Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq bezinin dəyişdirilməsi
Uşaq bezinin dəyişdirilməsi
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 533
Səs ver:
Bir yaşlı övladım bezi dəyişdiriləndə müqavimət göstərir və ağlayır. Onun bezini daha rahat dəyişmək üçün bir yol varmı? 

Sizin övladınız ayaq açan andan uzanmaq, arxası üstə yatmaq və bezinin dəyişdirilməsi müqabilində müqavimət göstərir, bezi dəyişdirilən zaman əl-ayaq atır, qışqırır. Əlbəttə, bununla yanaşı, o sizə işinizi görmək imkanı da verir. Övladınızın bu davranışının səbəbi onun öz oyununu hətta bir neçə anlığa olsa belə, kəsmək istəməməsidir. 

Yeni ayaq açmış uşağın bezini daha rahat dəyişmək üçün aşağıdakı üsullardan istifadə edin: 

* Bezə ad qoyun və uşağın bezini dəyişməzdən əvvəl onu marionet kimi hərəkətə gətirin. Bezin adından məzəli dillə danışın və onun dili ilə övladınızı çağırın. 
*Bezi dəyişdirən zaman övladınızla ünsiyyət qurun. Onun gözünə baxın, onunla danışın, mehribanlıqla üzünə gülün və dəyişib qurtarandan sonra onu qucağınıza götürün. 
*Diqqətin yayındırılması üsulundan istifadə edin. Bu üsul uşağın yeni ayaq açdığı dövrdə işə yarayır. Onun fikrini ixtiyarına az-az verilən və ya onun üçün təzə olan oyuncaq, yaxud başqa bir şeylə yayındırın. 
Həmin şey, məsələn, kiçik əl işığı ola bilər. Yanıb-sönən və işığının rəngi dəyişdirilən oyuncaqlar uşaq üçün çox əyləndirici və başqatandır. 
*Başqalarının köməyindən istifadə edin. Ata, yaxud ailənin digər üzvlərindən biri ağız-burnunu əyib özünü müxtəlif şəkillərə salmaqla yaxşı əyləncə vasitəsi ola bilər. 
*Onun barmaqlarının ucuna kiçik bir yapışqan yapışdırın və o həmin yapışqanı barmağından qopardana kimi siz işinizi qurtaracaqsınız. 
*Onun bezini güzgü qabağında dəyişdirin. Qoyun o, güzgüdə özünü müxtəlif mimikalara salan, mahnı oxuyan sizi, həm də özünü görsün. 
*Qışda əllərinizin və ya uşağın bişməcə olmaması üçün istifadə etdiyiniz kremin temperaturuna diqqət edin. Sizin əllərinizin və ya kremin soyuq olması onda bezinin dəyişdirilməsi barədə acı xatirə yaradır və onun müqavimət göstərməsinə səbəb olur. 
*Onun altını təmizləyəndə ayaqlarını böyür-başa atmasına imkan verin. O bu işdən ləzzət alır və bezinin dəyişdirilməsi onun xoşuna gəlir. 
*Onun bezini dəyişən zaman əsəbləşməkdən çəkinin. Sizin əsəbləşməyiniz ona maraqlı gələr və sizi daha çox qıcıqlandırmağa çalışa bilər.


Şərhlər: 5
Baxılıb: 533
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tewekkur ama mene lazım deyil
12 iyun 2016 08:48
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
KRALİCEM
Qizim 2-yasina az Qalib tisi sozjn demir her dili bilir neqeder eliyirem orgenmir ele pampersden isdifade edirem
12 iyun 2016 06:32
# 4
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Miss_Oxatan
Yapiwqan meselesi aglima batdi)))maraqlidir.esasda axirinci komikdi.demek eseblewende daha da xowlarina gelir ve davam edirler))))az qalib,gorek onda da gulecemmi)))
12 iyun 2016 00:32
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
meelumatim var twk
11 iyun 2016 21:56
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
annelercin lazimli melumat ola biler
11 iyun 2016 19:06
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz