyrətməli?
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 1615
Səs ver:
Jurnalist, filoloq, "Serebryannıy dojd” ("Gümüş yağmur”) radiostansiyasında yayımlanan "Kamennıy qost” ("Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.
 
Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.
 
1. Yaxşı müəllim axtarın
20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.
 
2. Özünüz də kitab oxuyun
Tez-tez valideynlərdən belə şikayətlər eşidirəm ki, uşağa kitab oxumamış kompüterə yaxınlaşmağı da qadağan edirik, televizora da kod qoymuşuq, amma o oxumur ki, oxumur. Soruşuram: "Bəs siz özünüz çox mütaliə edirsiniz?” Cavab olaraq özlərinə haqq qazandırmağa çalışırlar ki, bəs, işimiz çoxdur…
 
Onda uşağa qarşı nə kimi narazılıqlar ola bilər ki? Hər şey ailədən gəlir. Mütaliə – bir növ genetik mədəni koddur. Məcburən siz heç kimə onu yeridə bilməzsiniz, yalnız öz şəxsi təcrübənizlə bölüşə bilərsiniz. Siz özünüz oxumağa başlasanız uşaq da mütləq mütaliə etməyə başlayacaq. Amma söhbət yalnız əsl ədəbiyyatdan gedir. "Ye, dua et, sev” kimi kitabçalar sayılmır.
 
3. "Köhnə” kitabları yeni yanaşma ilə oxuyun
Məsələn, ana belə hesab edir ki, onun yeddiyaşlı uşağı artıq Puşkin nağıllarını oxumaq üçün böyüyüb. Mən Puşkinin nağılları haqqında özümün "Kamennıy qost” verilişimdə danışarkən mənə belə esemeslər gəlir: "Leonid, maşından çıxmaq istəmirəm, verilişi sonunacan dinləmək istəyirəm!”
 
Puşkinin nağılları böyüklər üçündür. Bütün dahiyanə uşaq kitabları çox qabiliyyətli böyüklər tərəfindən yazılıblar. Və bu kitablarda çox əhəmiyyətli şeylərdən danışılır. "Meri Poppins” – valideynlərin öz uşaqlarına sərf etməyə vaxt tapmamaları haqqındadır. Uşaqlıq isə nə zamansa bitəcək. "Düyməcik” – mürəkkəb ailə münasibətlərinin güclü bədii pasyansıdır. "Vinni-Pux” – möhtəşəm xarakterlər yığnağıdır.
 
Biz böyüklərin şüurunda bir dənə də təhlükəli tələ var: "biz bunu məktəbdə keçmişik, bizə yeni nəsə verin”. Bu yaxınlarda mənim bir tanışım məndən xahiş etdi ki, oxumağa bir şey tövsiyə edim. Ona "Anna Karenina”nı təklif etdim. O isə mənə: "Eh, mən orda nə haqda danışıldığını bilirəm. Yeni bir şey istəyirəm” - deyə cavab verdi. Onda belə bir sual yaranır ki, biz mütaliədən nə istəyirik – mürəkkəb yollarla bizim estetik və ekzistensial təcrübəmizə keçəcək estetik həzz, yoxsa əkşn?
 
4. Ən tozlu klassikada da aktuallıq axtarıb tapın
Bu çox vacibdir ki, hər bir hekayə qanımıza və sümüyümüzə işləsin. Sizi əmin edirəm ki, adi məktəb proqramı belə onun haqqında düzgün söhbət aparılarsa uşaq üçün məhz aktual olacaqdır. Onun həyatı, onun narahatlıqları, zəmanə və ictimai quruluş, mahiyyət etibarilə dəyişməyən şeylər haqqında – "Yevgeniy Onegin” də, "Zəmanəmizin qəhrəmanı” da, "Ölü canlar” da bu haqdadır.
 
Sadəcə bizim gözlərimiz pərdələnib, şüurumuz məktəb proqramında olan ştamplarla doludur. Heç olmazsa bunları aşmaq üçün mən bu yaxınlarda böyüklər üçün nəzərdə tutulmuş mühazirələr kursu oxumağa başlamışam. Bir növ "Kamennıy qost”, amma oflaynda.
 
5. Müzakirə edin
Ümumiyyətlə, əgər siz həqiqətən də uşağınız mütaliə yolunun tutmağını istəyirsinizsə onunla oxuduğu şeylər haqqında danışmaq lazımdır. Həmçinin də keyfiyyətli filmlərə baxıb onları da müzakirə etmək, yanından piyada və ya nəqliyyatla keçdiyiniz bütün mədəni obyekt və abidələr haqqında da danışmaq gərəkdir. Bu çətin deyil, sadəcə onlara diqqət etmək lazımdır.
 
6. Ucadan oxuyun
Həqiqi klassik ədəbiyyatı ucadan oxumaq və uşaqla bir yerdə ondan həzz almaq lazımdır, bu zəruridir. Audiokitabları çox tövsiyə edirəm – uşağın nəyisə başa düşməyəcəyindən qorxmayın.
 
7. Şəxsən oxuyun
Kitab oxumağı uşağınızın dayəsinə buraxmayın. Siz uşağınıza kitab oxuyarkən ona gözəl şeylər aşılayırsınız. Və gözəl şeylərin bu cür – şəxsi ötürülməsi sizi gələcəkdə bir-birinizə ömür boyu sıx bağlayacaq bir teldir.
 
8. Heç vaxt qısaldılmış nəşrlər oxumayın
Bu, üçtəkərli avtomobil almağa bənzəyir. Mətndən, süjetdən məlumat almaq mümkün olsa da heç bir həzz əldə edilmir.
 
9. Say dalınca qaçmayın
Bu baxımdan bizim məktəb proqramımız dəhşətlidir. Biz məktəb illərində çox oxuyuruq – amma nə haqda oxuduğumuzu başa düşmürük. Məsələn, mən dərs dediyim beynəlxalq bakalavriat proqramında iki ilə nəzərdə tutulmuş ədəbiyyat kursu cəmi 15 əsərdən ibarətdir.
 
10. Yazmağa cəhd edin
Vaxtilə mən özüm Lenin dağlarındakı Pionerlər sarayında bədii dərnəkdə iştirak etmişəm. Bizim çox gözəl şüarımız var idi: "Kiçik yazıçıdan böyük oxucuya”. İnsanlar yazmağı bacarmalıdırlar. Məktublar, esselər, hekayələr. Uşaqlarla bu oyunu oynamaq olar. Nağıllar uydurmaq, onları yazmaq. Sonra isə sənin nağılının Andersenin nağılından nə ilə fərqləndiyini müzakirə etmək olar.
 
"Kommersant”dan Aleksey Tarxanov hesab edir ki, müasir uşaqlar üçün kitabı sevmək asan deyil. Lakin ümidini itirmir.
 
Uşaqları kitab oxumağa necə məcbur etmək olar? Bu sualı mən yüzlərlə dəfə eşitmişəm. Burada nə cavab vermək olar? Heç cür! Elə bir yol yoxdur ki, bugünkü uşaqları bizim kimi kitabla yaşamağa məcbur edəsən. Ona görə yox ki, onların nəyisə bizdən əskikdir. Sadəcə bizim onlar qarşısında mühüm üstünlüklərimiz var idi. Bizim böyük həcmdə boş vaxtımız (televizorda "Selskiy ças”a ("Kənd saatı”na) baxası deyildik ki) və böyüklər üçün nəzərdə tutulmuş müxtəlif ədəbiyyatla dop-dolu kitab rəflərimiz var idi.
 
Bir az böyüyəndən sonra məni "Ümumdünya ədəbiyyat kitabxanası” seriyası qıcıqlandırırdı – "Mahabharata”dan tutmuş "Gənc qvardiya”ya qədər iki yüz cild. Hamı onu axtarıb almağa çalışırdı. O, tapılmayan malların ən tapılmayanı idi, mənə isə elə gəlirdi ki, o, mənim zövqlərim nəzərə alınmadan mənim əvəzimə kiminsə tərəfindən yığılmış böyük bir yemək dəstidir. Mən axmaq idim, çünki ədəbi abidələrin bu sırası, yüksək keyfiyyətli kağızdan hazırlanmış superüzlüklərin bu poqon metrləri artıq yetəri qədər oxumuş böyüklər üçün nəzərdə tutulmamışdılar. Sonralar məlum oldu ki, bu, uşaqlar üçün hiylə ilə qoyulmuş tələlər imiş. Onların köməkliyi ilə heç kəs bilmirdi ki, uşaq rəfdən nəyi götürəcək və bütün qaydalara görə ona toxunmalı olmayan hansı əsər onun qəlbinə və şüuruna toxunacaq. Bu, bir növ, geniş bir tor kimi xalq kütlələrinə atılmış tövsiyə olunan ədəbiyyat siyahısı idi.
 
Təəssüflər olsun ki, böyük ev kitabxanaları dövrü kimi bu ənənəyə də son qoyulmuşdur. Heç bir inanılmaz təsadüf sizin uşağınızı rəfdən "Vaqantlar poeziyası”nı, və ya "İsland saqaları”nı və ya, adam deməyə də qorxur, Nekrasovun "Şeirlər”ini götürməyə məcbur edə bilməz.
 
Bu gün mən "Kitabxana”nın üstünlüyünü həm də onun indiki kitablardan çox sadə dərcində görürəm: titulun əllə çəkilmiş şrifti, forzas üzərində bir ornament, bir neçə illüstrasiya. Bir sözlə desək, əylənməli bir şey yox idi. Bu gün uşaqlar üçün kitabları mümkün qədər məzəli tərtib edirlər. Bütün bunlar nəticəsində aldığımız qəliz tərtibatlı və şəkilli cildləri çətinliklə kitab adlandırmaq olar. Bunlar əslində üçölçülü mətnli oyuncaqlardır, onların adət etdiyimiz kağız və kartondan hazırlanması, cildlənməsi isə sadəcə elektron oyuna çevrilməyə qədər növbəti bir mərhələdir. Kağız lüğətlər artıq yox olublar, kağız məlumat kitabçaları məhv olublar, istənilən qəzet və jurnal bu gün internetdədir, Harri Potter haqqında filmlərdəki "Gündəlik peyğəmbər” tək danışır və oxuyur. Onda biz niyə belə hesab etməliyik ki, guya uşaqlar üçün nəzərdə tutulmuş kağız ədəbiyyatını bu cür tale gözləmir?
 
Bunlar əlbəttə ki, heç də sevindirici deyil. Mən sevimli kitablarımın üzlüklərini, kağız və kleyin iyini xatırlayıram. İndiki elektron kitabların iyi isə yoxdur, onların dövriyyəsi hisslərlə bağlı deyil. Kağız kitablarda təsadüfi tapıntıların və xoşbəxt kəşflərin faiz nisbəti qat-qat üstün idi. Sən onu vərəqləyərkən gözünə nə desəydin sataşa bilərdi – internetdə isə gözünün nəyə sataşacağını özün çox yaxşı bilirsən. Belə düşünmək də olmaz ki, guya kağız kitab heç olmazsa qiymətinin hesabına qalib gələcək. Doğrudur, riderlər hələ ki, daha bahadırlar, amma mobil telefonlar da nə vaxtlarsa hamı üçün əlçatan deyildi.
 
Elektron kitabların müasir təkamülünün zirvəsində duran iPad sadəcə yeni elektron cihaz deyil – o, mahiyyət etibarilə müasir uşaq əyləncələr aləminin modelidir. Burada oyun və hava proqnozundan tutmuş filmlərəcən hər şey və əlbəttə ki, istədiyiniz qədər kitab var. Çox yaraşıqlı tərtib olunub: budur, "Alisa möcüzələr aləmində”: yarıkitab, yarıoyun, yarımultfilm. Və bütün bunlardan sonra istəyirsiniz ki, uşaqlar öz-özlərinə şeirlər söyləsinlər? Sözdən şəklə keçmək imkanı, inanın ki, demək olar hər zaman şəkilin xeyrinə reallaşacaq.
 
Bəs nə etməli? Yenə də mübarizə aparmaq. Bizlər – "Dünya ədəbiyyatı kitabxanası”nın getdikcə azalan və yox olan müasirləriyik. Bizlər uşaqlarımızın da onu tanıması üçün bütün gücümüzlə çalışmalıyıq. Sadəcə cildlərin seçimi artıq bizdən asılıdır. Və o, çox məhduddur, çünki əgər sizin özünüz bu kitabı nəfəsiniz dayanacaq dərəcədə sevmirsinizsə uşaqlar heç bir zaman, onlara gizlincə oxumaq üçün qoyduğunuz kitabı sevməyəcəklər.
 
"Bu vacibdir, bunu oxu” sözləri heç bir uşağa təsir etməyəcək, əgər siz özünüz bu kitabı onlara ucadan oxumaq və ən azı dinləyicilər qədər də həzz almağa hazır deyilsiniz. Bir sözlə, heç də hər şey itirilməyib – uşaqlarınız sizi sevirlərsə sizin kitablarınızı da sevəcəklər. Oxumağın faydalılığını və hörmətin həqiqiliyini öyrənmək üçün əla imkandır.


Şərhlər: 8
Baxılıb: 1615
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nergizz
maraqlidi yazilanlarin demek olarki coxu ile raziyam,indi kitab oxuyan azdi,qizlarim yaxwi oxuyr,hecvaxt dersinizi oxuyn dememiwem,ama oglumla beraber mende oxuyram sagolsun mene yeniden mekteb derslerini oxutdurdgu ucun 08
8 mart 2015 22:57
# 8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
FISTIK
Menimkiler balacadi

Amma genede vaxti gelende lazim olan xeberdi.
2 yanvar 2015 18:07
# 7
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Wappuw
hec indiki uwaqlarin oxumaqla arasi yokdur ancaq telfonla oynasinlar
2 yanvar 2015 00:59
# 6
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Menim balam
Indi kitab görende yırtmak işine baxırlar
2 yanvar 2015 00:55
# 5
ece uslu
men kitab oxumagi cox sevire ama indiki uwaqlar ancaq komputer telfon sevirler kitabla hec aralari yoxdu
1 yanvar 2015 22:08
# 4
BARBI
indiki usaqlarin oxumaqla arasi yoxdur
1 yanvar 2015 22:00
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gulu-Qezi
DUZDU INSALLAH CALIWACAM
1 yanvar 2015 20:55
# 2
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Fialka
Maraqlıdı əlbətdə uşaq nəyi görürsə onuda götürür
1 yanvar 2015 19:41
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz