Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailənin tək uşağı necə böyüdülməlidir?
Ailənin tək uşağı necə böyüdülməlidir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1164
Səs ver:
Uşaqların ailədə ən çox güvəndikləri partnyor - hərdən savaşsalar da, əsəbləşib bir-birlərinə "səni sevmirəm" desələr də - bacı-qardaşlarıdır. Onların əlaqəsi uşaqların problemləri bərabər həll etməsi və bir-birlərinə arxa, dayaq durmağı öyrənmələri üçün ən gözəl vasitədir. Evin tək uşağı digər uşaqlarla, öz yaşıdlarıyla və qohumlarıyla qaynayıb-qarışsalar da bacı, qardaş sevgisinin nə olduğunu bilmirlər.

Ana-atalar tək uşağı digər uşaqlara görə ətrafdakılardan qoruyub, üzərində çox əsərək hər kəsdən, hər şeydən qoruyurlar. Tək uşaq evin göz bəbəyi olur və hər kəs üstündə əsir deyə uşağın üstünə çox düşürlər.

Araşdırılmalara görə, tək uşaqların tək uşaq olmayan sinif yoldaşları ilə eyni sayda dostlarının olduğu və dostlarının xüsusiyyətinin də eyni olduğu düşünülür. Amma tək uşaqların qrup içində daha çox davakar hərəkətlər göstərdikləri və dostları tərəfindən daha çox istifadə edildikləri haqqında düşüncələr var. Buna görə bacı-qardaş varlığının, qarşıdurma və böhran ilə başa çıxmada istifadə edilən davranış mexanizmini inkişaf etdirdiyi haqqında düşünülür.

Ailənin tək uşağı necə böyüdülməlidir?
Müqayisəli axtarışların sonunda tək uşaqların bacı-qardaşı olan uşaqlara nisbətən düşüncə, yaddaş, dil bacarıqları və riyaziyyatda məktəbə başladıqları ilk illərdə daha yaxşı olduqları göstərildi. Ancaq bu fərq təhsil irəlilədikcə ortadan qalxır. Jiao və dostlarına görə (1996) bilik baxımından bu fərq tək uşaqların ana-ataları ilə daha çox qarşılıqlı əlaqədə olmalarından qaynaqlanır. Tək uşaqların ana-ataları bu uşaqların təhsili üçün daha yaxşı öyrənmə mühiti yaratmağa çalışırlar. Uşaqlarıyla təhsil müddətində daha çox vaxt keçirməkləri, onlarla daha çox qarşılıqlı təsir halında olmalarını təmin edərək uşaqlarının bilik inkişafını dəstəkləyir.

Tək uşaq olmanın həm üstünlükləri, həm mənfi cəhətləri olduğu deyilə bilər. Tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşaya bilmədikləri üçün akademik olaraq daha müvəffəqiyyətli ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə ailələrinə qarşı bəzi mövzularda birlikdə mübarizə verə biləcəkləri bacı-qardaş əskikliyini hiss edə bilərlər.

Nəticə olaraq, tək uşaq olmaq bilinənin əksinə müsbət nəticələr göstərir. Tək uşaq bacı-qardaşı olan uşaqlara nisbətən çox da fərqli deyillər. Əslində, uşağın tək uşaq olmasından çox, necə böyüdüldüyü əhəmiyyətlidir. Bir bacı və ya qardaşın olmasından çox, ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Valideyinlər nə edə bilər?

Tək uşağa özəlliklə tək uşaq olaraq deyil, sadəcə uşaq olaraq davranın. Yaddan çıxarmayın ki, sizin onu tək olduğu üçün qoruduğunuzu uşaq hiss edə bilər.

Yaşına uyğun qaydalar qoyun; bu qaydaları dayanıqlılıq içində tətbiq edin. Uşaq qaydalara əməl etsə, bunun xöşbəxtliyini yaşayacaq.

Hər istədiyini həmən an etməyə çalışmayın. Lazımlı olduğunu düşündüyünüz istəklərini yerinə yetirin.

İstəklərinin yaşına və sizin fikirlərinizə uyqun sərhədlərdə olmasını təmin edin.

Üç yaşından sonra yaşıdlarıyla, ya da başqa uşaqlarla birlikdə oynamaları üçün fürsət yaradın. Bağçaya göndərmək imkanınız yoxdursa, uşaqlı ailələrlə görüşüb uşaqların bir yerdə olmasına, oyun oynamaqlarına, dostluq etmələri üçün vaxt ayırın.

Edə biləcəyindən çox şey gözləməyin. Həmişə mükəmməl olmağa çalışmaq uşağı yorar və ondakı müvəffəqiyyətsizlik qorxusu artar.

Uşağa söz haqqı verin, amma bu, bütün qərarları uşağın verəcəyi haqqında düşüncə yaratmasın. Sizə uyğun alternativləri təklif edin, uşaq bu alternativlərinizdən birini seçsin.

Geyinmə, soyunma, yemək yemə, təmizlik kimi hər fürsətdə özunə baxmağına, qulluq etməsinə imkan yaradın. Evdə məsuliyyətləri olsun, sizdən asılı olmadan öz ehtiyaclarını qarşılaması üçün dəstək verin.

Nənə-babalar, yəni ailə böyükləri ümumiyyətlə, uşaqları çox ərköyün böyüdüb istəklərini eyni vaxtda yerinə yetirirlər. Çalışın buna mane olun. Öz üsullarınızdan istifadə edin.


Şərhlər:
Baxılıb: 1164
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz