Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq hansı meyvəni, necə yeməli? Banan xəstəlik yaradır
Uşaq hansı meyvəni, necə yeməli? Banan xəstəlik yaradır
Göndərən: guler19
Şərhlər: 11
Baxılıb: 780
Səs ver:
K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev meyvələrin uşaqlara təsiri haqda danışıb. N. Quliyev deyir ki, uşaqlar daha çox yerli meyvələrlə qidalanmalıdır: 

Zərərli meyvə yoxdur. Əsas məsələ ondadır ki, uşaqlara yaşadığı yerə uyğun meyvələr verilsin. Hazırda çox xoşagəlməz hal var; uşaqlara hər şeydən çox banan verilir. Bananı çox yeyən uşaqlarda klasiyorkor xəstəliyi yaranır ki, bu da Afrika qitəsinə, isti ölkələrə xas xəstəlikdir. Bu xəstəlik uşaqlarda qarnın böyüməsi, bədəndə ödemlərin əmələ gəlməsi, qan azlığı, rəngin avazıması, inkişafın yavaşıması ilə xarakterizə olunur. Bananın tərkibində zülal yoxdur, əsas etibarilə karbohidrat var. Bədəndə zülalsız ödem inkişaf edir”. 

Pediatr uşaqlara meyvə yedirdərkən valideynlərin səhvə yol verdiyini də vurğulayır: 
"Uşağa meyvənin şirə, yaxud püre halında verilməsi onun yaşıyla əlaqəlidır. Uşağın qida rasionuna meyvəni daxil etməyə başlayanda şirə halında verilməlidir. Püre şəklində vermək olmaz. Çünki onun tərkibində sellüloza çox olur. Ancaq 8 ayından sonra meyvəni püre şəklində vermək olar. Üç yaşından yuxarı uşaqlar isə meyvəni böyüklər kimi qəbul edə bilərlər”. 

N.Quliyev yay fəslində uşaqların immunitetini gücləndirmək üçün bir çox vasitələrin olduğunu deyir: 
"Yayda valideynlər çalışmalıdırlar ki, uşaqların orqanizmi möhkəmlənsin. Məsələn, uşaqlar açıq havada gəzdirilməli, dəniz, gün vannası qəbul etməlidirlər. Bu onların immunitetinin möhkəmlənməsinə təsir göstərən əsas amillərdəndir”. 

Valideynlərin ən çox iqlim dəyişikliyinin uşaqların orqanizminə mənfi təsirindən şikayətlənir: 
"İqlimi dəyişəndə, yəni bir yerdən başqa yerə gedəndə ən təhlükəli hal uşaqların mikrobiosenozunun dəyişməsidir. Yəni uşaq yaşadığı yerdə bakteriyalara uyğunlaşır, iqlim dəyişikliyi olanda ətrafdakı bakteriyalar da dəyişir. Həmin bakteriyalardan biri onu hər-hansı xəstəliyə yoluxdura bilər. Belə halların qarşısını almaq üçün uşaqların immunitetini gücləndirmək lazımdır. Bunun üçün onların düzgün qidalanmasına diqqət yetirməliyik”.


Şərhlər: 11
Baxılıb: 780
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Usaqlar ancaq ziyanli şeyler yeyirlelr meyve ye deyende sifetlelri donur ama men Özüm meyveni sevirem
28 aprel 2016 11:17
# 11
Aybə
Düzdü meyvəni uşaqlar çox yeməlidir hər meyvədə hər 1vitamin var.Mənim uşaqlarım balaca vaxtı elədə meyvə yemillər məndə sokun çəkib yıxırdım yerə uşaqları tökürdüm boğazlarına.
28 aprel 2016 00:24
# 10
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
FISTIK
Esitmisdimki banan ziyandi amma bu yazilanlari bilmirdim. Usaqlar elede cox yemiler arada verem.
27 aprel 2016 23:48
# 9
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
vipbetul
lazimli melumatdir
27 aprel 2016 22:38
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Day bilmirler banana ne desinler,banan qani salmir,eksinedi.Qaldiki 3 yasindan yuxari usaqlar meyveni boyukler kimi yemelidi duzdu,bosuna demirlerki vitamini qabigindadi,qabiqli almani filan usaq disine cekib dogramadan yemelidirki,disleri saglam olsun...
27 aprel 2016 22:22
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
kiraz mevsimci kiz
her sey oz movsumunde yaxsi olur banani cox sevirem iki gunden bir yeyirem ve ziyanin gormemisem
27 aprel 2016 21:18
# 6
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
Barbaris
mene oglumda banani cox yemiwik hec bir wey olmayib
27 aprel 2016 20:05
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Tomris Müslümova
Son vaxtlar bananın üstünə yaman düşdülər ki,xəstəlik var filan.Bu qış hər gün bir banan yemişəm.Nəsə narahatlıq hiss etməmişəm.Oki qaldı uşaqlara verilən meyvələrə,xarici meyvələrə yoxda yerli məhsullara üstünlük verilsə mövsümündə yaxşı olar.

27 aprel 2016 19:23
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Totu
Meyve hami ucun faydalidir
27 aprel 2016 19:20
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Kölge
Bir o qeder de razi deyilem..
2yaş yayim uşaga meyve pure şeklinde niye verim.20dişi var.dişdesin yesin.
"3yaşdan sonra boyukler kimii yemelidi"-fikri ile razi deyilem
27 aprel 2016 19:16
# 2
Her şeye gore şukur
BARBI
Usaqlara movsumi meyveler yedirilmelidir. Meyve usaq ucun cox faydalidir
27 aprel 2016 19:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz