Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağa xərclik necə verilməli?
Uşağa xərclik necə verilməli?
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 1527
Səs ver:
Böyük yaşlarda puldan doğru istifadə etmə,balaca vaxtlardan öyrədilən vərdişdən çox asılıdır.Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdırlar.
Xərclik yaxşı bir hərəkətə mükafat və ya hər hansı öhtəliyində olan işinə ödəmə deyildir.Xərclik uşağa seçməyi məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.
Ümumiyyətlə,uşaqlara 3-cü sinifin sonlarında,yəni 9-10 yaşlarında pul verilməlidir.Az yaşda uşağa pulun verilməsi ondan(pulu tanımadığına görə ) doğru istifadə edə bilməməmsini,aldığı hər hansı şseyin qalığını geri istəməməsi lazımsız fasd-fooda xərcləməsinə gətirib çıxarır ki,bu da özünü göstərir.

Bəs xərclik necə verilməli?
Uşağa qədərindən çox xərclik vermək ona xoşbəxtlik deyil,bədbəxtlik və doyumsuzluq gətirir.Uşaq gərəkdiyindən çox xərcliyi doğru formada istifadə etmir.Olan dəftər və qələmlərinin yanına yenilərini də əlavə edir.Zamanla israf və doyumsuzluq formalaşır.
Uşağa çox xərclik vermək sadəcə ona deyil dostlarına da zərəri var.Xüsusilə müxtəlif gəlir sahibi olan ailələrdən gələn uşaqlar onlara pul verilmirsə və ya az verilirsə bəzi yoldaşlarının çox pul xərcləməsindən təsirlənir.İlk öncə ruh düşkünlüyü,sonra isə məmnuniyyətsizlik kompleksi özünü göstərir və bu hal yoldaşlararası münasibətlərin pozulmasına gətirib çıxarır.
Uşağa normadan az xərclik vermək də düzgün deyil.Yoldaşları ilə özünkünü müqayisə edərək məyus olaraq özünə güvəni azalır.
Ən doğrusu,uşağın yaşına və sinfinə uyğun olaraq ehtiyaclarını qarşılayacaq qədər sistemli xərclik verilməlidir.
Bu pulun nə qədər olacağına uşaq və valideyn birlikdə qərar verməli,alınan qərar vaxtaşırı nəzərdən keçirilməlidir.Uşaq xərcliyini az olduğunu görürsə ona uyğun və sakit tonla "sənə çox vermək istəyərdim,amma büdcəmiz məhduddu” deyə bilməliyik.
Sonda isə xərclik ancaq uşaqda pulu doğru istifadə etməyi öyrətmir,həm də onda  məsuliyyət  və sahiblənmə hissini inkişaf etdirir.Anlıq və keçici istəklərini təxirə sala bilməyi və ehtiyaclarını vacibliyinə əsasən sıralamasını,qənaətcil olmağı və əldə etdiklərinin dəyərini bilməyi öyrədir.Ən əsası ailəsinin ona dəyər verdiyini,onu bir şəxsiyyət kimi qəbul etdiyi mesajını verir.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri, psixoloq Narınc Rüstəmova


Şərhlər:
Baxılıb: 1527
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz