Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa kitabı necə sevdirməli?
Uşağa kitabı necə sevdirməli?
Göndərən: Zeynuş
Şərhlər:
Baxılıb: 1384
Səs ver:
Uşaqlara kitab seçərkən uşaqların yaşı nəzərə alınmalıdır, çünki seçilən kitab uşağın yaş dövrünə uyğun olmadıqda uşaq o kitabdan zövq ala bilməz və kitaba marağı azalar. 2-3 yaşlı uşaqların nağıl qəhrəmanları onların hər hansı bir əşyası olmalıdır. Məsələn: sevdiyi oyuncaq, xoşladığı cizgi qəhrəmanı və s. Bu yaşda uşaqlar hər hansı təkrarlayıcı hərəkətləri olan nağılları sevirlər.

4-6 yaşlı uşaqlar daha çox sehrli nağılları dinləməyi sevirlər.


7 yaşdan sonra uşaqlar sehrli nağıllarla bərabər, döyüş, müharibə, faciə, eyni zamanda tərbiyəvi süjetli (xeyir və şər, pislik və yaxşılıq və s.) müxtəlif nağılları dinləyə bilərlər. Valideynlər bu nüansları nəzərə alıb uşaqlarına kitablar seçsələr, uşaqlarında kitablara maraq yaradarlar.

Uşaq kitab oxumursa, günahı valideyndə axtarmaq lazımdır


Uşaq psixoloqu A.Baxşəliyeva müasir dövrümüzdə uşaqların kitaba maraq göstərməmələrinin günahını uşaqlarda deyil, valideynlərdə görür: "Əgər ailə uşağa ilk olaraq dinləmə vərdişini öyrətməyibsə, kiçik yaşlarında nağıl dinləmə və danışma vərdişi formalaşdırmayıbsa, yaşına uyğun kitablar əldə etməyibsə, bir uşaqdan necə kitaba maraq tələb edə bilər?"

Uşaqlarda dərsə və kitaba marağın olmaması ilə bağlı valideynlər psixoloqlara tez-tez müraciət etməli olurlar. Bu problem xüsusən məktəb yaşında olan uşaqlarda müşahidə edilir. Diaqnostikadan sonra müəyyən edilir ki, ana öz uşağına heç vaxt nağıl danışmayıb.

Uşağın televizor marağına nəzarət etmək lazımdır


Uşaqlar indi daha çox televiziya və kompüterə yönəliblər. Bu, danılmaz bir faktdır. Psixoloq bildirir ki, valideynlərdən uşağın televiziya ilə əlaqəsinin kəsilməsini tələb etmək olmaz. İstəsək də, edə bilmərik. Amma bunu idarə edə bilərik.

Valideynlər öncə hər yaş dövrü üçün televizora baxma müddətini bilməlidirlər. Məsələn: 2-3 yaş arası uşaq gündə 20 dəqiqə televizora baxmalıdır. Psixoloq deyir ki, valideynlər buna şərait yaratmalıdırlar, bir şərtlə ki, baxdığı verilişlərə, cizgi filimlərə əvvəlcədən nəzarət edə bilsinlər və daha sonra oturub baxdığı cizgi filmini müzakirə etsinlər. Uşaq baxdıqlarından yadda qalanları valideyninə danışsın. Günun digər vaxtını da kitabdan nağıllar oxumağa sərf etmək lazımdır. Uşağı həm günün tələblərindən uzaq salmayın ki, zamanla ayaqlaşa bilsin, eləcə də kitab marağının ölməsinə imkan verməyin. İmkan olduqca uşağınızı kitab mağazasına aparın, sevdiyi jurnal, rəngləmək üçün rəsm dəftəri belə olsa, alın və imkan yaradın, pulunu o versin ki, kitabın onun olduğunu mənimsəsin.

Nağıl bilməyən analara internet kömək edə bilər


Lap keçmişdən nənələr nəvələrini yığıb nağıllar söyləyərdilər. Getdikcə hər şey dəyişdi. İndi nağılı mahnı faylı şəklində telefona, diskə köçürüb uşağa dəfələrlə dinlətmək də mümkündür. Azərbaycan nağılları səsli şəkildə, eləcə də görüntülərlə internetdə, müxtəlif fayl yükləmə sistemlərində vardır. Nağıl bilməyən analar bu üsulla da uşaqlara nağılı sevdirə bilərlər.


Şərhlər:
Baxılıb: 1384
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz