Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda Hipertenziya
Uşaqlarda Hipertenziya
Göndərən: ulduz
Şərhlər: 2
Baxılıb: 278
Səs ver:
Nədir?
Yeni doğulan körpələr də daxil olmaqla hər yaş uşaqda yüksək təzyiq xəstəliyi ola bilər. Çox vaxt heç bir əlamət vermir, bəzən başağrısı, başgicəllənmə, burun qanaxması və görmədə bulanıqlığa yol aça bilər. Uzun müddət davam edən yüksək təzyiq korluq, böyrək çatışmazlığı və ürək çatışmazlığına yol aça bilər.Beyin qanaxması, iflic kimi daimi beyin zədələri, nəfəs darlığı, yatmamaq, ağzından qanlı bəlğəm gəlməsi kimi əlamətlər heç nadir deyil.

Buna görə təzyiqi ölçülmədən, heç bir şikayəti olmasa da, heç kimin yüksək təzyiq xəstəliyi olub olmadığı bilinməz.Əvvəlcə uşağın yaşına qol ölçüsünə uyğun təzyiq alətiylə ölçü aparmaq və təzyiq normalmı deyilmi baxmaq lazımdır. Böyüklərdə 130/80 mmHg-in (yəni 13-ə 8) daha çox olarsa bu yüksək təzyiq olaraq qəbul edilir,bir balaca uşaqda 100/70 mmHg (yəni 10-un 7) isə bu uşaq üçün yüksək ola bilər. Hər uşağın yaş, cinsiyyət, boy və çəkisinə görə normal təzyiq dəyərləri vardır. Təzyiqi ölçülən uşağın mütləq bu cədvəllərə baxaraq, normal təzyiq ölçüsü o uşaq üçün neçə olacağı müəyyənləşdirib, ona görə yüksək təzyiq problemi olub olmadığına qərar vermək lazımdır.

Böyüklərdən fərqli olaraq uşaqlarda, çox vaxt altda yatan bir xəstəlik vardır. Uşaqlarda ən çox yüksək təzyiq səbəbi böyrək xəstəlikləridir. Digər yüksək təzyiq səbəbləri ürək xəstəlikləri, hormonal xəstəliklər, damar xəstəlikləri, sınıqlar, metabolik xəstəliklər, yanıqlar, dərmanlar və kəskin allergik reaksiyalarıdır. Xüsusilə də kiçik uşaqlarda; Böyrək-ürək-damar anomaliyaları, kistik böyrək xəstəliyi, böyrəyin ana arteriyasında darlıq (renal arter stenozu), böyrəkdə inkişafla bağlı pozuntu, ürəyin ana damarında daralma (aorta koarktasyonu), göbək damarına kateter taxmaq, böyrək damarında qan laxtası olması və s. kimi bəzi səbəblər yüksək təzyiqə daha çox səbəb olur. Uşaqlarda təzyiq yüksəkliyinə yol açan damar darlıqlarından başqa böyrək xəstəlikləri; Nefritlər (kəskin və ya xroniki), nefrotik sindrom (böyrəkdən albumin qaçış xəstəliyi), IgA nefropatiyasıdır. Lupus, PAN, HSP kimi bəzi romatizmal xəstəliklər də təzyiq yüksəkliyi ilə birlikdə ola bilər. Gündəlik həyatda tez-tez istifadə edilən bəzi öskürək siropları, burun damlaları (durğunluğa qarşı), kortizon, amfetamin kimi bəzi dərmanlar da təzyiq yüksəkliyinə səbəb ola bilər. Çox nadir hallarda hormon ifraz edən bəzi vəzilər də yüksək təzyiq xəstəliyinə səbəb ola bilər.

Uşaqlarda, yeniyetmələrdə görülən "primer” tip yəni əsas yüksək təzyiq də ola bilər. Günümüzdə getdikcə artan daha ,ox gördüyümüz obezite (hədsiz köklük) yüksək təzyiqin ən çox səbəblərindən biridir. Hərəkətsiz həyat, kompüter və televizor kimi hərəkəti məhdudlaşdıran vərdişlər, "fast-food” dediyimiz çoxlu yağ və qoruyucu maddə ehtiva edən kotlet, kola, çips, şirniyyat kimi hazır ərzaq istehlakının çox artması obezite üçün ən başda gələn səbəblərdir. Obezite, yalnız yüksək təzyiq deyil, şəkər xəstəliyi və xolesterinin yüksəlməsinə də yol açır. Əsas yüksək təzyiqin qarşısının alınması və müalicəsi üçün düzgün qidalanma (tərəvəz və balıq), nizamlı məşq və intensiv duz qəbulundan çəkinmək lazımdır.

Hər uşağın ən azı ildə bir dəfə, təzyiqinin ölçülməsi, əgər təzyiq yüksək isə altda yatan xəstəliyin təyin edilməsi vacibdir. Dərman müalicəsində; Dərmanlardan mütəmadi olaraq istifadə edilməkidir,təzyiq aşağı düşməsə dərmandan istifadə kəsilməməlidir, yan təsirlərinə görə həkim tərəfindən təqib edilməsi vacibdir.

Yüksək təzyiq vaxtında müalicə edilməz isə göz, böyrək və ürək prioritet olmaqla orqanları sıradan çıxartdığı unudulmamalıdır, vaxtında diaqnoz və müalicə ilə gələcəkdə yarana biləcək bəlaların qarşısının alına biləcəyi yadda saxlanılmalıdır.


Şərhlər: 2
Baxılıb: 278
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
talis balasi
her orqanizmin oz teziqi var menim 21 yasim var normal teziqim 10- 7 olur biraz coxalanda hiss edirem n
20 may 2016 12:23
# 2
vipbetul
lazimli melumatdir usaqlari tez-tez muayineden kecirmek lazimdir
20 may 2016 11:46
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz