loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Südəmər uşağın qidalanma gigiyenası
Südəmər uşağın qidalanma gigiyenası
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 5260
Səs ver:

Südəmər uşağın yeməyini ayrı bişirmək lazımdır. Südəmər uşaq azca böyüyən kimi ( bir neçə aydan sonra) bəzi analar ona ailənin böyük üzvləri üçün hazırlanmış xörəkdən verməyə başlayırlar. Bu, uşaq üçün çox zərərlidi. Böyüklərin yeməyi südəmər uşaqda ağır ishal törədə bilər. Bu cür yemək yeyən uşaqlar köpmüş, solğun olurlar, onların xəstə görkəmi olur. Ana uşağa "lazım olan hər şeyi" verməsinə baxmayaraq uşaq pis inkişaf edir. Bu da ananı narahat edir. Südəmər uşağın orqanizmi əzilməmiş və ya lazımınca əzilməmiş qidanı cox pis həzm edir. Bu cür qida bağırsaqlardan olduğu kimi xaric olur və uşaq ac qalır. Südəmər uşağın yeməyini hazırladıqda təmizliyə fikir vermək lazımdır, çünki böyüklər üçün zərərsiz olan bəzi bakteriyalar südəmər uşaqlarda ağır xəstəliklər törədə bilər. 
Südəmər uşağın qabı ( kasa, boşqab, qaşıq, kiçik ələk, sürtkəc və s.) ayrı olmalıdır. Bu qabdan böyüklər və ya başqa uşaqlar istifadə etməməlidirlər. Uşağın yeməyini qızdırmaq üçün yemək olan qabı birbaşa ocağa qoymaq olmaz, çünki o cox qızar, yaxud lazım olduğundan çox qatı olar. Uşağın yeməyi tökülmüş kasanı və ya stəkanı su tökülmüş qazana qoyub ocaqda qızdırın. Diqqətli olmaq lazımdır ki, içində yemək olan qaba qazandakı sudan düşməsin. Südəmər uşağı adi çay qaşığı (gümüş tərkibli olsa daha yaxşı olar) ilə yedizdirmək olar.
Südəmər uşağa armudu stəkandan öyrətmək asan olur. Alçaq, enli stəkandan içmək uşaq üçün çətindir. Uşaq armudu stəkandan içməyi yaxşı öyrənənə qədər başqa formalı stəkandan istifadə etmək lazım deyil. 
Emallı qabdan da istifadə etmək yaxşıdır. Lakin fikir vermək lazımdı ki, qabın emalı qopmasın, yoxsa uşağın yeməyinə zərərli, toksiki maddələr düşə bilər. " Sınmayan " qabın başqa bir qüsuru da vardır. Bu cür qab sınmadığı üçün uşaq onu atmağa vərdiş edir. Uşağı başa salmaq lazımdır ki, stəkan ya kasanı atmaq olmaz.

 


Şərhlər:
Baxılıb: 5260
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz