Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Südüm Bəs Etmir Deyənlərə...
Südüm Bəs Etmir Deyənlərə...
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 4026
Səs ver:

Südüm Bəs Etmir Deyənlərə... 

 

Mütəxəssislər körpələrə ilk 6 ay boyunca yalnız ana südünü tövsiyə edirlər. Ana südü körpənin fiziki və zəka inkişafı baxımından olduqca böyük əhəmiyyət daşıyar. Körpəsini əmizdirən çox ana, körpəsini doyura bilməməkdən və südünün çatmadığı mövzusunda narahatlıqlarini catdirar.

Əgər sizdə "Südüm çatmır" deyən analardansınızsa sizlərə mütəxəssislərin təklif etmiş olduğu ana südünü artırmanın yolları ilə əlaqədar təklifləri paylaşırıq.

1- Özünüzü psixoloji olaraq əmizdirməyə hazırlamaq, ayrıca əmizdirmə təhsili ilə birlikdə məmə başının süd verməyə hazır hala gətirilməsi üçün lazımlı məşqləri öyrənmək və tətbiq etmək üçün doğumdan əvvəl mütləq bir uşaq həkiminə getməlisiniz.

2- Südünüzün gəlməsini gözləmədən və qətiliklə şəkərli su vermədən körpənizi doğular doğulmaz ilk yarım saat içində mütləq əmizdirməlisiniz.

3- Doğulduğu andan etibarən istədikcə əmizdirilməlidir. Yeni doğan körpələr ümumiyyətlə 8-10 pay əmmək istəyərlər. Pay sayı daha sonra gedərək azalar. Sıx əmizdirmə bol süd gəlməsini təmin etdiyi kimi, sinələrin şişməsini və ağrımasını da önləyər.

4- Əmizdirmədən əvvəl və ya sonra ticari mama, inək südü ya da başqa qidaların verilməsi, körpənin aldigi süd miqdarını azaldar. Bu vəziyyət də daha az süd gəlməsinə səbəb olar. Bu cür əlavə qidaları, körpə 4-6 aylıq olmadan başlamamaq lazımlıdır.

5- Başqa tərəfindən mayelər vermək üçün əmzik istifadə edilməməlidir, körpənin məmə əmməsini tamamilə kesə bilər. Əmziyin tələb etdiyi əmmə şəkli məmə əmilməsindən daha fərqli və asan olduğu üçün əmziyi seçmələrinə səbəb ola bilər.

6- Gecələri əmmək istəyən körpəsini ananın əmizdirməsi çox əhəmiyyətlidir. Bu vəziyyət həm körpənin psixoloji tarazlığının sarsılmaması həm də ananın süd səmərəsinin artması baxımından son dərəcə əhəmiyyətlidir. Gecələri əmizdirmənin ana baxımından çətinliyi və naxoş vəziyyəti səbəbiylə atanın və ailə böyüklərinin bu mövzuda anaya köməkçi və dəstək olması çox faydalı olacaq. Onsuz da bu naxoş vəziyyət 2. ayın sonuna doğru yavaş yavaş ortadan qalxacaq və gecələri əmmə ehtiyacı azalacaq. Ancaq bu mövzuda bəzən ailələr böyük bir səhv etməkdədirlər. Gecələri əmizdirmək yerinə əmzik ilə bəsləməkdədirlər. Beləcə həm ananın süd miqdarı azalmaqda, həm uşağa mikrob qaynağı ola biləcək təbii olmayan bəslənmə edilməkdə həm də körpə ən faydalı olan ana südündən məhrum buraxılmaqdadır.

7- Ana körpəsini əmizdirdiyi dövrdə öz bəslənməsinə də xüsusi bir əhəmiyyət göstərməlidir.

8- Əmizdirən ananın ruhi istiqamətdən dəstəklənilməsi, dinc bir mühit təmin edilməsi və xoşbəxt edilməsi də son dərəcədə əhəmiyyətlidir.

9- Hər əmizdirmədə bir əvvəlki bəslənmədə ən son verilmiş məmədən başlanmalıdır.

10- Körpənin əmmə gücünə bağlı olmaqla birlikdə hər əmizdirmə təxminən 20-30 dəqiqə davam etməlidir.


Tərcümə etdi və hazırladı: PURE LOVE



Şərhlər:
Baxılıb: 4026
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz