Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpənin çəkisi
Körpənin çəkisi
Göndərən: guler19
Şərhlər: 12
Baxılıb: 934
Səs ver:
Doğuş zamanı körpənin çəkisi 
Körpənin çəkisi onun necə inkişaf etməsinin göstəricisidir, belə ki, ilk bir neçə ay ərzində mütəmadi olaraq ölçü vacibdir. Yeni doğulmuşlar onların valideynləri kimi bütün forma və ölçülərdə olur. Doğuşda körpələr adətən 2 - 5 kq arasında olur. Hamiləlik zamanı sağlamlığınız, eləcə də sizin və yoldaşınızın quruluşu körpənin doğum çəkisinə təsir edən amillərdən bəziləridir. 

Yeni doğulmuş körpənin çəkisinin azalması 
Anadan olandan sonra bütün körpələr arıqlayır - bir çoxu ilk bir neçə gün ərzində ümumi doğum çəkisinin 10%-ni itirir. Ana südü ilə qidalanma rejimi oturandan sonra və bədəniniz süd ifrazına öyrəşəndən sonra körpəniz yenidən kökəlməyə başlayacaq. Bir qayda olaraq, bu təxminən 10 gün çəkir. 

Yeni doğulmuş körpənin çəkisinin ölçülməsi 
Körpənin çəkisi ilk bir neçə ay diqqətlə ölçülərək, sağlam inkişafına nəzarət ediləcəkdir. Körpənin artımı \'inkişaf qrafiki\" istifadə edərək ölçülür, lakin bu yalnız bir bələdçidir. Körpəniz qrafikin aşağısı və ya ən yuxarısından başlasa, narahat olmayın - bu onun çox kilolu və ya çox arıq olmasını göstərmir. Sizin həkiminiz burada körpənin qrafikə uyğun stabil inkişaf etməsinə baxır. 

Körpənin çəkisi nə qədər artmalıdır? 
Çəki ilkin azaldıqdan sonra, sizin körpəniz yəqin ki, ilk bir neçə həftədə hər həftə 175-225 qr çəki alacaq. 6 ayına çatanda körpəniz yəqin ki, doğum çəkisinin iki qatı qədər olacaq və bundan sonra artım tədricən yavaş olacaq. Hərdən çəki normadan sürətli artacaq və ya azalacaqdır, bunun səbəbi sürətli inkişaf mərhələləri və ya xəstələnmələrdir. Körpənin çəkisi əlavə qidaya keçid zamanı və hərəkətliliyi artan zaman da dəyişə bilər, çünki bu zaman körpə yeni qidalara dərhal öyrəşə bilmir. Ən əhəmiyyətlisi körpənin çəkisinin stabil şəkildə artmasıdır.


Şərhlər: 12
Baxılıb: 934
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
yeni valideyinlercin maraqli meluatdir
19 aprel 2016 03:33
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
son bahar
Oglum3/300 qr oldu ...
19 aprel 2016 00:18
# 11
...
Aybə
Mənim 1ci oğlum 2.950olub,2ci oğlum 3.600olub.Uşaqların anadan olandan sonra şişləri çəkilir onagörə arıqlayırlar.Mən uşaqlarımı körpə ikən çəkməmişəm artıb azalmaların sadəcə baxanda bilmişən.Allah bütün körpələri qorusun.Amin.
18 aprel 2016 23:00
# 10
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
evli.mutlu.cocuklu
Korpem yoxdu heleki
18 aprel 2016 22:59
# 9
ulduz
Oğlum 2 kq 800 qr olub. Qizim 2 kilo 600 qram
Sukur ikiside yaxsidi
18 aprel 2016 22:00
# 8
sadece_men
Menimde ilkim 3kq balacada 3.600 qr oldu.cekisinden asili olmayaraq teki balalarimiz saglam dunyaya gelsinler ve Allah onlari qorusun.ama uwagin cekisi cox olduqca doguwda cetinlewir
18 aprel 2016 21:37
# 7
Kölge
Menimkiler 2si de 3.200olub
18 aprel 2016 21:05
# 6
Her şeye gore şukur
talis balasi
3,700 oqlum dunyaya geldi her ay hekime apaririq cekisi boyu yoxlanilir sukurler olsun masallah yaxsidi
18 aprel 2016 19:56
# 5
Antikvar
İlk övladım 3.360 ,ikimci oğlum isə 3.100 kq'ram olub,ikinci övladımın balaca olmasının səbəbi mən oldum,hər şeyə qarşı allergiyam olduğundan heçnə yeyə bilməzdim.Qaldı ki, dünyaya gəldikdən sonra hər ay uşaqlarımızı piroma aparardıq,çəkisi boy ölçüsü,qulaqları ,ayaqları hamısı yoxlanılardı həkimlər tərəfindən.Şükür hamısıda normal olardı.Təşəkkürlər gülərim səninlə bərabər arzusunda olan qadınlarımız üçün olsun bu xoşbəxt anlar.
18 aprel 2016 19:36
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ovlad-hesreti
Allahim butun olmayanlara versin tezlikle mende icinde (
18 aprel 2016 19:23
# 3
zezema
körpənin çəkisi nə qədər az olsa yaxşıdır! qizim 4.300 olub, oğlumsa 4 kilo. ne qeder az yesemde uşaqlarim balaca olmadı. sonra ariqladilar. bizde nesillikce beledi qardashlarim 5 kilo biri, 6 kilo da biri olub)))) 6 kilo dogulan dogulanda nefes almirmish, ciyinleri de ezilmishdi doguş vaxti. indi boylari 1.90 və 1.85 di. inek ki inek))))
18 aprel 2016 19:10
# 2
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Barbaris
menim oglum 4 kilo 470 qram idi ona gore emeliyyt olunmuwam
18 aprel 2016 19:08
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz