Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarınız sözə qulaq asan olsun
Uşaqlarınız sözə qulaq asan olsun
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1348
Səs ver:
Ana-atalar olaraq ən böyük istəklərimizdən biri uşaqlarımızın sağlam, dinc, söz dinləyən, sakit, bizə problem çıxarmayan uşaqlar olmalarıdır.
Yaxşı, möhkəm xarakterli uşaq tərbiyə etmək bizə bağlıdır, amma necə?
Uşaqlarınızın sizlə inadlaşmadan, sözə qulaq asan, ağıllı, dinc uşaqlar olması mövzusunda, pedaqoq tövsiyələrini nəzərinizə çatdırırıq.

Uşaqlarınıza müsbət yaxınlaşın
Uşağınıza yumşaq bir tonla, nəyin doğru nəyin səhv olduğunu məlumatlandırın.
Uşaqlar sakit-sakit və nəzakətli şəkildə onlara yaxınlaşıldığında, daha yaxşı cavab verərlər.
Lakin mövzu mühümdürsə və uşaqlarınız sizi dinləmirsə şirin sərt olaraq onlara yaxınlaşmaqda fayda var.
Əgər tez-tez səsinizi yüksəldir, etdirmək istədiklərinizi ciddi bir şəkildə tələb edirsinizsə, uşaqlarınız bu tonunuza öyrəşəcək və edilməsi lazım olanları da
etməyəcəklər.

"Mən dili" istifadə edin
Uşaqlarınıza lazımı bir davranışı öyrətmək üçün digər bir yol, onlara "mən dili" ilə yaxınlaşmaqdır.
Onlara edilməməsini istədiyiniz şeyləri deyil, edilməsini istədiyiniz şeyləri deyin.
Məsələn "yeməyə murdar kirli oturulmaz, deməyin, "yeməkdən əvvəl əllərini yumanızı istəyirəm, yumasanız əlinizdəki mikroblar bədəninizə girər və xəstə olarsınız, kimi isti, səbirli, mən diliylə və səbəbini açıqlayaraq edəcəyiniz bir yanaşma, ən sağlamıdır.
Mən dilini istifadə etmək uşaqların mənfi davranışlarına qarşı, valideynlərin onları günahlandırmadan, mühakimə etmədən hislərini ifadə etməsidir. Bu cür yanaşmada istənməyən davranış ifadə edilər, sonra bu davranışın ananın üzərində təsiri ifadə edilər, və uşaqdan tələb nəysə o bildirilər, məsələn oyuncaqlarınızla oynayarkən səs çıxardığınızda, narahat oluram, narahat olduğumda başım ağrımağa başlayır, kimi mən dilini istifadə edərək və açıqlayıcı bir yanaşmala, uşaqlarınıza onları günahlandırmadan tələblərinizi bildirmiş və səbəbini açıqlayaraq onlarla inadlaşmamış olarsınız.

Onlara variant təqdim edin!
Uşaqlarınıza variant təqdim edərək yaxınlaşmaq, onların qərarlarına hörmət etmək uşaq təhsildə çox əhəmiyyətlidir.
Uşaqlarınıza istədiyiniz davranışı variant təqdim edərək əldə edin, məsələn -Oyuncaqlarını yoxsa yatağını yığmaq istəyərsən?
-Süfrəni yığmaq yoxsa yerləri səliqəyə salmaq istəyərsən?
-Evimi süpürmək istəyərsənya toz almaq istəyərsən?
-Çörək almağa getmək istəyərsən yoxsa zibili atmaq istəyərsən?.
Gündəlik həyatda istədiyiniz davranışları variantlarla təqdim edərək onlar üzərində həm idarə təmin etmiş, həm də bir tərəfdən də qərarı onlara buraxmış olarsınız. Variantlarla, demokratik bir mühitdə böyümüş uşaq, irəlidə özünə inamlı, ayaqları möhkəm yerə basan və xoşbəxt bir fərd olar.

Üzləşmə şərtdir!
Uşaq təhsilində digər əhəmiyyətli bir xüsus, uşaqlarınızın etdikləri davranışın nəticələriylə üzləşməsini öyrənmələridir. Məsələn otağını yığışdırmadığın üçün, bu gün televiziya izləyə bilməzsən kimi, məqbul və yerində verilən cəzalar, uşaqlarınızı üzməz və onların gözəl əxlaqlı fərdlər olaraq böyümələrini təmin edər.
Lakin verdiyiniz bu tərz cəzalardan daşınmamanız şərtdir, daşındınızsa uşağınız başqa zamanlarda bu vəziyyəti, anam necə olsa bağışlayar deyib, sui-istifadə edə bilər.
Verəcəyiniz bu tərz kiçik cəzalar, uşaqlarınızdan edilməsini tələb etdiyiniz şeyləri etməsi mövzusunda sizə köməkçi olacaq.

Mükafatlandırın!
Uşaqlarınızda görüb bəyəndiyiniz bir davranışı, mükafatlandırmanız, söz dinləyən uşaq böyütməkdə qızıl qaydalardan biridir.
Mükafatlandırmaq yalnız maddi olaraq onlara hədiyyə təqdim etmək mənasını vermir, gözəl davranışları qarşısında, şirin bir səs tonuyla "mənim ağıllı balam çox sağolsun" demək, qucaqlayıb başlarını oxşamaq çoxu yaxşı davranışları vərdiş halına gətirməsində, onları maddi olaraq mükafatlandırmaqdan daha qiymətlidir.

Yaxşı rol modeli olun
Uşaqlarınız, uyğun və ya əlverişsiz xeyli davranışı, sizi təqlid edərək öyrənər.
Uşaqlarınıza istədiyiniz bir davranışı öyrətmək istəyirsinizsə, onu siz edin, qırx dəfə yeməkdən əvvəl əllərini yu demək yerinə, birlikdə əlimizi yuyaq demək və ya sizi hər yeməkdən əvvəl əllərini yuyarkən görməsi daha təsirlidir. Eyni şəkildə onların yanında əlverişsiz davranışları göştərməkdən qaçın, uşağınızın qarşısında dalaşmaq, söyüş söysəniz, uşağınızdan da hər an pis bir söz eşitməniz sürpriz olmayacaq.


Şərhlər:
Baxılıb: 1348
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz