Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənizi masaj edin
Körpənizi masaj edin
Göndərən: Ayten Melek
Şərhlər: 6
Baxılıb: 6382
Səs ver:
Həyatının 1-ci ilində körpənin sağlamlığının təməli qoyulur. Masaj isə uşağın sağlamlığı və inkişafı üçün olduqca faydalıdır. Masaj uşağın sümüklərinə, əzələlərinə, ürək-damar və sinir sisteminə çox müsbət təsir edir. Masaj alan körpələrin həzm sistemi daha tez tənzimlənir. Vaxtdan tez doğulmuş, zəif uşaqlara massaj daha çox lazımdır.
Yenidoğulmuş uşaq üçün ananın səsi, iyi, toxunması çox vacibdir. Bu onun sinir sisteminin normal inkişafına kömək edir, uşağı sakitləşdirir. Bu səbəbdən masaj həmçinin ana və körpənin çox gözəl və faydalı ünsiyyət formasıdır. Körpənizi bundan məhrum etməyin. Xüsusilə bu süni qidalandırılan uşaqlar üçün vacibdir.
Sağlam uşağa hər hansı xüsusi massaj tələb olunmur. Bu səbəbdən ana özü bu masajın hərəkətlərini öyrənib (bizim saytda tapmaq olar) onları hər gün uşağa edə bilər. Masajı 10-15 dəqiqə ərzində etmək lazımdır. Ananın hərəkətləri yüngül olmalıdır və uşağı narahat etməməlidir. Onurğa sütunu, limfatik düyünlər, ürək, qara ciyər nahiyələrini buraxmaq lazımdır. Uşağın qarnını saat əqrəbi istiqamətində masaj etmək lazımdır.

Pediatrlar 1-2 yaşına kimi olan uşaqlara massaj zamanı yeməli yağlardan istifadə etməyi tövsiyə edirlər (zeytun, günəbaxan, kətan və s. yağları). Yağın iyi kəskin olmamalıdır. Bu uşaqda iştahanın və hal-əhvalın pisləşməsinə səbəb ola bilər.

Yatan uşağa masaj etmək olmaz.
Körpədə olan bəzi xəstəliklər və patologiyalar zamanı ona xüsusi massaj lazım ola bilər. Məsələn, əyriboyunluq, bud-çanaq oynağı displazıyası zamanı xüsusi müalicəvi massaj istifadə olunur. Bəzi uşaq nevroloji xəstəliklər zamanı (məsələn^ uşaq serebral iflici) masaj hətta ən əsas müalicə üsulu sayılır.
Lakin bəzən valideynlər belə bir problemlə rastlaşır - uşaq masajda dayanmadan qışqırır. Bu yolverilməzdir. Belə masaj uşağa xeyir deyil, əksinə ziyan gətirəcək. Masaj zamanı toxumalar boşalmış (zəifləmiş) vəziyyətdə olmalıdır. Yalnız bu halda masaj lazım olan müalicəvi təsir edəcək. Qışqıran uşaq gərgin olur, onun əzələləri yığılır, gərginləşir. Belə gərgin əzələ dartıldıqda ağrıya və nəticədə uşağın daha çox qışqırmasına səbəb olacaq. Bundan əlavə gərgin əzələnin dartılması əzələləri zədələyir. Beləliklə, uşaq masajda sakit uzanmırsa, dayanmadan qışqırırsa, masajı dayandırmaq lazımdır. Digər mütəxəssisi axtarın. Körpə insanın hal-əhvalını, energetikasını hiss edir.


Şərhlər: 6
Baxılıb: 6382
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
korpeni masaj etmek xeyridir inkisafiycin
9 oktyabr 2016 15:48
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
men korpeleri masaj etmeyi sevirem
9 oktyabr 2016 12:40
# 5
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ulduz
oglumu cox etmisem qarninda problem olanda en coxda atasi edirdi .masaj yaxsidi duzgun sekilde etsen
9 oktyabr 2016 08:45
# 4
Onun_Mələyi
Sitat: MODABAZ
Men korpenı masaj etmekden qorxaram ele bıleremkı sumuklerı qırılaar

ihi hahahahmən də onu deyəcəkdim09
9 oktyabr 2016 00:53
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
son bahar
Gundeliy zerif toxunusla masajini edirem hekim xusisi masaj teyin edib nevroloji onu tibb bacisina hevale etmisem
9 oktyabr 2016 00:35
# 2
...
MODABAZ
Men korpenı masaj etmekden qorxaram ele bıleremkı sumuklerı qırılaar
8 oktyabr 2016 20:10
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz