Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir yaşlı uşağın yemək rejimi
Bir yaşlı uşağın yemək rejimi
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 427
Səs ver:
Bir yaşa çatmış uşaq əvvəlkindən fəaldır, həzm sistemi inkişaf edib, dişlərinin çoxu çıxıb. Deməli onun daha zəngin qidaya ehtiyacı var. 
Amma balacanın menyusu hələ də böyüklərinkindən fərqlidir. 

1 yaşlı uşağın qida rejimi 
1 yashli ushaq yeyerkenUşağın qida rejimi yaş yarımına qədər adətən eyni olur; o gündə 4-5 dəfə yeyir. 
Uşaq bir yaşdan yaş yarıma qədər gündə təxminən 1200 q, yəni hər dəfə 240-250 q qida qəbul etməlidir. Gündəlik qidalanmanın 
25%-i səhər yeməyinin 
35%-i günorta yeməyinin 
15%-i günortadan sonranın 
25%-i axşam yeməyinin payına düşür. 

Gün ərzində uşağın birinci və sonuncu yeməkləri meyvə, tərəvəz püresi, sıyıq, kəsmikdən hazırlanmış yemək olsa yaxşıdır. 
Günorta yeməyinə ətlə hazırlanmış yeməklər–ət bulyonu (düyü, yaxud makaron, tərəvəz-kələm, kök, kartof və s. əlavə etməklə), kiçik küftələr və ya buğda bişirilmiş kotletlə kartof püresi, makaron, yaxud vermişel vermək olar. 

Arada salat versəniz, salatı sevdirə bilsəniz, uşağı zəngin vitaminlərlə təmin etmiş olarsız. Sürtgəcdən keçirilmiş kök, xiyar, pomidor, kələm və xırda-xırda doğranmış göyərtidən ibarət salat hazırlamaq olar. Göyərtilərdən şüyüd, cəfəri, soğan (xəstəliklərdən müdafiə edir) xeyirlidir. 
Uşağın iştahla yeməyini istəyirsinizsə, ona gündə bir neçə növ yemək təklif edin. Məsələn, səhər kəsmik, yaxud yumurta, sıyıq, günorta ət, xəmir xörəyi, şorba, günortadan sonra yoqurt, ya da meyvə püresi, axşam şorba, tərəvəz püresi, ya da sıyıq vermək olar. 

1 yaşlı uşağın ehtiyacı olan qida məhsulları 
ushaq sud icherken1 yaşlı uşaq mütləq heyvani zülalla təmin olunmalıdır, ona süd, süd məhsulları, mal, toyuq əti, yumurta verin. 
Süd məhsulları uşağın inkişafında mühüm rol oynayır. 1 yaşlı uşağa gündə 700 ml-ə qədər süd məhsulu verə bilərsiniz (bura müxtəlif yeməkləri hazırlayarkən istifadə olunan süd məhsulları daxildir). 

Kəsmik uşağa mütləq verilməlidir. Onu müxtəlif hallarda-meyvə qatmaqla, pudinq hazırlamaqla yedirtmək olar. 
Pendiri sürtgəcdən keçirib yedirdin. Onu uşağa ya çörəyin arasında, ya da makaronun üzərinə əlavə etməklə vermək olar. 
Südün özünü uşaqlar səhər, eləcə də gecə yatmazdan əvvəl içə bilərlər. 
Unutmayın ki, uşağın səhhətindən çox şey asılıdır. Uşaqda, məsələn, stafilokok kimi bakteriya çoxdursa, həkimlər ona müəyyən müddət süd içməyə icazə vermirlər. 
Yumurta—uşağa yalnız toyuq yumurtası vermək olar. Yumurta qaynadılmalı, ya tək, ya da yeməyə əlavə olunaraq, həm də səhər yedirdilməlidir. (Qızdırmalı uşağa yumurta vermək olmaz) 

Yumurtanı qayğanaq halında uşağa yaş yarımından sonra vermək olar. Qayğanağa başqa şeylər də, məsələn, yaşıl noxud, kök, gül kələmi qatmaqla daha dadlı edə bilərsiz. 
1 yashli ushaq yeyirƏt—uşağın gündəlik ət norması 85 q-dır. Uşağa mal, toyuq, balıq əti verə bilərsiniz. Əti maşından bir neçə dəfə keçirsəniz, həzmini asanlaşdırarsınız. 
Ət yeməklərini uşağa günün birinci yarısında vermək məsləhətdir. Ət gec həzm olunur, axşam yedirdiləndə uşağı narahat edir. 
Ciyər uşaq üçün çox xeyirlidir. Onu paştet halında vermək lazımdır. 

Həftədə bir-iki dəfə uşağa balıq əti verin (sümükləri diqqətlə təmizləyin). Balığı suda qaynatmaq, balıq ətindən kotlet, küftə hazırlamaq olar. 
Yağ—Azərbaycanda uşağa əsasən kərə yağı verilir (gündəlik norma 17 q-dır). Ancaq kitablarda bir yaşına çatmamış uşağa bitki yağı vermək məsləhət görülür. 1 yaşlı uşağa gündə 6 q bitki yağı verilə bilər (bitki yağı salatlara, tərəvəz püresinə əlavə edilir). 

Tərəvəz—uşağa hər dəfə yeni tərəvəz püresi hazırlaya bilərsiniz. Çuğundur, kələm (gül kələmi, adi kələm, yaşıl kələm), balqabaq, yaşıl noxuddan istifadə etmək olar. 
Kartof püresini uşağa çox verməyin, o gec həzm olunur (kartofun sutkalıq norması 150 q-dır) 
meyvelerMeyvə—1 yaş, yaş yarımlıq uşaq gündə 100-200 q təzə meyvə yeməlidir. Meyvəni də tərəvəz kimi sürtkəcin iri gözündən keçirin, ya da çəngəllə əzin. Meyvə və ya tərəvəz şirəsini yeməkdən sonra verin (gündə 100-150 ml). Həddən artıq şirə uşağın iştahasını poza bilər. 

Sıyıq—uşaq üçün ən ideal yeməklərdəndir. İndi onu daha qatı şəkildə verə bilərsiniz. Yenə də müxtəlif məhsullardan–düyü, qarabaşaq, mannı və s. istifadə edin. 
Sıyığı uşağa gündə bir dəfədən artıq vermək lazım deyil. Sıyıq üçün istifadə olunan dənli bitkilərin tərkibində kalsiumun mənimsənilməsinə mane olan fitin turşusu var. Mütəxəssislərin fikrincə həddən artıq sıyıq balacalarda sümüklərin normal inkişafına mane olar. 

Xəmir xörəkləri—Uşağa yenə vermişel, makaron verə bilərsiniz (həftədə bir-iki dəfə). Ancaq hələ də xırda, nazik makaronlardan istifadə edin. Onları suda, süddə bişirmək, üstünə pendir, yağ tökmək olar. 

Peçenye—balanızın tanıdığı ilk bərk yemək ola bilər. Müxtəlif formalı peçenyelər uşaqları xüsusilə cəlb edir. İndi satışda xüsusi reseptlər əsasında məhz uşaqlar üçün hazırlanmış peçenyelər çoxdur. Bununla belə bəzi valideynlər uşağa evdə bişmiş peçenye verməyi üstün tuturlar. 

Bal—balı uşağa ehtiyatla verin. Bir yaşa qədər uşağa bal vermək olmaz (yalnız həkimin məsləhəti ilə verə bilərsiniz). Balı əvvəl az-az, suya qatmaqla vermək lazımdır. Bal uşaqlarda kəskin reaksiyaya səbəb ola bilər. 

Maye—uşağa çox maye verməyə ehtiyac yoxdur. Ona özü istəyəndə, yeməkarası, yeməkdən sonra şirə, su verə bilərsiniz. Bu yaşda uşaqlara qaynadılmış su məsləhətdir. Satışda uşaqlar üçün hazır su satılır. Uşaqlar üçün istehsal olunan çaylardan da istifadə etmək olar. 
Diqqət! 3 yaşına çatmamış uşağa badam, yerfındığı, tum, popkorn, doğranmamış kök, doğranmamış sosiska vermək olmaz! Bunlar uşağın boğulmasına səbəb olar bilər.


Şərhlər: 5
Baxılıb: 427
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
valideyinlercin maraqli ola biler
11 may 2016 12:49
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
bu yawda uwaqlar yemek yeyende cox kaprizli olur ve menimde en cox qorxdugum wey budur uwaq boyutmekde.InwAllah ne tapdi yeyen tiplerden olar)))
7 may 2016 23:38
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
oglum 1 yaw 8 ayliqdi her wey verirem yimeyi yaxwidir
7 may 2016 23:37
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ayka95
tesekkürler ikinci usaqda diqqet ederem
7 may 2016 22:11
# 2
Fi-Ra
Faydalı xəbərdir. Yaxın gələcəkdə lazımım olar. Amma elələri olur ki, 1 yaşlı uşağa özünə nə bişirir ondan verir. Deməli bu düzgün deyilmiş. Təşəkkürlər.
7 may 2016 20:48
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz