Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağım oğurluğa başlayıb
Uşağım oğurluğa başlayıb
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 853
Səs ver:
Məktəbəqədərki yaş dövrü 3-6 yaş arasını əhatə edir. Bu yaş dövründə uşaqlarda oğurluq halları müşahidə olunur. Lakin bu yaşlarda müşahidə olunan oğurluq hadisələrinin spesifik motiv və səbəbləri vardır.
Uşaqlarda oğurluq halları yeniyetmələrdən fərqli olaraq "prestij”xarakteri daşımır. Yəni, onlar yeniyetmələr kimi həmyaşıdları arasında öz mövqelərini sübut etmək və ya kiminləsə şərt kəsdiyi üçün oğurluğu planlaşdırmırlar. Eləcə də uşaqlarda qrup halında oğurluq müşahidə olunmur.

Uşaqlar niyə oğurluq edirlər?
Uşaqları oğurluq etməyə sövq edən motivlərin bir neçəsi bunlardır:
1. Nəyəsə sahib olma arzusu (adətən oyuncaqlara);
2. Yaxınlarından kiməsə hədiyyə vermək arzusu;
3. Hər hansı bir əşyaya sahib olduğu üçün yaşıdlarının diqqətini özünə çəkmək istəyi;
4. Kimdənsə acıq almaq duyğusu.
Uşaqları oğurluğa sövq edən motivlər içərisində tez-tez rast gəlinəni başqasına məxsus olan əşyaya sahib olmaq istəyidir. Uşaq çoxdan arzusunda olduğu oyuncağı həmyaşıdında görür, düşünmədən götürüb gizlədir və evə gətirir. Məktəbəqədərki dövrdə olan uşaqlarda bu cür davranışın səbəbləri onların "mənim”, ”sənin”, "məxsus olmaq”, "şəxsi”, "özgənin” və s. bu kimi anlayışların mənalarından xəbərsiz olmalarıdır. Məhz bu cür anlayışların böyüklər tərəfindən uşaqlara aydınlaşdırılmaması, izah olunmaması uşaqları bu tərzdə hərəkətlər etməyə sövq edir.

Uşaqları oğurluq etməyə sövq edən motivlər içərisindəki ikinci səbəb (yaxınlarından kiməsə hədiyyə vermək arzusu) eyni ilə uşaqlarda oğurluq anlayışının düzgün izah olunmamasından irəli gəlir.
Bu yaş dövründə uşaq bu və ya digər yolla sevdiyi insanlara hədiyyə almaq istəyir. Valideynlər uşağın bu hislərinə məhəl qoymadıqda uşaq düşünmədən başqasında bəyəndiyi əşyanı götürüb istədiyi insana verəcək. Bunun qarşısını almaq üçün valideynlərin uşağın kimə hədiyyə vermək istədiyini öyrənməyi, övladı ilə birlikdə ya dəyəri çox kiçik olan, ya da birgə düzəldə bildikləri (rəngli kağızlardan açıqça, birlikdə çəkilmiş rəsm və s.) hədiyyələri bağışlamaları daha məqsədəuyğundur. Bu zaman uşaqların həm fantaziyası güclənir, həm də özünə güvəni formalaşır.

Uşaqları oğurluq etməyə sövq edən motivlər içərisindəki üçüncü (hər hansı bir əşyaya sahib olduğu üçün yaşıdlarının diqqətini özünə çəkmək istəyi) və dördüncü (kimdənsə acıq almaq duyğusu) səbəb adətən məktəbəqədərki yaş dövrünün sonlarında və ibtidai sinif şagirdlərində müşahidə olunur. Belə ki, 6-7 yaşlı uşaqlar artıq içərisində olduqları qruplardan narahat olmağa başlayır və məqsədli şəkildə kimisə sevmədikləri üçün onlardan özünəməxsus şəkildə qisas alırlar. Bu yaşda uşaqlar kimisə incitməyin nə olduğunu başa düşürlər. Lakin onlara elə gəlir ki, kimisə incitmək üçün gərək ona məxsus olan nəyisə ondan almaq lazımdır. Bu zaman onlar qarşı tərəfdən qisas aldıqlarını hiss edirlər. Belə hadisələrlə rastlaşan valideynlər çox əsəbləşirlər. Adətən də gileylənirlər ki, "uşağın dostundan götürdüyü əşyadan onun özündə də var”. Lakin valideynlər həmin əşyanın övladında ola-ola dostundan oğurlamağının səbəbini diqqətdən kənarda saxlayırlar. Nəzərə almaq lazımdır ki, bəzən valideynlər bilməyərək əksər hallarda özləri uşaqları bu tərzdə davranmağa sövq edirlər.

Bu dövrdə olan uşaqlar elə psixologiyaya sahibdirlər ki, düşünmədən impulsiv hərəkətlər edə bilərlər. Misal üçün, dostunun əşyasını götürmək kimi. Bu impulsivlik çox vaxt valideyinlərin uşaqlara verdikləri "burda və indi” kimi əmrlərinin əsasında formalaşır. Uşaqlara bu tərz əmrlərin verilməsi biz psixoloqlar tərəfindən məsləhət görülmür. Onların da artıq bir şəxsiyyət olduğunu unutmaq lazım deyil və onlara da gördükləri hər işdə seçim hüququ verilməlidir. Uşaqlarda oğurluq halları ailədaxili münaqişələr zamanı da baş verir. Ailədə şiddət görən və diqqətdən kənar qalan uşaqlar oğurluğa meyilli olurlar.
Unutmaq lazım deyil ki, bu dövrdə olan uşaqlar çox vaxt böyüklərin elədiklərini təqlid edirlər. Öz uşağına oğurluğun pis şey olduğunu öyrədən valideyin işdən evə nəyisə gətirdiyi zaman uşaqda fikir ayrılığı formalaşır.

Bir psixoloq olaraq valideyinlərə bildirmək istəyirəm ki, məktəbəqədər yaş dövründə olan uşağınıza oğurluğun nə demək olduğunu başa salın. Uşaqları qorxudaraq və ya hədələyərək (oğurluq eləsən sənin əlini kəsərəm, oğurluq eləsən Allah baba sənin gözünü kor edər və s. bu kimi ifadələr işlətməyin) deyil, əşyasını götürdüyü dostunun duyğuları, hissləri haqqında məlumat verərək (sənin dostunun oyuncağını götürməyin düzgün deyil. İndi o, özünü çox pis hiss edir. Bax, atanın sənə aldığı ən sevdiyin maşını kimsə səndən alsa, özünü necə hiss edərsən… və s. bu kimi ifadələrlə) öyrədin. Uşaq gərək hər mənada oğurluğun pis bir şey olduğunu anlasın. Valideyinlərə bir məsləhətim də odur ki, heç bir halda əsəbi olduğunuz zaman uşaqla danışmayın. Çünki ani olaraq əsəblərinizi cilovlaya bilməyərək uşağa istəmədiyiniz sözü deyə bilərsiniz. Bu zaman artıq sonrakı ifadələriniz uşaq üçün öz mənasını itirəcək. Ən sonda onu da qeyd edim ki, uşağınızda az da olsa oğurluğa meyl hiss etdiyiniz anda ona olan diqqət və qayğının əksikliyindən şübhələnə bilərsiniz. Övladınızdan diqqət və qayğını heç bir zaman əksik etməyin...!


Şərhlər:
Baxılıb: 853
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz