loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda qızdırma zamanı nə etməli
Uşaqlarda qızdırma zamanı nə etməli
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 925
Səs ver:
Valideynləri ən çox narahat edən xəstəliklərdən biri də körpə və uşaqlarda ortaya çıxan “qızdırma”dır. Bu kimi hallarla qarşılaşdığınızda, nə etməniz lazım olduğunu bilmək üçün təkliflərimizə nəzər salın:
Körpənizə baxdığınızda bəzən normal olmayan bir vəziyyətlə qarşılaşırsınız. Sanki narahatdır, yanaqları qızarıb. Bu zaman çox narahat olar və əlinizlə qızıdrmasını yoxlayarsınız. Normaldan daha isti olduğunu hiss edirsinizsə, termometrlə də baxaraq dəqiq-ləşdirməlisiniz. Nəticəyə baxdığınızda şübhələriniz təsdiqlənmişdir: Uşağınızın qızdırması var.
Körpənizdə qızdırma olduğunu müəyyən etdikdə, lazım olan ən əhəmiyyətli şey, soyuqqanlı olmağınızdır. Çünki qızdırma müvəqqəti bir vəziyyətdir.
Qızdırma, sadə bir ifadə ilə desək, bədənin normal temperaturunun yüksəlməsi mənasını verir. Əslində qızdırma, bədənin xəstəliyə cavabıdır. Xəstəliyin bir işarəsi olan qızdırmanın aşağı düşməsi, təhlükənin ortadan qalxacağı demək deyil. Əsas məsələ, qızdırmanı yaradan xəstəliyin müalicə edilməsidir.

Uşağınızın qızdırmasını necə ölçə bilərsiniz?
Körpənizdə qızdırma olub-olmadığını bilməyin ən asan yolu, əlinizlə və yaxud dodağınızla toxunaraq ölçməkdir. Ancaq daha dəqiq bir nəticə üçün termometrdən istifadə etmək vacibdir.
Körpənizin bədən istiliyini ölçərkən fərqli bölgələrin-dən faydalana bilərsiniz. Ağız, qoltuq altı və qulaqdan qızıdırmanı ölçmək olar. Termometri kiçik uşaqların ağzına qoymaq təhlükəli ola bilər. Uşağınız 4-5 yaşından kiçikdirsə, qızdırmasını ölçmək üçün qoltuq altından istifadə edə bilərsiniz.
Ölçmə zamanı standart şüşə termometr və ya digital olanlardan istifadə oluna bilər. Digital termometr analoq olanlarına nisbətən daha tez nəticə verir və oxunması daha asandır.

Qızdırmaya qarşı nə etmək lazımdır?
● Sərin saxlayın: Uşağınızın qızdırması olduğunda, onu isti mühitdən uzaqlaşdırmalı və sərin tutmalısınız. Otağın temperaturu 20-21 dərəcədən çox olmamalıdır. Üstündə qalın geyimlər varsa çıxarın və bütün bədənini örtəcək yüngül geyimlər geyindirin. Beləcə bədəndə olan istilik çölə çıxma imkanı tapar.
● Bol maye verin: Qızdırmayla birlikdə tərləmə olmadan, birbaşa buxarlanma ilə bədənin maye itkisi artar. Bunun üçün uşağınıza, su ilə birlikdə bol maye tərkibli yeməklər vermək lazımdır: meyvə suyu, bol sulu meyvələr (limon, naringi, portağal), şorba və s.
● Lazım olarsa dərman içirin: Qızdırmanın çox vaxt infeksiyayla mübarizədə əhəmiyyətli olduğunu düşü-nərək, lazım olduğu təqdirdə dərman istifadə edin. Uşağınızın qızdırması 39 dərəcədən çoxdursa, ağrısı varsa və yata bilmirsə həkim tövsiyəsi ilə dərman istifadə etmək olar.
● Yaş bezlə kompress edin: Körpənizi tamamilə soyundurun. Ancaq əvvəlcədən ilıq su və bezlər hazır olmalıdır. Nə isti, nə də soyuq, bədən istiliyinə yaxın olan (elmi olaraq 32 dərəcə) suyun içində təmiz bir bezi isladaraq, bədənini silin. Bu prosesi etdiyiniz otaq isti olmalıdır. Uşağınızın boynunu, üzünü, qarnını, diz-lərini və dirsəklərini silin. Bu əməliyyatı 20-30 dəqiqə davam etdirmək bədənin hərarətini salmaq üçün kifayətdir.
● Çox hərəkət etməsinin qarşısını alın: Xəstəlik belə bəzən uşaqların bitmək-tükənmək bilməyən enerji-lərinin qarşısını almır. Ancaq həddindən artıq hərəkət, bədən temperaturunun artmasına səbəb olacağı üçün, onların yavaş hərəkət etmələrini təmin edin.

Şərhlər: 6
Baxılıb: 925
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Spirtle ovxalayiram,ayaginin altin,ovcunun icin.Cox qizdirmasi olanda Nurafen verirem.Hem agrilarin kesir,hemde qizdirmani salir.Esas da qizdirma gece baw qaldirirsa,onda dermannan sonra rahat yatir uwaq.Gece qizdirmasi qorxulu olur biraz.
Axirinci bolumnen razi deyilem,qizdirmali uwaqda hal ne gezir wiltaqliq elemeye.Hali olmur hetta otura da bilmirler.
Allah qorusun balalari.
25 iyul 2016 22:50
# 6
Ox ancaq geri çəkilərək atılar.Həyat səni çətinliklərlə geri çəkirsə,səni daha böyük şeyə atacağı üçündür.Nişan almağa davam et... melek
Barbaris
men sivec saliram tempiiratura olanda
25 iyul 2016 21:15
# 5
Счастье это у тебя есть ребенок от любимого.и ты знаешь что у вас будет все хорошо urek
Balacam
Caaaan kiyamamki men bunlara.uwaglar xəstələnəndə cox qorxuram az qalir deli olum mama deyir senin oz uwagin olsa neyniyersen
Can onlar o qeder saf temiz wirindilerki aglamaglarina bele doze bilmirem.yer uzunun melekleri.Allah butin korpeleri qorusun amin
25 iyul 2016 20:41
# 4
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Ariel♡
Tewekkur faydali melumata gore
25 iyul 2016 20:15
# 3
Huwt
Gülüş.
Lazimli melumatdir tesekkurler.oglum qizdirarken hec vaxt ozumu itirmirem
25 iyul 2016 19:51
# 2
vipbetul
lazimli melumatdir
25 iyul 2016 19:18
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz