Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 367
Səs ver:
Ov qadağalarının sona çatmasıyla birlikdə dükan və bazarlarda bol olan balığın körpəlikdən etibarən uşaqların inkişafı üçün çox əhəmiyyətli bir qida qaynağı olduğu bildirilir. Balığın tərkibndə olan çoxlu miqdarda zülal, D vitamini, fosfor və kalsium kimi lazımlı maddələr bütün yaş qruplarına aid olan uşaqlar üçün çox əhəmiyyətlidir. Bundan başqa, balıq xüsusilə zülal və Omeqa-3 yağları baxımından çox zəngindir. Bu da uşaqlarda beyin və göz inkişafında böyük rol oynayır. 

Yetkin və azyaşlı uşaqların həftədə ən azı iki dəfə balıq yemələri məsləhət görülür. Həzmi asan olduğu üçün 7-çi aydan etibarən körpələrə balıq qaynadılaraq, ya da püre halında yedirilməlidir. Körpə çeynəməyə alışdıqdan sonra bu cür qidaları masada yeyə bilər. Balıq çox nadir olaraq allergiya verən qidadır. Bu səbəbdən təzə balığı uşaqlara əminliklə yedirə bilərsiniz. 

Xüsusilə körpəlikdə və uşaqlıq çağlarında həddən artıq yağlı qidalardan istifadə edərək bəslənən, bol kalori alan kəslər irəliləyən yaşlarda ürək və damar xəstəlikləri başda olmaqla bir çox xəstəliyə tutula bilər. Buna görə də kiçik yaşdan etibarən bəslənmə vərdişlərimizə diqqət yetirməli, sağlam qida olan balığı süfrəmizdən əskik etməməliyik. 

Uşaqların bəslənmə çantasına həftədə iki dəfə buterbrod çörəyi içində balıq qoya bilərsiniz. Balıq fosfor və mineral baxımından zəngin olduğu üçün xüsusilə məktəb çağlarında sümük inkişafına yaxşı təsir edir. 

Hər şeydən çox və səhv istifadə edilməsinin sağlamlığa mənfi təsiri olduğu kimi, balıqdan da həddən artıq istifadə etməməyə diqqət yetirmək lazımdır. Qərarında istifadə etmək əhəmiyyətlidir. Ayrıca, balığı yağda qızartmaq əvəzinə buğlama, sobada qızartma şəklində bişirilməsi daha məqsədəuyğundur ki, bu da uşaqların inkişafı üçün daha faydalı olduğunu sübut edir.


Şərhlər: 10
Baxılıb: 367
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Cox sevirem balıq melumatüççün tesekkurler
12 iyul 2016 15:56
# 10
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
14MsM
Men xowlayiram buqiwda lap cox yedim uwaga gorede alinirdi pis cixmasin her baliqida sevendeyilem
30 aprel 2016 22:54
# 9
S.Heydarova
heç sevmirəm balıq
30 aprel 2016 22:06
# 8
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
narmiwka_15
baligi cox ama cox sevirem hergun yisem bezmerem
30 aprel 2016 21:44
# 7
Be Happy))
vipbetul
baliq gozlerede imunitetede xeyirdir
30 aprel 2016 21:30
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
zezema
korpe vaxti ushaqlarima baliq vermeishem. 1 yashdan sonra. oglum baligi ceyneyib tupurur. qizimsa tonla baliq yeye biler. baligi tez tez bishirirem. her baliqdan da xoshum gelmir. xezer baligindan heeeec xoshum gelmir. iy verib iylenir!!! melum)) Kür qiraginda dogulmusham)) menki Kür baligidi. kurden cixan qurbagani da yeye bilerem)) qizimda mene oxshayib. ag baliq, çeki, xaşam, ziyad.. gelki Kürde indi baliq azalib, satishda olanlarin coxu da damba baliglaridi. İlan baligi ve xercengi, krivetkanisa men yeyirem yoldashim üzünü o yana tutur - iyrenir! Agdamli ne bilir baliq nedi))))))
bu gun farel qizartmishdim 2ini biz yedik 2ni qizim))) onunla baliq restoranlarina getmek rasxoddu)))))
30 aprel 2016 20:45
# 5
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Ekizlerin mamasi
Balığı çox sevirəm usaqlarimada çalışıram tez tez verim
30 aprel 2016 20:45
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Antikvar
Məlumatım var bu barədə,özüm sevirəm balığı,uşaqlarımada verirəm çox zaman,sadəcə tikanını çıxartmaq insanı muçut edir,amma neyləmək olar əziiyyətli olsada faydası çoxdur,təşəkkürlər gülərim.
30 aprel 2016 20:14
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Kölge
Sevirik ve yeyirik
30 aprel 2016 19:13
# 2
Her şeye gore şukur
BARBI
Baligi hec xoslamiram . Usaqlarin gozleri ucun cox faydalidir. Mutleq istifade edilmelidir
30 aprel 2016 19:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz