Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əmizdirərkən diqqət edilməsi lazım olanlar və düzgün əmizdirmə mövqeləri
Əmizdirərkən diqqət edilməsi lazım olanlar və düzgün əmizdirmə mövqeləri
Göndərən: Fi-Ra
Şərhlər: 2
Baxılıb: 441
Səs ver:
Əmizdirmək, körpənin sağlamlığı qədər ananın sağlamlığı üçün də çox əhəmiyyətlidir. Xüsusən düzgün əmizdirmə mövqeləri haqqında məlumat sahibi olmaq həm uşağın, həm də ananın sağlamlığını güvən altına alır və həyatlarını asanlaşdırır. Budur əmizdirərkən diqqət edilməsi lazım olanlar və uyğun əmizdirmə mövqeləri. 
Əmizdirərkən diqqət edilməsi lazım olanlar 
- Əmizdirən qadının süd verdiyi prosesə hər gün 500-600 kalorilik əlavə enerji alması lazımdır. Gündəlik ən az iki litr maye və zülal ehtiyacını ödəmək üçün ət, toyuq, balıq və ya quru paxlakimilərə hər dəfə yer verilməlidir. Tərəvəz və meyvə bol-bol istehlak edilməlidir. 
- Yeməklərdə yodlu duz istifadə etmək əlverişlidir.
- Həddindən artıq şiş südün döşlərdən çətin gəlməsinə səbəb olur. Şişli analarda süd 2-3 gün gecikərək gəlir, şiş azaldıqca süd artır. Şişi azaltmaq üçün anaların xiyar, qarpız, kələm yeməsi təklif edilir.
- Bəzi bitki çaylarının da ana südünü çoxaldıcı xüsusiyyətləri vardır. Məsələn; çəmən otu, mina çiçəyi, müşk ağacı və xüsusən razyana gündə iki böyük stəkan (400 ml.) içmək lazımdır. Artıq nanə yemək, nanə çayı və siqaret çəkmək südü azaldır.
- Məmələrdən birinin daha az sorulması, o döşünün süd istehsalını getdikcə azaldır və sonda dayandırır.

Düzgün əmizdirmə mövqeləri 
"Bütün mövqelərdə ana ən rahat vəziyyətdə oturmalı, uşağın başı və bədəni eyni müstəvi üzərində olmalı, üzü məməyə doğru, burnu döş ucunun qarşısında olmalıdır. Ana, uşağın bədənini öz bədəninə yaxın tutmalı, yenidoğan dövründə "Baş-Boyun-popo" dəstəklənməlidir. Dörd barmaq da məmə altından dəstəklənib baş barmaq döşünün üst hissəsindən tutularaq ağıza yerləşdirilir. Uşağın başı tutulmaz, çünki refleks olaraq atar" şəklində bəyanatlar verən Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Alper Soysal, uyğun əmizdirmə mövqelərini izah edir.

Yatar mövqe 
- Ana yataqdan qalxmayacaq və dönə bilməyəcək halda isə ilk bu mövqe tətbiq olunur. Körpənin altı yastıqla dəstəklənərək anaya paralel şəkildə aparılır və ana sinəsi kavratılır.

Beşik mövqeyi 
- Ana südü, ana oturar və dönər vəziyyətdə olduqda, uşağın altı yastıqla dəstəklənərək ana qucağında verilir. 

Çarpaz beşik mövqeyi 
- Körpə daha kiçik və başını tutmaqda çətinlik çəkirsə, bu mövqedə əmizdirmək daha uyğundur, bu vəziyyətdə körpə digər qolla tutulur. 

Çanta (futbol topu) mövqeyi  
- Əkiz uşaqlara uyğun bir mövqedir. Bir körpə ananın qoltuq altına üzü ananın üzünü görəcək şəkildə sinəyə bitişdirilir. İkinci körpə də eyni şəkildə digər sinəyə bitişdirilə bilər.


Şərhlər: 2
Baxılıb: 441
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
Artiq oxumaga bawlamiwam bu movzulari.tewekkurler)
21 may 2016 11:48
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
anneler oxusun
21 may 2016 10:34
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz