Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağınızla daha müsbət əlaqə qura bilməyin 4 qaydası
Uşağınızla daha müsbət əlaqə qura bilməyin 4 qaydası
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1298
Səs ver:

1.Qarşılıqlı hörmət

Hansı yaşda olursa-olsun, insanlar arasındakı problemlərin çoxu qarşılıqlı hörmətin olmamasından qaynaqlanır. Danlamaq, qışqırmaq, vurmaq, susdurmaq, əsassız davranmaq hörmətsizliyin əlamətləridir. 
Bunun ən sadə nümunəsi; uşağınız otağınıza girərkən qapını döyməsini istəyərsiniz. Yaxşı, siz onun otağına necə girirsiniz?
Qarşılıqlı hörmət istəyirsinizsə, əvvəl uşaqlarınıza hörmət göstərməyi qəbul etməlisiniz. Mənfi davranışlarınızı mümkün olduğu qədər azaltmalısınız, dostluq abı-havası qurmalısınız.
2.Əyləncəyə zaman ayırma
Müasir həyatın hərəkətli mühitində, müsbət ailə əlaqələri qurmaq o qədər də asan bir yol deyil. Birlikdə keçiriləcək zaman xeyli dərəcədə əhəmiyyətlidir. Bir saatlıq müsbət əlaqə, bir neçə saatlıq söz-söhbətdən daha qiymətlidir. Günün müəyyən saatlarını bir yerdə edilən fəaliyyətlərə ayırmalıyıq. Əgər tərəflərdən biri sevmədiyi bir şeyi etməkdə çətinlik çəkirsə, buna əyləncə deyilə bilməz. 
Ümumiyyətlə valideynlər uşaqlarıyla keçirəcəkləri zamanı bölürlər. Bir gün biri ilə, digər gün o biri ilə maraqlanarlar. Əhəmiyyətli olan siz və uşaqlarınızın zamanı necə keçirəcəyinizi birlikdə planlaşdırmağınızdır. Övladlar arasında narazılıq yaranmasın deyə, hər uşağın özü üçün ayrılan zamanı bilməsi yaxşı olar. Bundan başqa, xüsusi zaman xaricində ailə, həftədə ən az bir gün mütləq birlikdə olmalıdır.
3.Cəsarətləndirmək
Uşağınızın özünə güvənməsini istəyirsinizsə, əvvəl siz ona güvənin. Özünə güvənən uşağın cəsarətləndirilməyə daha az ehtiyacı var. Münasibətlərdə əhəmiyyətli olan əsas məqam uşaqların özü və valideynlər haqqındakı düşüncələridir. Uşaqları cəsarətləndirməyin başlıca yolu onların qüsurlarına əhəmiyyət verməməyə cəhd göstərib güclü və faydalı davranışlarını qiymətləndirib dəstəkləməkdir.
4.İzah etmək
Sözlərinizlə, ya da davranışlarınızla uşaqlarınıza olan sevginizi nə qədər düzgün müəyyən edirsiniz?
Bir uşağın özünü etibarlı hiss edə bilməsi, heç olmasa, onun üçün əhəmiyyətli olan birini sevməsi və onun tərəfindən sevilməsini tələb edir. Uşağın gözləmədiyi anda onu nə qədər sevdiyinizi söyləməyiniz, ya da daha əhəmiyyətlisi - əzizləyərək, öpərək, saçlarına toxunaraq bunu bildirməyiniz çox vacibdir. 



Şərhlər:
Baxılıb: 1298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz