Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq bezlərinin nə ziyanı var?
Uşaq bezlərinin nə ziyanı var?
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 732
Səs ver:
İlk bezlər heç də indikilər kimi keyfiyyətli olmadı, onların uğursuz tərkibi (içinə taxta kəpəyi doldurulurdu) yalnız paltarı təmiz saxlayırdı. Uşağın dərisini nəmişlikdən nəinki qorumur, əksinə, həddən artıq nəmişliyə səbəb olurdu. İllər keçdikcə bez istehsalçıları məqsədə nail oldular. İndi bezlər daha nazik və daha "havalı” materiallardan hazırlanır, xüsusi maddələr ifrazatı çəkir, uşağın dərisinə dəyən hissə quru qalır. Körpənin dərisi nəmişlikdən, nəmişlik nəticəsində yaranan müxtəlif xəstəliklərdən qorunur. Bezlərin çəkisi günü-gündən azalır–bir bez orta hesabla 50 q-dır. Uşaqlara, eləcə də analara bəxş etdiyi rahatlıq isə müqayisəolunmazdır.
Amma bütün bu deyilənlər və yazılanlar bez barədə narahatlığa nöqtə qoymayıb. Bu sual çox anaları maraqlandırır:
 
Bezlər ziyanlıdırmı?
Əlbəttə, əgər siz uşağı dolu bezdə saatlarla saxlayırsınızsa, ona ziyan edirsiniz. Axı bezlər yalnız mayeni içinə çəkir, nəcisin qatı hissəsi uşağın dərisi ilə bezin arasında qalıb, onu narahat edə bilər. Həm də bezlər bir neçə saat üçün nəzərdə tutulub.
Uşaq bir neçə dəfə işəyəndən sonra bez şişib, onu sıxmağa başlayar. Odur ki, istənilən bezi 3, uzağı 5 saatdan bir dəyişmək lazımdır (amma bez nəmdirsə dəyişdirilməlidir, quru bezi dəyişməyə ehtiyac yoxdur).
Bezləri bərk bağlayanda uşağa ziyan edə bilərsiniz. Körpənin qarnının bərk sıxılması qazların çıxmasına əngəl olar. Bezi bağlayanda yoxlayın, barmağınız bezlə uşağın dərisi arasına asanlıqla yerləşməlidir.
Aparılan araşdırmalar göstərib ki, bezlərin mikroiqlimi uşağın dərisi üçün faydalıdır və ilk bezlər kimi parnik effekti yaratmır. Ancaq elə bezlər var ki, uşaqda allergiyaya səbəb olur. Bu, bezlərin hazırlanması zamanı istifadə olunan maddələrdən və uşağın dərisinin bu maddələrə reaksiyasından asılıdır.
Körpənin dərisində səpki, qızartı görsəniz, dərhal həkimə müraciət edin. Səbəb istifadə etdiyiniz bezdirsə, başqa şirkətin məhsulunu alın. (Bəzi uşaqların dərisi ümumiyyətlə heç bir bezi götürmür.)
Bundan başqa, uşağı, xüsusilə də oğlan uşağını bütün gün bezdə saxlamaq olmaz. Paltarını dəyişərkən, körpəni azacıq çılpaq qoymaq lazımdır. (Evinizin temperaturu normaldırsa, körpəni gündə bir neçə dəqiqə tam çılpaq saxlamalısınız. Buna "hava vannası” deyilir.)
Bəzi mütəxəssislər bezlərin oğlan uşağı üçün tam təhlükəsiz olduğuna əmindirlər. Bu fikri onunla əsaslandırırlar ki, 2 yaşına qədər uşaqların cinsiyyət orqanında elə bir inkişaf getmir və bu dövrdə bezlər cinsiyyət orqanına təsir edə bilməz.
Hər şeyə rəğmən uşaq bezlərdən nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Körpənin 6 aylığından onu tualetə aparmağa, daha çox bezsiz saxlamağa çalışın. Bezlərdən qurtara bilmirsinizsə, cəhdləriniz nəticə vermirsə, məyus olmayın, bu proses bir neçə ay çəkə bilər. Qarşısınıza məqsəd qoysanız, istədiyinizə çata biləcəksiniz.

Bezlər ətraf mühitə zərər vurur
Təbiəti sevən valideynlərin nəzərinə bir faktı çatdıraq ki, bezlər ətraf mühiti ən çox çirkləndirən məhsullardandır. Hər bir bezin çürüməsi üçün 500 ildən çox vaxt lazımdır. Bir uşaq ümumilikdə orta hesabla 4 000 bez işlədir.
Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün 2000-ci illərin əvvəllərindən bez istehsalçıları bioloji, eyni zamanda bir neçə dəfə istifadə oluna bilən bezlər buraxmağa başlayıblar.


Şərhlər: 14
Baxılıb: 732
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aybə
Mən eşitmişəmki pamoers oğlan uşağının cisiyyət orqanın əyir.Ama mən oğlanlarmın 2sinədə geydirrəm
8 aprel 2016 01:18
# 14
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Miss_Oxatan
Sitat: Tomris Müslümova
Elə qaynana tanıyıram ki,simicin biridir.Nəvəsinə pampers almamağın dərdindən gəlinlərinə bərk - bərk tapşırıq verir ki,uşağı dolu pampersdə bir neçə saat saxlayın.Oğlumun cibinə qənaət edin.O zaman gəlində qalır neyliyim,necə eliyimdə.Əlbəttə ki ziyandır.Heç şübhəsiz.İstər cinsiyyət organına,istər ayaqlarına və yerişinə.Amma bir yannanda təmizlik üçün yaxşı vasitədir.Amma normasında işlədəndə.

Men o gelinlerin yerine olsam birlewib boyukler ucun pampers alaram,sonra evde hec kim olmayanda saatlarca arvada pampersi geyindirib salaram tenha otaga,bir sutka saxlayaram onu,qoy lap iy versin.el boyda uwaga zulm veren vicdansiza o da azdi.ozde erim biler men bilerem.ele xisletde qaynanaya gelin nahaqq volya verir.vaxtinda otuzdurmayiblar yerinde.necenci esrdir beyem?mene catmir da bele weyler.her kes oz heddini ve yerini bilmelidir,yox bilmirse sen bildir,qoy xetde qalsin.
7 aprel 2016 00:02
# 13
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Miss_Oxatan
Ilk defe ewidirem ilk cixan bezlere kepek qoyduqlarini.hansi agilla edibler goresen,yaziq uwaqlar.elbette bez ne qeder keyfiyyetli olsa da uwagi saatlarca saxlamaq duz deyil.buna da urek lazimdi,yeni var ele analar?olsun gorek men nagariram)))
6 aprel 2016 23:58
# 12
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Happiness lady
Balam 9 ayindadi bezleri hec sevmirem sagliq olsun bir yasindan sonra yayda legv edecem
6 aprel 2016 23:10
# 11
Sevgi yasamaqla olum arasindaki serheddir,yasama sebebim oldugun ucun cox sagol
vipbetul
rahatdir bezlerden isdifade etmek tez-tez deyismek lazimdir bezleri
6 aprel 2016 22:33
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
oglumu hec cur oyrewdire bilmirem karsaka amapampers tez tez deyiwirem
6 aprel 2016 20:44
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Şərhlərdə oxuduğum qədəri ilə mən belə işlərdə şanslıyam:)İki oğlumun ikisinidə tez öyrəşdirmişəm karşoka,böyüyü üç aylıq uşaq idi otuzdurmadan uzadaraq yüngül işini eləməyi öyrətmişdim artıq altı ayında yüngül işini karşoka eləsədə doqquz ayında hər ikisini deməyi bacarırdı,balacasınıda tez öyrəşdirdim üç yaşı var gecə yatmamışdan öncə bir dəfə yüngül işini elətdirirəm gecə yerinə birdən uşaq saxlaya bilməz eləyər deyə ,birdə səhər durur deyir mənə sonra özü tualetin yoluna üz tutur eləyir.Yəni pampers çox bağlamamışam uşaqlarıma ziyandı deyə hər zaman düşünmüşəm və sonunda istəyimə çatmışam pampersdən azad etmişəm tez zamanda.Təşəkkürlər.
6 aprel 2016 20:41
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Usaqlarin pampersini tez tez deyismek lazimdir. Cox pis neticeler vere biler. En coxu 3 saatdan bir deyismek lazimdir
6 aprel 2016 20:33
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Sara035
Saram hele istifade edir:(cox teessuf oyrede bilmemiwem hele.balacama pampers firmasi duwmedi ikisinede huggies iwletmiwem qiz ucun cox yaxwidi quru saxlayir
6 aprel 2016 20:25
# 6
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Tomris Müslümova
Elə qaynana tanıyıram ki,simicin biridir.Nəvəsinə pampers almamağın dərdindən gəlinlərinə bərk - bərk tapşırıq verir ki,uşağı dolu pampersdə bir neçə saat saxlayın.Oğlumun cibinə qənaət edin.O zaman gəlində qalır neyliyim,necə eliyimdə.Əlbəttə ki ziyandır.Heç şübhəsiz.İstər cinsiyyət organına,istər ayaqlarına və yerişinə.Amma bir yannanda təmizlik üçün yaxşı vasitədir.Amma normasında işlədəndə.
6 aprel 2016 20:24
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
sizin 1205
Boyuk oglum qutarib balacam 8 ayliqdi butun gunu bezdedi
6 aprel 2016 20:23
# 4
L
ulduz
Oğlum indi indi bezdən canı qutarıb. Gecələr bağlayıram
6 aprel 2016 19:47
# 3
zezema
oglum 10-15 gundur qarshoka oyrenib, 3 yashi tamam olandan sonra. bir defe chish edirdi deyirdi mama chikart yashdi. ne saxlamaq istemirdi ne de cixarmaq. qizimsa 1 yash yariminda oyrenib. oglum bize krupni ziyan vurdu )))) 3 il pampers)))) hele indi de yatanda baglayiram. amma 3-4 gundu quru qalir o pampers
6 aprel 2016 19:46
# 2
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Vuska I-va
qizimin 1yawi.olacaq.ama.helede.kalsoka.oyrede.bilmemiwem.yenede.cehd.eliyiremki.bezden.
canim.qurtarsin.hemde.ozu.rahat.olsun.
6 aprel 2016 19:32
# 1
Bəzən Ana'ya, bəzən Ata'ya, bəzən də 1 parça çörəyə
həsrət qalar insan...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz