Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu qidalar uşaqlarınızda inkişafı ləngidə bilər
Bu qidalar uşaqlarınızda inkişafı ləngidə bilər
Göndərən: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 591
Səs ver:
Dünyaca məşhur ingilis şef aşpazı və şoumeni Ceymi Oliver son illər istər Amerika, istərsə də İngiltərədə fastfud yeyənlərin çoxalması və bunun nəticəsində ortaya çıxan neqativ faktorlara görə "tez-bazar" yeməklərə qarşı çıxan "pəhləvana" çevrilib.
"Ceyminin mətbəxi" və "30 dəqiqəyə hazırlayaq" kimi kulinariya şoularından da tanınan şef aşpaz ən çox da uşaqların belə qidaları qəbul etməsinin əleyhinə olub, mübarizə aparır, hökumətin dəstəyi ilə məktəblilərin düzgün qidalanması layihələrinə start verib.
Problemin ciddiliyi məsələni dərindən araşdırmağı tələb edir.

Niyə məhz fastfudlar?
Fastfudlar, səmimi etiraf edək ki, biz böyüklərin belə xoşuna gəlir, o ki qaldı uşaqların. Cəlbedici və rəngarəng bağlama, ətirli, xırçıltılı dad... bu balacalarımız üçün əyləncəli bir yemək növüdür. Kalorisi, şəkəri və ən əsası, da zərəri olduqca yüksək olan, amma heç bir faydası olmayan qidadır. Bu məqamda artıq ciddi düşünməliyik! Son illər Amerikada piylənmədən əziyyət çəkənlərin 50 mln. nəfərə qalxmasının da əsas səbəbi məhz bu "tez-bazar" yeməklərdir.
 
Üstünü oxumadığımız kağızlarda yazılan şok rəqəmlər
Kim uşağı üçün aldığı hamburgerin kağızındakı rəqəmlərə fikir verir? Heç kim! Əgər fikir verən olsaydı, ümumiyyətə, o qidaları uşağına alıb, onun "gül kimi" orqanizmini məhv etməzdi!

Belə ki, 100 qram məhsulda 28 qram şəkər, bir hamburgerdə 1500 kkal, bir şaurmada 696 kkal, bir uşaq pizzasında 980 kkal və 1860 mq. natrium var.
"Son illər sanki dəb halını alıb. Gənc analar və çox təəssüf ki, savadlı analar övladları ilə müxtəlif fastfud restoranlarından kartof-fri, hamburger yeyərək, selfilər paylaşır, bunu da böyük fəxarətlə edirlər" - bunu mövzu ilə bağlı açıqlama verən pediatr Vaqif Qarayev söyləyib. O çox təəssüf hissi ilə bildirib ki, hətta 1 yaşlı, 2 yaşlı uşaqlara da çəkinmədən, zərərini bilə-bilə belə qidaları verirlər. Bu, yolverilməzdir.
Pediatr qeyd edib ki, fastfudlar kimyəvi, heyvani mənşəli yağlardan hazırlanan, aromat, izafi şəkərə malik çox zərərli qidalardır və tərkibi uşaq inkişafını ləngidən maddələrlə zəngindir. Məsələn, normada bir uşaq sutka ərzində uzağı 9 q zülal qəbul etməlidir. Amma fastfudlarda 100 qrama yaxın zülal var.
V.Qarayev analara bir daha xəbərdarlıq edərək, belə yeməklərin uşaqlarda yarada biləcəyi təhlükələri sadalayıb: Piylənmə, qastrit, diabet, asılılıq, diqqətsizlik, intellektual geriqalma, mədə-bağırsaq problemləri, zəhərlənmələr və qorxulu onkoloji xəstəliklər.
V.Qarayev sonda onu da bildirib ki, 3 yaşa kimi uşaqlara ümumiyyətlə fastfud verilməsin. Həkim bütün gənc anaları bu mövzuda diqqətli olmağa, tənbəllik etmədən uşaqlar üçün təbii və dadlı qidaları ev şəraitində hazırlamağa çağırıb.
 
Uşaqların fastfud asılılığın səbəbi nədir?
Avstraliyanın Adelaida Universitetinin alimləri çox maraqlı araşdırma aparıblar. Onlara görə, uşaqlarda fastfuda meyl iki kritik dövrdə yaranır:

Birincisi, ana bətnində - xüsusilə də hamiləliyin 3-cü rübü (6-9 ay) və birdə yeniyetməlik çağında. Odur ki, alimlər hamilə xanımlara bu cür qidalar yeməyi məsləhət görmür, qeyd edirlər ki, onlar nəinki artıq çəki yaradır, həm də kütbeyin övladların dünyaya gəlməsinə səbəb olur.

Bəs uşaq fastfud istəyəndə nə verək?
Əgər indiyə kimi uşağa dönər, hamburger, kartof-fri alıb vermisinizsə, indi də gec deyil. Bu yazıdan sonra fastfuda STOP deyə bilərsiniz. Uşaq isə həmin qidalardan istədikdə onları ev şəraitində - təmiz və daha sağlam şəkildə hazırlanmış yeməklərə dəvət edə bilərsiniz.
Beləliklə, ev şəraitində hazırlanan şaurma ilə onun həm fastfud arzusunu reallaşdırmış, həm də sağlamlığını qorumuş olacaqsınız.


Şərhlər: 5
Baxılıb: 591
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Bunlari bilirem,caliwiram cox az istifade edim.Ayda bir defe bes eder:))
26 iyun 2016 19:08
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
fasfoodsuzda yemek olmazki
25 iyun 2016 22:55
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Analara lazimli xeberdi yende tewekkurler
25 iyun 2016 22:00
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
faydali meslehet oldu.twk
25 iyun 2016 21:11
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Onun_Mələyi
uwaqlar ucun ziyan olduqnu bilirdim mende.xowluyuram bele yemekler.faydali meslehet oldu .twk
25 iyun 2016 21:10
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz