Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarla necə ünsiyyət qurmalıyıq?
Uşaqlarla necə ünsiyyət qurmalıyıq?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2639
Səs ver:
Uşaqlarla necə gözəl ünsiyyət qurmaq olar?
- Həkim, 40 dəfə deyirəm başa düşmür.
- "Eləmə, qızım" dedikcə o edir.
- Heç sözə qulaq asmır.
- "Dərsinə fikir ver" deyirəm, sanki eşitmir.
Bunları deyirsinizsə - mütləq bu xəbəri oxuyun!

Uşaq valideynləri ilə necə ünsiyyət qurursa, həyatda da elə ünsiyyət qurur. Ana-ata və uşaq üçbucağında ancaq ailənin sevgi düşüncələrini bir-birilə bölüşənlər müvəffəqiyyətlə dialoq qura və problemlərini həll edə bilərlər.
"Uşaqlarla unsiyyəti necə quraq? Vaxtı gözəl şəkildə necə keçirək?" - suallarına cavab tapaq.

Əlaqə nədir?
Əlaqə - gülüş, əllə salamlaşmaq, gözyaşı, qaşlarını çatmaq, hərəkət, söz, öpüş, pıçıltı, göz vurmaq, qucaqlamaq, irəliləyişdir.
Bu proses sizə vərdiş kimi sadə görünə bilər. Ancaq diqqətli olsanız, bu ünsıyyətin faydasını görərsiniz.

Ünsiyyət 4 hissədən ibarərətdir.
Qaynaq: Ünsiyyəti başlamağa cəhd edən insandır.
Mesaj: Demək istədiyiniz sözün mövzusu, məzmunudur.
Kanal: Çatdırmaq istədiyiniz düşüncələri ötürdüyünüz vasitədir. Səs tonu, sözlər və bədən dilidir.
Qəbul edici: Danışdığınız insan, ya da sizi eşidənlərdir.

Bir davranışımız zamanı dəyərlərimiz ortaya girir. Problemləri aid edə bilmək və köməyimizi lazım olan yerdə və doğru zamanda göstərmək üçün bir davranış pəncərəsi çəkək.
Qəbul edilən tərəf.
Qəbul xətti.
Qəbul edilməyən tərəf.
Uşaqların və izlədiyimiz hər kəsin davranışı bu pəncərənin içində iştirak edəcək.
Davranışların qəbul edilib-edilməməsi bizim həmin davranışa şahid olanda yaşadığımız duyğulardan asılıdır. Belə bir hadisəylə rastlaşanda (məsələn, uşaq barmağını burnuna salır) mənfi hisslər keçirib (hirslənərək qışqırırıqsa) davranışı qəbul etmirik. Mənfi hisslər keçirmiriksə (məsələn, yaxın rəfiqəmizlə hündürdən danışırıq) bu hadisəyə göz yuma bilərik.
Bu vaxt qəbul xəttinin bir yerdə qalmayıb, dəyişdiyini düşünməliyik.

Qəbul xəttinin dəyişkənliyi 3 faktı üzə çıxarır:
1) Mən.
2) Uşaq.
3) Ətrafımızdakılar.

1) Mən
Əgər kefim yaxşıdırsa, mənim, ya da ailəmin sağlıq problemi yoxdursa, hər şey yaxşıdırsa, ailəmdə hər yeş yolundadırsa və s. - o gün çox davranışları asanlıqla qəbul edib, hətta hirsləndiyim hadisələrə göz yuma bilərəm. Amma halsız günümdürsə, qəbul xətti çox yuxarıda olacaq.

2) Uşaq
Davranışların qəbul edilib-edilməməsi uşağın yaşından və cinsiyyətindən asılıdır. 2 yaşlı uşağın barmaq yeməsi qəbul edilə bilər, amma 8 yaşlı uşağın barmaq yeməsi heç cür qəbul edilə bilməz. Bundan başqa, valideynlər özlərinə oxşayan uşaqlara daha çox yaxınlaşırlar. Fərqındə də olmadan bunu edirlər, çünki özlərinə yaxın hiss edirlər.

3) Ətrafımızdakılar
Ətrafımızdakı insanlara verdiyimiz dəyərin qəbul edilib-edilməməsi bizim üçün vacibdir. Məsələn, evdə uşağa deyirik ki, "Necə rahatdırsa elə də ye", amma cəmiyyətə çıxanda uşaqa tapşırırıq ki, "Yeməyinə, hərəkətinə fikir ver".

Yaşlı nəslin uşaqlarla dialoqu
1. Əmr vermə. Yol göstərmə.
- Etməlisən, edəcəksən, etməyə məcbursan....
2. Qorxutmaq, təhqir etmək.
- Edə bilmərsən, əgər etsən, yoxsa...
- Qorxu boyun əyməyə səbəb olur.
3. Ağıl vermək.
- Etməli idin, sənin günahındır, belə etmək lazımdır...
- İnadlaşmağa səbəb olur. Uşağın şiddətlə özünü qorumasına yol açır.
4. Öyüd vermək, çıxış yolu göstərmək, məsləhət vermək.
- Mən olsaydım, nıyə belə edirsən? məncə... sənə bunu məsləhət görürəm....
- Uşaqların hissləri ilə oynayırsınız.
5. İnandırmaq.
- Buna görə səhvsən, olanlar göstərir ki, hə... amma...doğrusu belə idi...
- Uşağın özünü işəyaramaz hiss etməsinə səbəb olar.
6. Günahlandırma, gülmə.
Yaşına uyğun düşünmürsən, sən onsuz da tənbəlsən....
Heç nəyi bacarmayan, ağlı zəif kimi hiss etmə.
7. Tərif.
- Düz deyirsən, çox gözəl, o müəllimin ağlı yoxdur...
- Ailə uşaqdan çox şey istəyir.
8. Artıq ad çəkib uşaqı incitmək.
- Böyük uşaq, gəl görək supermen, ağılsız...
- Uşaq özünü dəyərsiz hiss edir.
9. Təhlil etmə.
- Sənin dərdin nədir, bilirsən? Sən həmişə yorğunsan, əslində bildiyin tək söz budur...
- Uşağı narahat edər. Muvəffəqiyyətsiz duyğusunu oyandırar.
10. Rahatlaşdırmaq.
- Narahat olma, hər şey çox yaxşı olacaq.
- Uşaq özünü narahat hiss edər.
11. Araşdırmaq, axtarmaq.
- Niyə? Kim? Sən nə etdin? Necə?..
- Düzgün cavab verməzlər.
12. Sözü dəyişdirmək, zarafatlaşmaq.
- Sən niyə dünyanın adamı olmursan?
- Dünyanın çətinlikləri ilə savaşmaq yerinə, hər çətinlikdə "qaç" kimi başa düşülər.

Yaşlı nəslin 90%-də yuxarıda yazılan dialoq görülüb. Bu cavablar uşaqlarla ünsiyyət qurmaqda çətinlik çəkən valideyinlə uşağın dialoqunu da üzə çıxarır. Uşaqlar belə unsiyyətdə olanda dialoqu təmiz kəsir. Ya da özlərini qoruyub haqlı çıxarmağa cəhd göstərirlər.
Ünsiyyət problemləri, özünü tanıtmaq istəyən uşağa kömək etmədiyi kimi onun gələcək problemlərini də başa düşməyib ürəyinə salacağını bildirir.

Gözəl ünsiyyət yolları
A. Səssizlik.
Siz səssizcə oturub uşağınızı dinləsəniz, uşaq problemini sizinlə bölüşər. Səssiz qalıb insanları, uşaqları eşitsəniz onlar ürəklərində olanları sizə deyər.
B. Duyğularının hiss edilməsi.
İnsana həqiqətən də onun başa düşüldüyünü, dəyərli olduğunu, eşidildiyini hiss etdirin. Çox faydasını görəcəksiniz.
"Elə bil nədənsə qorxmusan".
"Müəllimən səni bir az əsəbləşdirib?"
C. Qəbul mesajı.
Gözlərinə baxmaq, səs tonunu düzəltmək, düzgün olduğunu bildirmək, baş yellətmək, əlini çiyninə qoymaq, doğru vaxtda, doğru yerdə əlindən tutmaq ünsiyyət qurmağa yol açar.
D. "Mən" deyə danışmaq.
"Sən" yerinə "mən" sözünü işlətmək heç olmazsa savaşın, inadlaşmanın qarşısını alar.
"Ayaqqabı ilə evə girənəndə və yer palçıq olanda üzülürəm".

Psixoloq Ramazan Şimşək


Şərhlər:
Baxılıb: 2639
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz