Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əgər körpənin burnu axırsa...
Əgər körpənin burnu axırsa...
Göndərən: Ayten Melek
Şərhlər: 7
Baxılıb: 2925
Səs ver:
Nəzərinizə çatdıraq ki, bəzi hallarda körpələrdə zökəmin müalicəsi onlara yalnız ziyan gətirə bilər.
Bu xüsusilə 1 yaşına kimi olan uşaqlara aiddir. Bu yaş qrupuna aid uşaqlarda fizoloji zökəm, "diş" zökəmi və hətta yalançı zökəm ola bilər. Bu üç növ zökəm müalicə tələb etmir, uşağın sağlamlığına ziyan vurmur və özü özündən keçir.

Fizioloji zökəm
Bəzən valideynlər 2-3 aylıq körpədə burunun axmasını müşahidə edirlər. Bu hal valideynlərdə ciddi narahatçılığa səbəb olur, onlar fikirləşir ki, körpə soyuqlayıb, xəstələnib. Lakin əksər hallarda bunun səbəbi soyuqdəymə deyil, körpənin fiziologiyasıdır. Körpələrin selikli qişaları yeni - "quru" mühitə öyrəşir. Bunun üçün körpənin orqanizmi selikli qişaları gah daha quru, gah da daha nəm edir ki, bunun nəticəsində uşaqda zökəmə bənzər vəziyyət yaranır - uşağın burnu axır.
Belə zökəm müalicə tələb etmir və özü özündən keçir. Bu halda müalicə körpəyə yalnız ziyan gətirə bilər. Zökəmə qarşı damcılar selikli qişanı qurudacaq və uşağın orqanizmi yanlış məlumat alacaq ki, selik azdır və onu əlavə olaraq ifraz etmək lazımdır. Nəticədə seliyin ifrazı daha da artacaq.
Əgər 2-3 aylıq və daha kiçik uşaqda zökəmdən əlavə xəstəliyin heç bir digər əlamətləri yoxdursa (hərarət, öskürək və s.), bu, çox güman ki, fizioloji zökəmdir.
Uşaq olan otağın havası çox quru və isti olmamalıdır ki, bu selikli qişaların funksiyasını pozur. Həkimin məsləhəti ilə körpənin burnuna dəniz suyunun əsasında olan xüsusi burun damcıları və ya fizoloji məhlul damızdırmaq olar. Bu selikli qişaları yumşaldacaq və nəmləndirəcək.

"Yalançı" zökəm
Təxminən 3 ayında körpələr bütün ətrafda olan əşyaları ağzına aparır və bu üsulla ətraf aləmi öyrənməyə çalışırlar. Bu zaman uşaqda ağız suyunun ifrazı kəskin artır. Selik və ağız suyu burun-udlaq nahiyəsində yığılır və nəticədə uşağın burnu axır. Buna "yalançı" zökəm deyilir.
Bəzən qusma zamanı qidanın kiçik hissəsi burun yollarına düşür. Turş mədə şirəsindən burunun selikli qişasını qorumaq üçün çoxlu miqdarda selik ifraz olunur və nəticədə körpədə zökəmə bənzər vəziyyət yaranır. Bu körpənin sağlamlığı üçün təhlükəli deyil.

"Diş" zökəmi
Dişlərin, xüsusilə yuxarı dişlərin çıxması zamanı əksər körpələrdə zökəm əmələ gəlir. Belə zökəm hərarətin artması, öskürək, ishal və s. kimi simptomlarla müşayiət olunmur. Sadaladığımız simptomlarla müşayiət olunan zökəm hər hansı xəstəliyin simptomudur və belə zökəm və həmçinin ona səbəb olan xəstəlik müalicə olunmalıdır.
Böyüklər üçün zökəm təhlükəli deyil. Lakin körpələr üçün bu təhlükəli ola bilər.
Körpələrin burun yolları dardır, burunun həcmi kiçikdir ki, bunun nəticəsində burun çox tez seliklə qapanır. Nəticədə uşaq burunla nəfəs ala bilmir. Bu isə körpəyə ananın döşünü əmməyə və ya suni qida yeməyə imkan vermir və uşaq qidadan imtina edir.
Seliyin normal ifrazının pozulması durğunluğa, mikrobların çoxalmasına və iltihaba səbəb olur. Uşaqlarda evstaxi borusu (burun və qulaq boşluqlarını birləşdirir) çox kiçikdir və nəticədə mikroblar burundan asanlıqla qulağa düşür və burada iltihaba (otit) səbəb olur. Otit körpədə çox ağır fəsadlar verə bilər.


Şərhlər: 7
Baxılıb: 2925
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aise Mohnetli
qizimim burnu belke 15gun axdi.hec bir wey xeyir etmedi.axirda NOVARESTIN dermani var damci.ondan sora duzeldi
21 noyabr 2016 14:48
# 7
sona
Qizimin diwi cixmalidi ve hal hzirda bu hali kecirdir burnu axir oskurur qizdirma qusma mizildama
20 noyabr 2016 18:02
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
arzum-aysum
Bu halla hec bir usagim körpə olanda da rastlasmamisam
20 noyabr 2016 00:21
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
YalniZ-ArZu
Yeni mamawalar ucun faydali melumatlardir.
19 noyabr 2016 22:26
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
melek_ayka
tesekkurler faydali melumatlardir
19 noyabr 2016 22:05
# 3
Totu
Təşəkkürlər.
19 noyabr 2016 21:26
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
valideyinlercin maraqli olar
19 noyabr 2016 19:25
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz