Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpəniz özünü yaxşı hiss etmir?
Körpəniz özünü yaxşı hiss etmir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5488
Səs ver:

alt


Uşağın gözləri xəstələndiyində ,onları 1 və ya 2 faizli bor turşusu məhlulu ilə yumaq lazımdır. Gözlərin hər birini ayrılıqda pambıq  yumrusu ilə silirlər ki, bir gözdən o birinə mikrob düşməsin. Əgər uşağın gözü irinləyibsə, onu xəstə göz olan tərəfə böyrü üstə qoyur, başının altına isə təmiz dəsmal qoyurlar. Gözə dərman pipetka ilə tökülməlidir. Bunun üçün gözün aşağı qapağını ehmalca irəli çəkir və ora 1-2 damcı dərman tökürlər. Gözü ana südü ilə silmək də faydalıdır. Bu zaman təmiz pambığı ana südüylə isladıb yavaş halda gözləri silmək lazımdır.
        Qulaqlar xəstələndikdə, həkimin təyinatından asılı olaraq ya isti qoyur, ya dərman tökür, ya da kompres qoyurlar. Qulağı isti ilə müalicə edərkən qulağın seyvanına pambıq qoyur və tənziflə sarıyırlar, ya da qulağı tutan papaq geyindirillər.
 İsidici kompres qoyandaçbir parça ağ əskini götürüb ,onu 3-4 qat qatlayıb ortasindan qulaq seyvani üçün deşik açırlar. Bunu qulağın üstünə elə qoyurlar ki, ancaq onun ətrafını tutur. Parçanı ilıq suda isladır və qulağın ətrafına qoyurlar ,üstündən parçadan bir az böyük olan və qulaq üçün deşik açılmış nazik müşənbə , yaxud su keçirməyən kağız ,onun üstündən qulağın üstünü və ətraflarını tutan qalın pambıq qatı qoyurlar. Uşağn başını sarıyıb kompresi 3-4 saat saxlayırlar.
     Uşağın burnu axanda  onu bir parça əski, yaxud tənziflə silirlər. Belə parçalar çox olmalıdır ki, hər dəfə təzəsindən istifadə etmək mümkün olsun. Burun tutulanda onu piltə ilə təmizləyirlər. Piltəni fırlada-fırlada əvvəlcə burunun bir deşiyinə salıb dərhal çıxarıllar. Digər piltə ilə o biri deşiyi təmizləyirlər. Iki deşiyi də eyni vaxtda təmizləmək olmaz. Burun tutulması zamanı burun deşiyini azca yağ da qoymaq olar.
 Buruna dərman tökməlisinizsə, əvvəlcə dərmanı bir az isidin. Burunu təmizləyir və uşağı başı arxaya əyilmiş halda dizlərin üstə oturdub pipetka ilə buruna damızdırıllar.
                                                                                                
                (Herba Flora)


Şərhlər:
Baxılıb: 5488
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz