Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qida qarışıqları ilə yedizdirmə
Qida qarışıqları ilə yedizdirmə
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 258
Səs ver:
Ana südünü süni qidalandırma ilə əvəz etmək kifayət qədər çətindir. Ana südündə körpənin sağlamlığı və böyüməsi üçün bütün zəruri maddələr – vitaminlər, mikroelementlər və s. var. Təəssüf ki, bu gün bazarda xeyli çeşidi olan bütün qida qarışıqlarında bu komponentlərin hamısı yoxdur, çünki bunları, süni eməklərə daxil etmək, sadəcə olaraq, mümkün deyil. Bəs əgər hər hansı bir səbəbdən uşağa döş vermək mümkün deyilsə, necə etməli? Bu gün hansı hallarda bunun zəruri, nə dərəcədə zərərli olduğunu və bu qida qarışıqlarının necə seçməyi aydınlaşdırmağı qərara almışıq.

Hansı hallara uşağa döş vermək məsləhət deyil?
Hər şeydən əvvəl, bu, ananın sağlamlıq durumundan asılıdır. Hər bir qadın bilir ki, orqanizmdən ana südü ilə bərabər bir çox vitaminlər də çıxır; bu da o deməkdir ki, əgər ananın orqanizmində bu vitaminlər kifayət qədər deyilsə, onun səhhəti ilə bağlı ciddi problemlər yarana bilər: özünü pis hiss edə bilər, immunitet aşağı düşə, dişlər tökülə bilər, qanda dəmir çatışmazlığı və s. yarana bilər.

Sağlam qadının hamiləliyinin ağır keçdiyi hallar az deyil, sonradan bunun nəticələri də ağır ola bilər. Belə olduqda, heç olmazsa, bir müddət uşağı əmizdirməkdən imtina etmək lazımdır, çünki sağlamlıq və gücünü bərpa etmək, dərman qəbul etmək lazımdır. Yalnız bundan sonra, əgər vəziyyət imkan verirsə, körpəni ana südü ilə əmizdirmək olar.

Bəzən ananın kifayət qədər südü olmur. Bu zaman uşağın çəkisi artmır və o, kifayət qədər vitamin ala bilmir. Belə hallarda uşağın orqanizmini mühüm mikroelementlərlə təmin etmək üçün qida qarışıqlarından (uşaq yeməklərindən) istifadə etmək lazım gəlir.

Ən geniş yayılmış hallardan biri ananın tamamilə südünün olmamasıdır, bu zaman uşağı bütünlüklə süni qida qarışıqları ilə yedizdirmək lazım gəlir.

Bu ərzaq inək südündən, az-az hallarda isə keçi südündən hazırlanır: bu, əsaslı şəkildə emal edilir ki, qida komponentlərinə görə ana südünə tam yaxın olsun. Belə südün emal texnologiyasına gəldikdə isə, qeyd etmək lazımdır ki, bu, praktik olaraq, bütün şirkətlərdə eynidir. Belə qarışıqlar (uşaq yeməkləri), əsasən, tibbi və yaş göstəricilərinə görə ayrılır. Əsas odur ki, bunlar apteklərdən və ya xüsusu uşaq mağazalarından alınmalıdır. Bundan əlavə, həmçinin bunları hazırlamaq üçün xüsusi uşaq suyu da almaq lazımdır.

Uşağı necə yedizdirmək daha yaxşı olar?
Gənc analar çox zaman belə bir sual qarşısında dayanırlar: uşağı hansı vəziyyətdə yedizdirmək daha yaxşı olar. Uzandırmalı, yoxsa qucaqda saxlamalı? Ancaq burada hər şey fərdidir və sınamaqla sizə və sizin körpənizə rahat olan vəziyyəti tapmaq lazımdır. Əsas odur ki, uşağı şüşədə olan bütün qidanı yeməyə məcbur etməyəsiniz. Uşaqlar, bir qayda olaraq, doymaq üçün nə qədər yemək lazım olduğunu bilir və hiss edirlər.

Uşaq yeməklərini necə seçməli?
Uşaq yeməkləri uyğunlaşdırılmış (bunlar bir qədər baha olur) və uyğunlaşdıılmamış olur. Bunların prinsipial fərqi nədədir? Uyğunlaşdırılmış yeməklərdə böyük miqdarda vitamin və mikroelementlər olur, bunlar maksimum dərəcədə ana südünə yaxınlaşdırılır. Bunlardan uşaq doğulandan bir yaşına kimi istifadə etmək daha yaxşıdır. Uyğunlaşdırnılmamış yeməklər isə süddən, çox zaman qatıqdan hazırlanır, bunlara yarma və şəkər şəklində müxtəlif əlavələr edilir. Bu yeməklərin tərkibində üzlü süd olduğuna görə bunlar uşaqda anemiya yarada bilər, çünki bunlarda qan üçün çox zəruri olan vitaminlər və fol turşusu azdır.

Həmçinin müalicəvi qidalar da mövcuddur, məsələn laktozanı (südlü şəkəri) qəbul edə bilməyən uşaqlara bu qəbildən olan laktozasız qidalar verirlər. Allergiyaya meyilli olan körpələrə tərkibində zülal hidrolizləri olan yeməklər yararlıdır. Vaxtından qabaq doğulmuş uşaqlar üçün də tərkibində böyük miqdarda kalori və zülal olan yeməklər vardır, bunlar uşağın çəkisini artırmağa kömək edir.

Süni qidalandırma zərərlidirmi?
Təbii ki, risk var. Məsələ burasındadır ki, yeni doğulmuş körpələrin həzm sistemi çox zəif olur. Uşağı qarışıqlarla yedizdirərkən qara ciyər, mədə və böyrəklərə 3 dəfə artıq güc düşür. Məhz buna görə də çox zaman körpələrdə sancı və mədə pozuntuları olur. Mədə-bağırsaq yolunun selikli qişası hələ bitki tərkibli yad zülalların aqressiv təsirinə müqavimət göstərə bilmir, halbuki tərkibində molozivo olan (qatı yapışqan sarımtıl maye – tərkibində albuminlər olan zülal) ana südü bağırsağı müdafiə edir.

Yuxarıda deyilənlərdən aydın olur ki, uşağı ana südü ilə əmizdirmək və ya qarışıq qidalarla yedizdirmək seçimi qarşısında qaldıqda birinciyə üstünlük vermək lazımdır. Əgər bu və ya digər səbəblər üzündən ana südü ilə əmizdirmək mümkün deyilsə, onda başqa bir qadının südündən istifadə etmək daha yaxşı olar. Bu variant da mümkün olmadıqda uşaq yeməklərinin seçilməsində və hazırlanmasında son dərəcə ehtiyatlı olmaq və mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.


Şərhlər: 1
Baxılıb: 258
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
annelercin lazimli melumatdir
9 iyul 2016 21:59
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz