Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Diş çıxarma
Diş çıxarma
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 583
Səs ver:
Körpələr və diş çıxarma 
Əksər körpələrdə 6 ayında kəsici dişlər çıxmağa başlayır, lakin bəzilərində 3 ay kimi erkən bir dövrdə də diş çıxması normaldır - hətta bəzi körpələr dişləri çıxmış vəziyyətdə doğulur, lakin bu normal deyil. Digər körpələrdə dişlər gec çıxır, ancaq uşaq ilk ad gününədək diş çıxartmasa, bu barədə həkimlə məsləhətləşmək məsləhətdir. 

Diş çıxarma ağrısının səbəbi 
Körpənin dişləri inkişaf etdikcə, onların üst kənarları diş ətinə keçərək, tez-tez narahatlığa səbəb olur. İlk bir neçə dişdə körpənin öyrəşmədiyi hiss narahatlığa və qıcıqlanmaya səbəb olur. Azı dişlərin çıxması onların böyük ölçülü olmasına görə daha çox narahatlıq verə bilər. 

Körpənin diş çıxarma əlamətləri 
Diş çıxarmanın verdiyi narahatlıq dişin görünməsindən əvvəl başlaya bilər. Diş çıxarma zamanı aşağıdakı simptomlar baş qaldırır: 
Daha çox diqqət tələb etmək və gecə daha çox ağlamaq 
Qızarmış, çəhrayı yanaqlar 
Bir qədər yüksək temperatur (maksimum 39°C) 
Qırmızı, şişkin diş ətləri 
Daha çox selik axması 
Əllərini və ya digər əşyaları çeynəmək 
Daha çox yemək tələb etmək 
Diş ətləri ağrıdığına görə yeməkdən imtina etmək 
Adi vaxtlara nisbətən iştahın az olması 
Yuxu rejiminin pozulması 
Körpənin diş ətlərinə diş çıxarma gelini sürtməklə körpənin narahatlığını azaltmaq olar. Xüsusi hazırlanmış diş çıxarma halqaları, xüsusən də soyuducuda soyudularaq istifadə etmək üçün nəzərdə tutulanlar da ağrını azalda bilər. Körpənizin ağzından çox su axırsa, ona əlavə su verməyi unutmayın. Onların çənə, boyun və sinəsinə sürtülən krem halsızlığı aradan qaldıra bilər. Ağrı az olduqda, təsəlliverici qucaqlamaq və ya maraqlı bir oyuncaq onun diqqətini diş ağrısından yayındırmağa kömək edə bilər. Həkiminiz həmçinin parasetamol və ya ibuprofen kimi körpələr üçün ağrı kəsici də tövsiyə edə bilər.


Şərhlər: 5
Baxılıb: 583
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SonSuz SeVGi
Menim qizimda diw ciarir deye çox narahatdi ilk diwi cixandan ele narahatciligi olur... hamisi cixib qutarsaydi rahat olardi balam
21 iyun 2016 13:20
# 5
Fi-Ra
Qizim dis cixarma erefesindedir. Bezi yazilanlar tam uygundu. Lazimli xeber oldu mene tesekkur.
21 iyun 2016 01:12
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
usaqlarin en aqrili vaxti olur dis cixardiqlari donemleri
20 iyun 2016 23:49
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Oglum cixardir indi.çetin prosesdi
20 iyun 2016 23:47
# 2
Her şeye gore şukur
Onun_Mələyi
bu xeber etmiremse tekrardir.oxumuwdum bu saitdan bu xeberi.yene de twk

bu xeber etmiremse tekrardir.oxumuwdum bu saitdan bu xeberi.yene de twk

bu xeber tekrardir sef etmiremse oxumuwdum bu saitdan bu xeberi.yene de twk

bu xeber tekrardir sef etmiremse oxumuwdum bu saitdan bu xeberi.yene de twk
20 iyun 2016 19:15
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz