Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpələr bütün gecə yatmalıdırlar?
Körpələr bütün gecə yatmalıdırlar?
Göndərən: Lola_Maya_
Şərhlər: 6
Baxılıb: 513
Səs ver:
Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə " Uşaq gecəni necə yatır?", "Uşaq gecə neçə dəfə oyanır?" "Uşağın yuxusu necədir?" suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər "məsləhətlər atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti "Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaq!", "Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın", digər qisminin isə məsləhəti "Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!", "Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!" olur.
Bu məsləhətlərin öz-özlüyündə yanlış olmalarına aydınlıq gətirmədən, sadə bir suala nəzər yetirək - "Həqiqətənmi, uşaqlar körpə yaşlarından bütün gecəni yatmalıdırlar?" Cavab qısaca olar, "Xeyr"-dir. Elmi araşdırmalar göstərir ki, gecələri dəfələrlə oyanaraq yatmaq uşaqlar üçün kifayət qədər normaldır. Müşahidələrə əsasən, uşaqlar həyatlarının ilk ilində ən azı 1-2 dəfə gecə oyanırlar. 3 ayından kiçik olan körpələrin isə hər 2 saatdan bir oyanmaları qeydə alınmışdır. Bu halların baş verməsi nəinki normaldır, hətta körpələrin sağlamlığı üçün önəmlidir.
Qeyd edək ki, körpələrin mədəsi çox kiçikdir - yenicə doğulmuşun mədəsinin ölçüsü iri qoz ölçüsündə, 1 aylığın isə yumurta boydadır. Bu o deməkdir ki, tez bir müddət ərzində acdıqlarında onların tez-tez əmizdirilməyə və ya yedizdirilməyə ehtiyacları var.
Yuxudan tez-tez oyanmaq körpələrin təhlükəsizliyini təmin edir. Müəyyən araşdırmalara əsasən aydın olmuşdur ki, uzun və dərin yuxu yatan körpələrin "beşik ölüm" və ya Qəfil Körpə Ölüm Sindromu riski daha çoxdur. Körpələri qalın və sıx bələmək, onları başqa otaqda tək yatdırmaq qəti məsləhət deyil.
Başqa bir araşdırmalara əsasən məlum olmuşdur ki, uşaqların gecələri analarına yaxın yatmaq istəkləri fitri bir ehtiyacdır. Bu, onlara mühafizə, əminlik və rahatlıq hissi verir. Bəzi valideynlik ədəbiyyatlarının uşaq ağlamasına fikir verməmək məsləhətlərinə rəğmən, bütün deyilənlərdən son nəticə olaraq, valideynlər körpənin gecə oyanmalarına və ağlamalarına mütləq şəkildə cavab verilməlidir. Çünki körpələr özləri öz ehtiyaclarını ödəmək qabiliyyətinə qadir deyillər.
 
Əgər onlar oyanırlarsa, demək buna səbəblər var:
 
Körpəyə isti və ya soyuqdur.
Körpə acdır.
Körpənin bezi dəyişdirilməlidir.
Körpə sadəcə olaraq qucaq nəvazişi almaq istəyir.
Körpənin ağlamasına və oyanmasına böyüklərin fikir verməməsi körpələrdə ciddi stressə səbəb olur ki, bu da onların beyin inkişafına mane olur.
 
O ki qaldı süni qida ilə qidalanandırılan körpələrin daha uzun və dərin yuxuya malik olmalarına, cavab çox sadədir: Süni qida kiçik körpə mədəsinin həzmi üçün ağır olan qidadır. Lakin valideynlər həmçinin unutmamalıdırlar ki, süni qida ilə bəslənən körpələr ana südü ilə bəslənilənlərə nisbətdə daha çox qaz, mədə sancıları və həzm problemləri yaşayırlar ki, bu da onların gecə şirin yuxularına mane olur. Üstəlik, araşdırmalar göstərir ki, daha böyük olan uşaqlara süni qida artıq uzun və dərin yuxu təmin etmir.
Swansea Universitetində Dr. Amy Brown tərəfindən 700-dən artıq 6-12 aylıq uşaqların müşahidəsi əsasında tətqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, onların 78%-i gecələri bir neçə dəfə oyanması, hətta bu aylarda da tamamilə normaldır. Müşahidə olunan uşaqların yalnız 20%-i bütün gecəni yatırlar. Həmçinin süni qida alan uşaqlar eyni ilə ana südü ilə qidalananlar kimi gecələri oyanırlar. Hətta əlavə bərk qida qəbul edən uşaqların da yuxusunda heç bir dəyişiklik qeydə alınmamışdır. Bəzən uşaqlar lap böyüklər kimi səbəbsiz olaraq da oyana bilirlər. Bunu aclıq ilə uzlaşdırmaq düzgün deyil.
Sonda valideynlərə uşaqlarına və onların istəklərinə qarşı həssas və diqqətli olmağa çağırırıq. Əgər körpə kürlük edir və ya ağlayırsa, demək, buna səbəblər var. Əksər hallarda bu səbəblər kifayət qədər vacib və ciddidir.


Şərhlər: 6
Baxılıb: 513
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Muradli Aytan
Ana sudu veren qadinlara daha asanddi geca usagin durmasi ne onu duzaltmak nediki istlatmak lazimdi cox asand hem yorulmursanda cetinida 1 yasina kimidi sonra oyrewir allah hamiya nesib etsin bu gozel paydan
4 iyun 2016 00:06
# 6
Ekizlerin mamasi
Qaqasdar gece 2side eyni vaxta dururdular yeyin yatirdilar.indide geceler 1defe durullar,ama yemey yox su isteseler verirem yatillar
3 iyun 2016 12:30
# 5
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
YalniZ-ArZu
Melumatliyam bu haqda...korpelerin gece ayilmasi normal haldi.Bizim balaca her uc saatdan bir ayilirdi,ele bil budilnik qurmuwdular:))Uc saatdan gec ya tez ola bilmezdi,tam tamiminda ayilib yemey "teleb" ederdi.:)Qurban olaram ona...
Allah menim balamda daxil olmaqla butun balalari qorusun.

P.S-Bu meqalede "Berk bele,oz istisinnen buglanib yatsin" "meslehetine"bilmedim gulem ya aglayim.Cahillik sadece.
2 iyun 2016 22:42
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
annelercin maraqli melumatdir
2 iyun 2016 22:00
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Oglum gece 3-4defe durub meme yeyir 10ayliqdi
2 iyun 2016 21:53
# 2
Her şeye gore şukur
Barbaris
mlumatim var idi
2 iyun 2016 21:18
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz