Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailənin rolu şəxsiyyətin formalaşmasında böyükdür
Ailənin rolu şəxsiyyətin formalaşmasında böyükdür
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5195
Səs ver:
İnsanın ictimailəşməsi, onun insanlıq dünyasına daxil olması ailədən başlayır. Ailənin rolu şəxsiyyətin formalaşmasında böyükdür. İstər bioloji fərd kimi, istər psixoloji, istərsə də sosial bir varlıq kimi. Deməli, gələcək cəmiyyətin yaxşı, ya pis olması bu gün ata və anaların uşaqlara verdiyi tərbiyə ilə bağlıdır. Buna görə də onlar cəmiyyət qarşısında çox böyük məsuliyyət daşıyırlar. Övladına tərbiyə verən valideyn heç bir səhvə, boşluğa yol verməməlidir. Zərrə qədər edilən "baş soyuqluq” çox böyük fəsadlara gətirib çıxara bilər. "Tərbiyə” olunduğunu zənn etdiyimiz uşaq, gələcəkdə cəmiyyət üçün də böyük bir yükə çevrilir.
Tərbiyə valideynin övlada sevgisindən doğur. Tərbiyə nəticəsində uşaq hiss edir ki, siz ona biganə deyilsiniz. İstənilən bir uşaq onun tərbiyəsi ilə məşğul olmayan valideyni özünə qarşı diqqətsiz hesab edir. Tərbiyədə ciddilik uşağın düşüncəsində sizin sevginizin bəyanıdır.

Uşağı tərbiyəsinə təsir edən bir çox amillər vardır:
I. Dilinizlə yox, əməlinizlə tərbiyə edin!
Həzrət Əli (ə) : "Dillə yox, əməllə verilən öyüd həmişə yadda qalar və heç bir mənfəət onun bərabərliyində ola bilməz.”    
Ata və anaların çoxu öyüd-nəsihət verməyi, "bu işi gör, o işi görmə”-deməyi tərbiyə sanırlar və belə güman edirlər ki, yalnız uşaqlara danışdıqları, onlara öyüd verdikləri, əmr etdikləri zaman onların tərbiyəsi ilə məşğuldurlar və başqa hallarda uşaq tərbiyə olunmur. Valideyn unutmamalıdır ki, uşaq dünyaya gəldiyi andan etibarən formalaşmağa, görüb-götürməyə başlayır. Tərbiyənin effekti o zaman olur ki, tərbiyə edən tərəf, tərbiyə olunan üçün nümunə ola bilsin. Əgər valideyn yalan danışırsa, qeybət edirsə, söyüş və ya nəlayiq sözlər söyləyirsə, böyüyə-kiçiyə hörmət qoymursa, həyat yoldaşına qarşı kobuddrsa deyilən sözlərin, nəsihətlərin uşaq üçün nə faydası?! Belə bir vəziyyətdə valideyn necə deyə bilər ki, "yalan danışmaq, söyüş söymək olmaz!”, "atana-anana hörmət etməlisən, özündən kiçiklərlə xoş rəftar etməlisən...” və s. Axı uşaq valideynin hərəkətlərinə baxaraq onları özlərinə örnək seçir. Əgər söz ilə əməl uyğun olmasa, əməli üstün tutur. Valideyn hər bir hərəkətinə fikir verməlidir. Çünki uşaq mükəmməl bir təqlidçidir!

II. Ailəvi ixtilafdan çəkinin!
Ailədə baş verən münaqişələrin də uşağa çox mənfi təsiri var. Valideynin söyüş söyüb, nəlayiq sözlər işlətməsini, kötəyə əl atdığını, qab–qacağı sındırdığını görən uşaq sarsılır, əzab çəkir. Uşaq dava-dalaş salan valideyndən əsəbini başlı-başına buraxmağı öyrənir .Uşaq gördüyü səhnələrdən qorxuya düşür, psixoloji zədə alır. Bu hallar həm onu bir fərd kimi, həm də cəmiyyətdəki davranışlarında mənfi təsirlər qoya bilər.
Alimlərdən biri belə yazmışdır: "Ata və analar bilməlidirlər ki, ailədə böyüklərin ixtilafı və savaşması uşaqlara çox mənfi təsir göstərir. Böyüklərin qarşılıqlı münasibəti uşağın şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rola malikdir”.
Ata və ana arasında yaranan ixtilaf gərək uşaqların yanında həll olunmasın.

III. Döyməklə tənbeh etməyin!
Valideynlərin bir çoxu döyməyi uşağa tərbiyə vermək işində gərəkli hesab edirlər. Lakin bu metod uşaqda bir neçə mənfi təsirini qoyur:
1. Kötək yeyən uşaq zor qarşısında təslim olmağa öyrəşər və zorakılığın hər yerdə qalib gəlməsinə adət edər. Beləliklə uşaq da zor tətbiq etməyə çalışar.
2. Döyülən uşaq ata-anasına qarşı kinli olar və əks-əməl göstərməsi ehtimalı var.
3. Döymək uşağı qorxaq edər.
4. Döymək uşağın psixi müvazinətini poza bilər. Belə uşaqların ruhi xəstəliklərə tutulması ehtimalı böyükdür.
İslam dini də döyməyi ziyanlı hesab edir və ondan çəkinməyi əmr edir. Döymək ən təhlükəli tərbiyə vasitəsi hesab edilir və ondan çəkinmək lazımdır.
İmam Museyi-Kazim (ə) : "Onu döymə. Ondan küs. Amma küsməyin də çox çəkməsin”.
Uşağı başqalarının qarşısında tənbeh etməyin. Bu iş uşağın ruhuna mənfi təsir göstərər və heç zaman bunu unutmaz.

IV. Ailəyə bağlılıq hissi.
Ananın çox zaman öz gündəlik maraqlarına daha çox maraq göstərməsi (telefonla saatlarla danışmaq, teleserialları böyük diqqət və maraqla izləmələri) uşaqlarının diqqətdən kənarda qalmasına, yetərincə nəvaziş görülməməsinə gətirib çıxarır. O hallarda olur ki, valideyn bu cür səbəblərdən övladına meyl göstərmir. Meylləri, məhəbbətləri olduqda isə onu izhar etmir və onlarla pis rəftar edirlər.
İmam Sadiq (ə) Peyğəmbərdən nəql edir (s.ə.s): "Övladlarınızı sevin və onlara mərhəmət göstərin”.
Mətbəxtdə ananın heç bir gigiyenik qaydalara riayət etmədən, həvəssiz, özünü bunu etməyə məcbur bilirmiş kimi yeməyi tez-tələsik, giley-güzar edərək süfrəyə verməsi, övladına süfrə mədəniyyəti öyrətməməsi, onların ailəsində nizam-intizamdan, təmizlikdən əsər-əlamət qoymur. Bu hal uşaqlara xoşagəlməz təsirlər göstərir və onları etinasız, xəstə, zəif və cəmiyyət üçün bir yükə çevirir.

V. Uşaq və dini tərbiyə.
İmam Sadiq (ə) : "Yeddi yaşına qədər uşağı oynaması üçün azad burax. Yeddi yaşından sonra onu bütün varlığınla qoru. Əgər dindarlığı, tərbiyəni qəbul etsə, çox yaxşı, əks təqdirdə, ondan bir xeyir gözləmə”.
Valideyn məhz belə məsələlərdə çox diqqətli olmalı və səhlənkarlıq etməməldir. Uşağa hələ kiçik yaşlarından Allahın varlığı tanıtdırılmalıdır.

İslamı yalnız "Qadağalar” dini kimi tanıtdırmaq olmaz. Əksər valideynlərin göstərdiyi yol, verdiyi məsləhətlər, öyrətdiyi əxlaqi dəyərlərin məğzi yalnız bu olur: olmaz, getmə, baxma, demə, anlama, əl vurma və s. Nədənsə İslama Allahın qadağa qoyduqları əməllərdən, verəcəyi cəzalardan başlayırıq. İlk öncə Allahın rəhmətindən, mərhəmətindən, ədalətindən, bütün nemətləri bizlər üçün yaratdığından, niyə yaratdığından, halalı niyə halal etdiyindən, haramı niyə haram etdiyindən, bəndələrinə olan sonsuz sevgisindən, İslamın ağıl, təfəkkür, tərəqqi dini olduğundan başlamaq lazım deyilmi?! Qadağalar uşağı İslamı doğru anlamamağa gətirib çıxarır, İslamın zahirini yaşatdırır və yaxud da dindən uzaqlaşdırır. Bu halların olmaması üçün dinin uşağa düzgün anladılması olduqca mühümdür.
Valideynlər çox diqqətli olmalıdırlar. Qeyd etdiyimiz kimi uşaq çox mükəmməl bir təqlidçidir. Valideynin olduğu mühit, davranışı, həyat tərzi övladında da təsirini qoyacaq. Elə etməliyik ki, tərbiyə etdiyimiz övlad gələcəkdə nə ailəsi üçün, nə də ki, cəmiyyət üçün problemli bir insana çevrilməsin.
Səfərova Zülfiyyə


Şərhlər:
Baxılıb: 5195
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz