Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Erkən doğulmuş körpələr
Erkən doğulmuş körpələr
Göndərən: guler19
Şərhlər: 4
Baxılıb: 394
Səs ver:
Erkən doğulmuş körpə nə deməkdir? 
Hamiləliyin 37-ci həftəsindən əvvəl doğulan körpələr vaxtından əvvəl və ya erkən doğulmuş hesab edilir. Erkən doğulmuş körpələrı əlavə qayğı lazımdır, onların tənəffüs və digər sistemləri evə getmək üçün kifayət qədər güclənənə qədər neonatal inkubatorda diqqətli nəzarət lazımdır. 

Erkən doğumun saysız-hesabsız səbəbi var; lakin bu, gələcək hamiləliklərin eyni cür olacağı demək deyil. Qeyd edək ki,ilk körpəsi vaxtından əvvəl olan on anadan doqquzu sonrakı hamiləliyini təhlükəsiz olaraq 37 həftədən çox daşıyır. 

Sizin vaxtından əvvəl doğulmuş uşağınızla yaxınlığınız 
Hətta ən erkən doğulmuş körpələr də sizin qoxu və səsinizi tanımağa qadir olurlar. Siz hələ onu qucağınıza tam götürə bilməsəniz də, ona söhbət etmək və yaxın oturmaq sizin aranızda yaxınlıq qurmağa kömək edəcək. Körpəni masaj etməyə icazə verilrsə, bu hər ikinizin rahatlıq mənbəyi ola bilər. Sizin körpəni ziyarətiniz emosional təcrübə ola bilər və bu acizlik və narahatlıq hissləri çox təbiidir, lakin tezliklə körpəniz evdə, qucağınızda olacaq. 

Erkən doğulmuş körpənin inkişafı 
Adi inkişaf mərhələləri vaxtından əvvəl doğulan körpələrə şamil edilmir. Vaxtından əvvəl doğulmuş uşaq təbii olaraq ilk həftə və ya aylarında bəzi çətinliklərlə üzləşirlər. Amma vaxtından əvvəl doğulmaq heç də həmişə sonrakı inkişafa təsir etmir. Körpənin inkişafı sizin nə qədər hamilə qalmağınızdan və bir çox digər amildən asılı olacaq. Sevgi və təşviq ilə, sizin körpəniz zamanla həmin mərhələlərə çatacaq. 

Ana südü ilə qidalandırmaq və erkən doğulmuş körpələr 
Sizin körpəniz əmizdirmək üçün çox erkən doğulubsa, südü sağmaq​​ körpənin ehtiyacı olan əsas qidanı təmin etməyin ən yaxşı yoludur, ana südü onun immunitetini də gücləndirəcəkdir. Körpəni qucaqlamaq və yaxınlıq süd ifrazını stimullaşdıra bilər və körpə yaxınkən əl ilə sağa bilərsiniz. İsti vanna və ya zərif masaj da südün gəlməsinə kömək edə bilər. Həmçinin müxtəlif sağma vasitələrini sınamağa da dəyər.


Şərhlər: 4
Baxılıb: 394
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
erken doqulan korpelere xususi qulluq lazim olurki valideyinler daima usaqin inkisafiycin saqlamliqiycin hereketde olmalurlar
22 may 2016 14:53
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
son bahar
Menim oglum 39 cu heftesunde doguldu...oksigen catiwmazligi var
21 may 2016 20:02
# 3
...
Miss_Oxatan
Allahin qismeti ile erken dogum olmasin InwAllah,vaxtinda dunyaya gelsin qizim.Guler Allah sene de en yaxin zamanda qismet elesin Amin)
21 may 2016 19:49
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Kölge
Oglumun biri 36 biri 37 de dogulub......
21 may 2016 19:02
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz