Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladınız sözünüzə qulaq asmır?
Övladınız sözünüzə qulaq asmır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1499
Səs ver:
Övladınız sözünüzə qulaq asmır?

Bu problemin nədən qaynaqlandığını araşdırmaq istərdik.

İlk öncə övladınıza nəyisə qadağan edərkən səmimi olmanız lazımdır. Necə deyərlər, ürəkdən gələn söz ürəyə təsir edərkən, ağızdan çıxan söz isə bir qulaqdan girib o biri qulaqdan çıxar.

Uşaqlarla söhbət edərkən: "Mən sənin yaşındaykən, mənim vaxtımda, mən sənin yerində olsaydım…" kimi cümlələr qurmaqla uşağımızla ünsiyyəti pozmağımıza və bizə qulaq asmamasına səbəb olmuş oluruq.

Uşaq psixoloqları məsləhət görürlər ki, valideynlər uşaqların hər şeyə əl uzatmalarını dəcəllik deyil, zehni inkişaflarının əsas xüsusiyyəti kimi dəyərləndirsinlər. Ətrafı dərk etməyə başlayan uşağın valideyn tərəfindən "ona toxunma, buna əl vurma, oraya getmə, bunu etmə" və s. bu kimi əmrlər eşitməsi uşağın həm zehni inkişafına maneə törədir, həm də ana-atasıyla ünsiyyətdə problem yaradır.

Uşaqla ünsiyyət qurarkən uşağı günahlandırmaq əvəzinə; "bu cür davranmağın xoş olmadı, tapşırıqlarını vaxtında yerinə yetirmədiyin üçün kədərlənirəm, belə cavab verməyin məni üzür…" ilə başlayan cümlələrlə duyğu və hiss etdiklərimizi ifadə etməmiz ünsiyyətin davamını təmin edəcək.

"Evə gec gəlməyindən və belə davranmağından narazıyam" deməniz uşaqda xoşlanılmayan özünün deyil, davranışlarının olduğunun fərqinə varmasını təmin edəcək.

Bundan əlavə uşaqlara yox deyiləcəyi zaman; "səni çox sevirəm; amma istəyinə yox..." deməniz daha müsbət nəticə verəcək.

Uşaqlar kədərli olduqları zaman danışmaq istəməzlər. Bu vəziyyətdə uşağın danışması üçün onu məcbur etmək əvəzinə; "görürəm, indi danışmaq istəmirsən, amma danışmaq istəsən mən səni hər vaxt dinləməyə hazıram..." cümləsi uşağın çətinliklərini sizinlə paylaşmasına imkan yaradacaq.

Uşaqlarla ünsiyyət problemi yaşamamaq üçün aşağıdakı tövsiyələrə əməl etmənizdə fayda var.

• Mən sənin yerində olsaydım, mənin zamanında deyə başlayan cümlələrdən uzaq durmalı.

• Uşaqları başqaları ilə müqayisə etməməli.

• Uşaqların mənfi davranışları əvəzinə müsbət davranışlarını təqdir edərək uşaqda özünəhörmət hissi aşılamalı.

• Uşaqların valideyn tərəfindən qoyulan qanunlara əməl etmələri və sözə qulaq asmaları üçün qoyulan qayda-qanunların səbəblərini və məqsədlərini uşağa ətraflı izah etməli.

• Uşaqlarla ünsiyyət qurarkən onları mühakimə etməməli.

• Uşaqları tənqid etmədən və günahlandırmadan söhbət etməli.

• Uşaqlara istirahət edə bilmələri üçün əlverişli şərait yaratmalı.

• Uşaqlara uzun-uzadı nəsihət verməməli.

• Uşaqlarla ünsiyyət qurarkən qərarlı davranılmalı. Qaydaları tətbiq edərkən xüsusilə qərarlı olmalı.

• Valideynlərin uşağın gözündə möhtərəmliyinin azalmaması və uşaqla ünsiyyət problemi yaşamaması üçün ailədaxili qaydalara hər kəs əməl etməli.

• Uşaqların yaşlarına uyğun vəzifə və məsuliyyətlər verilərək cəsarətləndirilməli.

• Uşağın səyi və etdikləri təqdir edilərək bəzən mükafatlandırılmalı.

Nəticə olaraq qeyd edim ki, uşaqlarınızı həqiqətən dinləsəniz, ona zaman ayırsanız, söhbət edərkən onu ürəkləndirsəniz, onunla maraqlansanız, ona fürsət versəniz və ən əhəmiyyətlisi onu şərtsiz qəbul edib təqdir etsəniz uşaqlarınızla ünsiyyət problemi yaşamayacaqsınız.


Şərhlər:
Baxılıb: 1499
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz