Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana südü ilə qidalanan narahat (ağlayan, vurnuxan) körpənin sakitləşdirilməsi
Ana südü ilə qidalanan narahat (ağlayan, vurnuxan) körpənin sakitləşdirilməsi
Göndərən: my_angel
Şərhlər: 2
Baxılıb: 501
Səs ver:
Körpənin ağlamağı ilk növbədə onun ac olduğunu göstərir və onu sakitləşdirməyin ən birinci yolu təbii ki əmizdirməkdir. Amma heç bir səbəb olmadan körpənin uzun müddət ağlamağı yeni valideynləri təngə gətirə bilər. Biz sizə körpənizi sakitləşdirməyin bir neçə üsulunu təqdim edirik. Məsləhət görülür ki, bunlardan bir neçəsini sınaqdan keçirəsiniz, çünki bu və ya digər üsul bu gün işə yaraya bilər, sabah isə yox. Rahat olun və yadınızdan çıxarmayın ki, bu da gəlib keçəcək.
 
Əlamətlər:
Körpənizin
Gün ərzində dəfələrlə dayanmadan ağlaması;
Əllərini yumruq şəklində bərk bükməsi;
Ayaqlarını qarnına tərəf yığması;
Qazını çıxarması;
Üz-gözünü bürüşdürməsi.
Bunun səbəbləri (birdən çox ola bilər)
Tam inkişaf etməmiş mədə-bağırsaq sistemi;
Həssas sinir sistemi;
Həddən artıq qaz/köp və ya körpənin normadan çox yedizdirilməsi;
Süni qidanın uyğunsuzluğu;
Körpənin əmizdirən ananın yediyi hər hansı bir ərzağa əks reaksiyası;
Körpənin həddən artıq oyanıq və nəticədə yorğun olması.

Nə edə bilərsiniz?
Körpənizi öz bədəninizə sıxın;
Körpənizi hər hansı formada hərəkətdə saxlayın:
♦Qucağınızda gəzdirin;
♦Körpə yelləncəyində yellədin;
♦Özü yırğalanan oturacaqda yırğalayın;
♦Ayaq üstə o yan bu yana yırğalayın;
♦Maşında və ya uşaq arabasında gəzdirin;
♦Körpəni slinqdə gəzdirin.
Köp damcıları verin (yalnız pediatrın məsləhəti əsasında);
Monoton səslərlə (axar su, tozsoran, paltar yuyan/qurudan, fen) körpənizi sakitləşdirin;
Gündə bir neçə dəfə körpənizi özünüzə (bədəninizə) sıxın;
Körpənizi yüngül bələyin;
Körpənizi soyundurun və qoyun rahat hərəkət etsin;
Çoxlu hərəkət, yüksək səs və parlaq işıqla körpəni həddən çox yormaqdan çəkinin;
Müxtəlif səslər, yerlər və əşyalarla körpənin fikrini yayındırın;
Körpənin qarnına ehmalca sıxın:
♦Körpənizi "kolik vəziyyətində” saxlayın (üzü üstə, qolunuz və ya biləyinizlə dəstək verərək körpənizin qarnını sıxın); ♦Körpənizi çiyniniz və ya diziniz üstə saxlayın.
Körpənizin ayaqlarını velosiped sürürmüş kimi hərəkət etdirin;
Hər hansı bir ərzağın körpənizi narahat edib-etmədiyini müəyyən etmək üçün yediyiniz yeməkləri qeyd edin (4-6 saat çəkə bilər);
Əmizdirmə məsləhətçisi ilə danışın. O sizə "ön” və "arxa” süd balansını qorumaq üçün hər əmizdirmədə yalnız bir döşü verməyi və ya başqa üsulları təklif edə bilər;
Siz bir az ara verin, istirahət edin, qoyun başqa birisi sizə kömək etsin. Körpəniz sizin gərginliyinizi hiss edə bilər.


Şərhlər: 2
Baxılıb: 501
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Şukur kecib qaZli vaxtimiz
2 may 2016 20:56
# 2
Her şeye gore şukur
vipbetul
annelercin lazimli melumatdir
2 may 2016 20:23
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz