Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Südvermə
Südvermə
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 647
Səs ver:
Körpəsini ana südü ilə əmizdirmək imkanını qadına təbiət özü verir. Ana südü, həqiqətən də, uşağın immunitetini gücləndirir ki, bu da ananı sevindirməyə bilməz. Bundan əlavə, ana südü ilə əmizdirmə süni qarışıqların hazırlanmasına itirilən vaxtın qarşısını alır, bu isə gənc anaya ehtiyac duyduğu vaxta qənaət etməyə imkan verir. Növbəti əmizdirmədən sonra öz körpəsinin minnətdar təbəssümünü görmək isə anaya əsl xoşbəxtlik bəxş edir.

Lakin ana olmağa hazırlaşan hər bir qadın südvermə dövrünün nüansları haqda bilməlidir.

Laktasiyanın yaxşılaşması.
Elə ilk gündən kifayət qədər südü olan anaların bəxti gətirmiş olur, axı məhz bu hal ana südünün sonradan da bol olacağının təminatıdır. Laktasiyanı yaxşılaşdıran vasitələrin bitməz-tükənməz siyahısı olsa da, süd axımını stimulyasiya etmək üçün su, çay və ya duru qidalar şəklində tez-tez maye qəbul etmək olar.

Süd durğunluğu.
Zahılığın ilk günlərində qadınlar süd vəzilərində süd durğunluğu ilə qarşılaşa bilərlər. Bu, kifayət qədər ağrılı vəziyyət olub, bədən temperaturunun artması və süd vəzilərində ağırlıq hissi ilə müşayiət oluna bilər. Panikaya düşməyin və yadda saxlayın ki, mama və ya bu vəziyyətlə artıq qarşılaşmış olan təcrübəli bir ana mütləq sizin köməyinizə çatacaqdır.

İlk südvermə.
İlk dəfə körpəyə süd verərkən nəzərdə saxlamaq lazımdır ki, südvermə ağrı ilə keçə bilər. Bu isə təcrübəsizlik və davamlı ağrı qorxusu ucbatından ananın uşağı süddən ayırması və süni qidalandırmaya keçməsi ilə nəticələnə bilir. Lakin qeyd olunmalıdır ki, belə radikal tədbirlər görmək lazım deyil, belə ki, həm siz, həm də körpəniz südvermə prosesinə vərdiş etməlisiniz və tezliklə hər şey yaxşılaşacaq.

Bəzən südvermə zamanı süd vəzi məməcikləri qanayır və bu zaman körpənin ilk gəyirmələrində xaric olunan möhtəviyyat tünd - qırmızı rəngdə olur. Bilməlisiniz ki, körpəni döşə düzgün qoyma, yəni körpənin təkcə süd vəzi məməciyini deyil, həm də areolanı ağzına alması zamanı süd vəzi məməciyindəki ağrı, eləcə də qanama daha tez keçib-gedir. Həmçinin “Mustela” və “Lanolin” kimi südvermə prosesini rahatlaşdıran və süd vəzi məməciyindəki zədələrin sağalmasını sürətləndirən təbii əsasda hazırlanmış müxtəlif kremlər də vardır.

Əgər əl altında xüsusi kremlər yoxdursa, bir çox anaların təqdir etdiyi xalq təbabəti vasitələrindən, spesifik olaraq, çaytikanı yağından istifadə edin. Əgər bu da yoxdursa, məməcikləri isti su ilə yuyub, heç bir şeylə silmədən və üzərini örtmədən quruyanadək gözləyin.

Mastit nədir və onun qarşısını necə almalı?
Mastit süd vəzi toxumasının bakterial infeksiya ilə törədilən iltihabi prosesidir. Mastitin iki növü vardır: laktasion və qeyri-laktasion. Laktasiya dövründə mastitin meydana çıxmasının qarşısını aşağıdakı üsullarla almaq olar:

Süd vəzisini bir neçə dəfə qaynar su ilə yumaqla bu nahiyənin temperaturunu azaltmaq olar. Bu üsul südverən anaların praktikasında yoxlanılmış və təsdiq edilmişdir. Əgər hərarət uzun müddət düşmürsə, südvermə zamanı istifadəsi qadağan olunmayan vasitələrə, məsələn, parasetamola müraciət etmək olar ki, bu da süd və körpə orqanizmi üçün zərərsiz hesab edilir.

Lakin süd durğunluğu zamanı əsas xilaskar, əlbəttə ki, sizin körpənizdir. Çünkü südvermədən sonra ağırlıq və hərarət hissi təbii yolla aradan qalxır.

Əsaslandırılmış bir tövsiyəmiz ondan ibarətdir ki, əgər südvermənin əvvəlində bu problemlə qarşılaşmısınızsa, bir qədər səbirli olun və çox tezliklə özünüz də südvermənin bir həzz olduğunu görəcəksiniz.

Körpədə sancılar
Sancılanma körpənin ağlamasının ən çox rast gəlinən səbəblərindən biridir. Gənc valideynlər bu zaman özünü itirir, şıltaqlıq edən, yeni mühitə uyğunlaşmaqda olan mədəsi və qarnındakı diskomfort hissindən ağlayan körpəyə necə kömək etməli və nə tədbir görməli olduqlarını bilmirlər. Buradan da körpənin bağırsaqlarının boşalması ilə bağlı problemlər yaranır. Ümumilikdə, qarın problemləri 3-4 ay davam edə bilər, ona görə də qabaqcadan hövsələ toplamaq lazımdır. Yeri gəlmişkən, əgər uşağa ana südü verib-verməmək dilemması qarşısında qalmısınızsa, nəzərə alın ki, yalnız ana südü ilə qidalanan körpələr qəbizlikdə xeyli az əziyyət çəkirlər.

Arası kəsilməyən sancılar və qəbizliklə mübarizənin müxtəlif üsulları vardır. Bunlara ilk növbədə, əlbəttə ki, “Espumizan” preparatı və onun alman “əkizi” olan “Sab simpleks” aiddir. Onlar qısamüddətli olsa da, həqiqətən də, kömək edir. Həmçinin homeopatik vasitə olan və körpəni çox tez sakitləşdirən “Enterokind” preparatı da mövcuddur. Yeri gəlmişkən, onları körpəyə ilk gündən sutkada 3-4 dəfə, digər damcıların verilməsindən əvvəl və ya sonra vermək olar.

Bəzi valideynlər krandan axan suyun səsi, işləməkdə olan paltaryuyan maşının və hətta tozsoranın səsi kimi qeyri-ənənəvi vasitələrin effektivliyini praktikada gördükdə təəccüblənirlər. Bir çox körpələr bu səsləri eşitdikdə dərhal qarınlarındakı xoşagəlməz hisdən yayınır və hətta yuxuya gedirlər. Ona görə də artıq heç nə kömək etmədikdə qeyd edilən üç “səs effektini” praktikada sınaqdan keçirmək üçün sizə heç nə mane olmur.

Körpədə gəyirmə
Yəqin ki, yeməkdən sonra körpə uşaqların yeməyin balaca qarınlarına yerləşməyən hissəsini gəyirərək xaric etməsi haqda dəfələrlə eşitmisiniz. Uşağa bu zaman kömək etməyin yollarından biri yedirdikdən sonra onu 5-10 dəq. şaquli vəziyyətdə tutmaq və havanın, onunla birlikdə isə qidanın artıq hissəsinin çıxmasını gözləməkdir. Hətta çox vaxt südvermə zamanı yuxulayan uşağın yuxusunu pozmaqdan qorxsanız belə, bu qaydaya həmişə riayət etmək vacibdir. Məsələ bundadır ki, boğazına gələn artıq mayedən yaranan diskomfort hissi körpəni onsuz da gec-tez oyanmağa məcbur edəcəkdir. Uzanıqlı vəziyyətdə isə gəyirmək daha da çətindir.

Növbəti dəfə körpə mələyinizi sakitləşdirməyə çalışarkən yadda saxlayın ki, tezliklə belə xırda problemlər geridə qalacaq və körpəniz tez-tez sizi öz təbəssümü ilə sevindirəcəkdir!


Şərhlər: 3
Baxılıb: 647
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gülüş.
men ogluma 3yasina kimi vermisem sud ama qizima vere bilmedim cox pis oluram sud vere bilmediyimcun
5 iyul 2016 11:58
# 3
vipbetul
annecikler oxusun
2 iyul 2016 21:51
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Sud vermişem boyuyume 2il.infi de balaca emir.halal xoşlari
2 iyul 2016 21:25
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz