loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu
Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu
Göndərən: guler19
Şərhlər: 4
Baxılıb: 682
Səs ver:
Körpənin birinci yaşına qədər həyatındakı əsas hadisələrdən biri əlavə bərk qidaya başlamasıdır. 
Bu ərəfədə "körpəyə ana südü çatmır, ana südü azaldı, körpənin əlavə qidaya ehtiyacı var” kimi səhv fikirlər çox geniş yayılmışdır. Buna görə də körpənin çəkisini artırmaq məqsədilə əmizdirmək əvəzinə əlavə qidaya başlanır. 0-1 yaş müddətində ana südü körpənin vitamin, mineral, zülal, yağ, su və s. ehtiyacını qarşılayan tək mənbədir. 4-6 aylarında körpənin çəki artımının yavaşlamasının təbii olduğunu və əlavə qidalara başlamaq üçün səbəb olmadığını bilmək lazımdır. 
Bu müddətdə əsas olan körpəyə əlavə qida verilməsi deyil, onun hər istədiyində ana südü ilə qidalandırılmasıdır. Vaxtından əvvəl əlavə qidaya başlamaq, xüsusilə də ana südü əvəzinə verildiyində, körpənin qidalanma keyfiyyətini azaldır. 

Körpənin yalnız ana südü ilə qidalandırıldığında 6-cı aya qədər su, çay, kompot və meyvə şirələrinə ehtiyacı yoxdur. Ana südü körpənin maye ehtiyacını qarşılayır. Əlavə qidaya başlayanda körpəyə fincanla su içirtmək tövsiyyə edilir. Meyvə şirələrini körpəyə vermək lazım deyil, çünki, bunların qida yönündən faydası yoxdur. Körpənin çoxlu miqdarda maye qəbulu onun az çəki almasına səbəb ola bilər. 

Əlavə qidalara başlayanda, hər qida qəbulunda əvvəlcə ana südü, sonra əlavə yemək vermək lazımdır. Bu qidalanma tərzinin körpənin bir yaşına qədər tətbiq edilməsi tövsiyyə edilir.
Beləliklə körpə böyüməsi və inkişafı üçün bütün lazımi maddələri ana südündən alar və yeni əlavə qidalar dadmış olar. 
Əlavə qidaya başlama vaxtı hər uşaq üçün eyni deyildir. Verdiyiniz əlavə qidanı uşaq rədd edirsə bir-iki həftə gözləyib uşağınıza başqa bir qida verməyiniz tövsiyyə edilir. 6-cı ayından sonra körpəyə püre formasında qidalar verməyə ehtiyac yoxdur. Bu vaxt uşaqlar dişləməsi asan olan yeməklər xoşlayırlar. 
Yaddan çıxarmaq lazım deyil ki, körpənin bir yaşına qədər vitamin, mineral, yağ, zülal və s. mənbəyi ana südüdür.

loading...
Şərhlər: 4
Baxılıb: 682
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
Menimki 1 ayliqdi ana sudu ile qidalanir...
15 aprel 2016 21:19
# 4
Ey dünya nə oldu düşdün bu günə? Yaxşını boyadın pisin rənginə Əyrilər haqq çıxır inanmir düzə Gecə də növbəsin verib gündüzə ... Ümidlər kəsilib əllər üzülüb Yalanlar muncuq tek sapa düzülüb Həyat dəyişirmi yoxsa bir sınaq? Yoxsa boş ver deyək yoxsa unudaq?
Sara035
Balacam helede ana südü ile qidalanir cox wukur
15 aprel 2016 01:18
# 3
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
vipbetul
usaqa yemek 6 ayinda sonra baslanilir ynguul yemekler verilmeye
15 aprel 2016 00:48
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Allahima cox şukur menim uşaqlarimin ruzisini verib.yeni ana südünü
14 aprel 2016 14:08
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz