Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağınız piylənmə təhlükəsindədir?
Uşağınız piylənmə təhlükəsindədir?
Göndərən: guler19
Şərhlər: 2
Baxılıb: 338
Səs ver:
Son 20 ildə 5 yaşından kiçik olan uşaqlarda piylənmə riski 60% artması tendensiyası müşahidə edilir. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2013-cü ildə 5 yaşından kiçik dünya uşaqlarının 42 milyondan çoxu piylənməyə məruz qalıblar. 
"Toppuş” uşaqlar əksər insanlarda "şirin” təəssüratı yaratdığından valideynlər və xüsusilə nənə-babalar uşağın kökəlməsi üçün canfəşanlıq edirlər. Uşağın körpəlikdən kök və ya arıq olması gələcəkdə piylənməyə məruz qalacağı və ya qalmayacağı haqda konkret fikirlər yürütməyə səhih əsas vermir. Lakin uşaqların ilk günlərdən qidalandırılma prosesinin nə cür olması onların piylənməyə məruz qalma riskinə birmənalı olaraq təsir edir. 

Mədənin genişlənməsinə və nəticədə piylənməyə səbəb olan yedizdirmə üsulları: 

- Təmiz boşqab üsulu – uşağı doyana kimi deyil, qabını tam boşaldana kimi yedizdirmək. Əslində kiçik yaşlarından uşaqları israf etməməyə və son loxmaya kimi yeyib bitirməyə alışdırmaqda heç bir qəbahət yoxdur. Sadəcə yemək çəkərkən uşağın yeyə biləcək miqdarı böyüklər düzgün təyin etməlidirlər. Ən dəqiq miqdarı təsəvvür etmək "uşaq yumruğu porsiyası” prinsipinə əsaslanmaq olar. Hər bir insanın mədəsi onun yumuruğu həcmindədir. Uşağınızın yumuruğu ölçüsündən daha az qoyulan yemək çox ehtimal ki, sona qədər bitiriləcəkdir. Unutmayaq ki, mədədə yeməkdən əlavə su və hava üçün də yer qalmalıdır. 

- Cəza və ya mükafat üsulu. Uşaqlarda qida nə cəza ("yeməyi yeməsən ciblərinə tökəcəm”, "bunu yeməsən gəzməyə getməyəcəyik”, vurmaq, qışqırmaq və s.), nə də hədiyyə ilə asossiasiya edilməməlidir. Əks təqdirdə uşaqlarda yetkinlik yaşından başlayaraq qidalanma vərdişlərində bir sıra ciddi psixoloji problemlər yarana bilər. 

- Dağınıq fikir üsulu. Adətən valideynlər uşağın fikrini yayındırmaq üçün hadisələr nağıllamaq, cizgi filmi göstərmək, dilə və söhbətə tutmaqla yedizdirirlər. Bu zaman uşaq nəyi və nə qədər yediyini bilmədən avtomatik olaraq ağzını açır və udur. Bəzi valideynlər isə işlərini daha da asanlaşdırmaq üçün bütün növ yeməkləri blenderlə püre halına salırlar. Axıcı və çeynəmədən asan udulan qida qəbul etməyə öyrəşən uşaqların gələcəkdə çeynəmə problemləri yaranır. Unutmayaq ki, çeynəmə prosesi özü-özülüyündə sağlam qidalanmanın əsaslarındadır, ağız-çənə orqanları üçün çox faydalı və vacibdir. 

Müəllif: Səltənət Zülfüqarova


Şərhlər: 2
Baxılıb: 338
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
faydali melumatdir valideyinlercin
13 iyun 2016 23:54
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
oglumu saglam qidalandiriram

oglumu saglam qidalandiriram
13 iyun 2016 21:18
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz