Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşağın çəkisi niyə artmır?
Uşağın çəkisi niyə artmır?
Göndərən: guler19
Şərhlər: 1
Baxılıb: 345
Səs ver:
Uşağın çəkisinin defisiti "hipotrofiya” adlanır. Uşaqda hipotrofiya olduqda onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur, uşaq tez-tez infeksion xəstəliklərinə tutulur.Hipotrofiyanın ağır formaları hətta uşağın həlak olmasına səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və, adətən, xəstəxana şəraitində müalicə olunur.Çəki artımının pis olmasının 3 qrup səbəbi olur. Birinci qrup səbəblər – qeyri-adekvat, balanslaşdırılmamış qidalanma. Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, o çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də (2,5 saat) tab gətirmir. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi – əlavə qidalanmanın gecikdirilməsidir (əlavə qidaların verilməsinin optimal müddəti – uşağın 5 aylığındandır).İkinci qrup səbəblər – qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən (laktaz çatışmazlığı, disbakterioz, seliakiya və s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və qarında olan ağrılarla müşayiət olunur. Belə əlamətlər qeyd olunduqda yalnız bir məsləhət vermək olar – mütəxəssisə müraciət edin.Üçüncü qrup səbəblər: maddələr mübadiləsinin pozulması.Əgər çəki artımının az olması ilə yanaşı, uşağın boy artımının da xeyli ləngiməsi qeyd edilərsə (bəzi hallarda uşağın boyu, ümümiyyətlə, artmaya da bilər), tez bir zamanda həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə də müraciət etmək lazımdır.


Şərhlər: 1
Baxılıb: 345
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bele prablemler olduqda hekime muragiyet etmek lazimdir

bele prablemler olduqda hekime muragiyet etmek lazimdir
10 may 2016 23:03
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz