Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda qardaş qısqanclığı və müalicə yolları
Uşaqlarda qardaş qısqanclığı və müalicə yolları
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1418
Səs ver:
Uşaqlar ümumiyyətlə qardaşlarını qısqanarlar və ailələrinin özləri ilə daha çox vaxt keçirmələrini istəyərlər. Xüsusilə özündən kiçik qardaşlarını qısqanan uşaqların bu mövzudakı vəziyyətlərinə və ana- atalarının nələr edə biləcəkləri ,necə müalicə edə biləcəkləri mövzusunda köməkçi olacaq bu yazımızı nəzərdən keçirin.
Sual: Altı aylıq bir körpəm, beş yaşında bir oğulum var. Oğlum qardaşını çox qısqanır. Əvvəllər normaldır, olar dedik. Amma artıq problem böyüməyə başladı. Ona baxmadığımızda, qaşla göz arasında körpəni ağladır. Sevirmiş kimi davranarkən körpəni incidir. O anda da atası gedib onun üstünə qışqırır. İkisi də mənim balamdır, mən ikisini də çox sevirəm, amma belə etdiyində necə davranacağımı bilməyirəm. Mən də əsəbləşirəm ona, "Niyə edirsən oğlum" deyirəm. "O sənin qardaşındır sən böyük qardaşsan, böyük qardaşlar qardaşlarını qoruyar, döyməz" deyirəm. Amma dinləmir. "Mənə nə, istəmirəm onu" deyir gedir.  Nə edəcəyimi bilmirəm.
Cavab: Qardaş qısqanclığı, qardaşı olan hər uşağın yaşadığı normal bir hisdir.Bu vəziyyətdə ailənin yol göstərici olması əhəmiyyətlidir. Qısqanclığın təməlində etibarsızlıq və itirmə qorxusu vardır.
Qardaşı olduğunda uşaq, o zamana qədər gördüyü maraq əlaqəsini və sevgini biriylə paylaşmaq məcburiyyətində qalır. Uşaq, "Artıq anam-atam məni sevməyəcək. Mənim bu evdəki, anamın atamın gözündəki yerim artıq eyni deyil" deyə düşünər. Bu, uşaq üçün böyük bir xəyal qırıqlığıdır.
Uşağınızın həyatla əlaqədar qarşılaşdığı ilk ədalətsizlik və etibarsızlıqdır. Bunları, "Kaşki ikinci uşağı dunyaya gətirməsəydim" demək üçün deyil, yaşadığı incikliyi, sizi itirmə qorxusunu və yerinə keçən qardaşına olan hirsini anlamanız üçün bildirirəm.
Bu dövrdə oğlunuzun ehtiyac duyduğu ən əhəmiyyətli şey onu anlamanız və ona olan sevginizin dəyişmədiyini, hələ sizin üçün çox qiymətli olduğunu hiss etdirməniz.O zaman problemin qaynağı olaraq gördüyü qardaşını yox etməyə çalışmaqdan imtina edəcək. Hətta sizin həmişə onu sevib yanında olacağınızı hiss etdiyində, etibarı təkrar yarandığında qardaşını özü üçün kefli bir oyun yoldaşı olaraq görə biləcək.
Onunla vaxt keçirin
Yaxşı bu necə olacaq? Uşaq sevildiyini necə hiss edəcək? Oğlunuzla mütləq vaxt keçirin. Bunu edərkən ana və ata olaraq uşaqları bölüşməyin. Hər iki valideynlərin hər iki uşaqla da ayrı-ayrı maraqlanması əhəmiyyətlidir. İkinci uşağınız doğulmadan əvvəl birlikdə etdiyiniz fəaliyyətlər varsa onlara davam etməniz də çox əhəmiyyətlidir.
Birlikdə vaxt keçirərkən qardaşıyla əlaqədar mövzuları açmayın. O açsa da "Unut indi onu" deyərək məsələni dəyişin.Oğulunuza məsuliyyət verə bilərsiniz. Məsələn, evi yığışdırarkən "Mənə kömək edərsən, köməyinə ehtiyacım var" deyib, kiçik bir şeyi başqa bir yerə qoymasını xahiş edə bilərsiniz.
Sizinlə və atasıyla olan əlaqəsində əslində sevildiyini hiss etməyə başladığında qardaşıyla da daha az məşğul olmağa başlayar.O nöqtədə qardaşına dair məsuliyyətlər vermək, ona böyük qardaş olduğunu hiss etdirəcək. Məsələn, oğlunuzdan qardaşının əmziyini gətirməsini istəyə bilərsiniz. Ya da axşamlar körpənizi yatırdarkən bir tərəfdən də oğlunuzdan ona nağıl danışmasını  istəyə bilərsiniz. Amma bunlar üçün doğru zamanı gözləməniz çox əhəmiyyətlidir."Sən böyük qardaşsan" mesajını ancaq oğulunuz qardaşına qarşı normallaşdıqdan sonra verə bilərsiniz.
Onları müqayisə etməyin
Uşaqlarınız böyüyərkən ana və ata olaraq onları müqayisə etməməniz çox əhəmiyyətlidir. Hər uşağın müsbət və mənfi yanları fərqlidir. Onları müqayisə etmək aralarındakı rəqabət hissini gücləndirər. Hər iki uşağınıza da onlarda gördüyünüz müsbət xüsusiyyətləri tez-tez xatırlatmanız, onların mənlik hörmətinin inkişafı üçün çox əhəmiyyətlidir. Təbii ki, bunu edərkən də əslində olmayan şeyləri varmış kimi göstərən bir rəftar göstərməmək lazımdır. Bu da uşağa yaxşı təsir etməz. Səmimi olun. Səmimi olaraq onunla maraqlanın. Dediyini dinləyin, anlamaq üçün suallar verin. Özünə əhəmiyyət verildiyini hiss edən uşaq, etibarını təkrar qazanacaq və ana və atasının qardaşıyla maraqlanmasını poblem etməyəcək.
/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1418
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz